ulusestv.az saytı "Vetenperverler.az" saytına istinadən xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin rəisi polis mayoru Rəhim Məmmədovdan şikayətçi olan Şəhla Hacıyeva ərizə ilə Vetenperverler.az Xəbər Portalına müraciət edərək təhqir olunduğunu bildirmişdir. Şikayətçi xanım ərizəsində bildirir ki, DİN-i cənab Ramil Usubov Şirvan şəhərində vətəndaşları qəbul edərkən o da qəbula yazılmış, lakin Polis mayoru Rəhim Məmmədovun ona qarşı etdiyi qərəzli və kobud münasibəti sayəsində qəbula düşə bilməmişdir. Belə ki, vətəndaş Ş.Hacıyeva dəfələrlə qanuna müvafiq formada qəbulda iştirak etməsini tələb etsədə Rəhim Məmmədov tərəfindən təhqir olunaraq qəbula girməsinə əhgəllər yaradıldığını ərizəsində qeyd etmişdir. Həmçinin şikayətçi xanım Şirvan şəhər Polis Şöbəsinin İTB-nin rəisi polis mayoru Rəhim Məmmədov tərəfindən təhqir və təzyiqlərə məruz qaldığının içtimailəşdirilməsini də xahiş etmişdir.
Vetenperverler.az olaraq Şirvan şəhər Polis Şöbəsinin İTB-nin rəisi polis mayoru Rəhim Məmmədovla əlaqə saxladıq. Polis mayoru Rəhim Məmmədov bildirdi ki, həmin xanımı tanımır və o heç bir xanıma qarşı təhqiramız ifadələr işlətməmişdir.
Qeyd edək ki, son zamanlar bir çox saytlarda Şirvan şəhər Polis Şöbəsinin İTB-nin rəisi polis mayoru Rəhim Məmmədov barəsində tənqidi yazılar tirajlanmışdır. Bəle ki, xidməti avtomobili ilə yük daşınması, nəvəsinin köynəyində polis uniformasında olan şəkilini yerləşdirməsi kimi faktlarla medianın gündəmini fəth etmişdi