• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İlham Əliyev Astanada Dövlət Başçılarının görüşündə çıxış etdi

gundem / ust / manset

9-08-2024, 14:59

İlham Əliyev Astanada Dövlət Başçılarının görüşündə çıxış etdi

Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

Çıxışda deyilir:

- Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

Əziz dostlar.

İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.

Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.

Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.

Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.

Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.

Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.

Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi "Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.

Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.

Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.

Həyata keçirilən "Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.

Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.

Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.

Diqqətinizə görə təşəkkür edirəm.

12.53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib.

12.18

Prezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edir.

Qaynarinfo xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Qazaxıstanın paytaxtı Astanada keçirilən görüşündə iştirak edir.




Oxunub: 112
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

14-09-2023, 13:04

Düşənbədə İlham Əliyevin Emoməli Rəhmon ilə təkbətək görüşü olub

gundem / siyaset / ust / manset

24-05-2024, 12:37

Tacikistan və Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verən səfər

gundem / siyaset / ust / manset

12-03-2024, 17:59

Dost Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinə ölkəmizdə böyük əhəmiyyət verilir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:16
    “10%-lik vergi fermerlərin işini çətinləşdirə bilər”
  • Bu gün, 13:11
    “Bura danışmaqxana deyil” - Spikerdən deputata irad
  • Bu gün, 12:17
    Yazı makinasından süni intellektə: Azərbaycanda özəl tibbin və tibbi maarifləndirmənin ilk şahidi – Dr. Davud Qüdrətovun xatirələri
  • Bu gün, 12:09
    8 aylıq hamilə qadın öldü
  • Bu gün, 12:04
    “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 11:59
    İcbari sığorta müqavilələri üzrə bildirişlər artıq “mygov” vasitəsilə də təqdim olunur
  • Bu gün, 11:55
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Bu gün, 11:47
    Orxan Məmmədov Çay Üzü kəndində səyyar qəbul keçirdi - Fotolar
  • Bu gün, 10:48
    Biznes xərclərindən də millər qazandıran “ABB AZAL Miles Business” kartları təqdim olundu
  • Bu gün, 10:42
    Vyanada Azərbaycan icmasının yeni hədəfləri müzakirə olundu
  • Bu gün, 10:35
    BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman müəllim: 17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ, AZƏRBAYCANÇILIQ RUHUNUN, MİLLİ HƏMRƏYLİYİN VƏ MÜSTƏQİLLİK ƏZMİNİN BAYRAMI
  • Bu gün, 10:34
    Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət
  • Dünən, 21:29
    Gələcəyin şəhərlərinə gənclərdən innovativ baxış: “İnsanyönümlü şəhərlər” hakatonu başa çatıb
  • Dünən, 15:25
    Azərbaycan Avropanın yaşıl enerji gələcəyinin etibarlı tərəfdaşlarından biri olacaq
  • Dünən, 15:20
    SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
  • Dünən, 11:10
    “Əks halda bu vəzifə Torala həvalə olunacaq”
  • Dünən, 11:06
    Prezidentin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur - Rəsmi
  • Dünən, 11:00
    Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - Video-Yenilənib
  • Dünən, 10:53
    Milli Qəhrəman Ehtiram Əliyev vəfat etdi
  • Dünən, 10:45
    Yataqxanada meyiti tapılan Elvira ilə bağlı - ATU-dan açıqlama
  • Dünən, 10:39
    Bu ərazilərə qar yağır
  • Dünən, 10:25
    Avtobusla piyadanı vurub öldürdü
  • Dünən, 10:21
    Almaniya Niderlanda, Yunanıstan Serbiyaya qarşı
  • Dünən, 10:18
    Oğurluq edənlər saxlanıldı
  • Dünən, 10:14
    Məktəblərdə payız tətili başladı
  • 15-11-2026, 18:11
    DAVUD QÜDRƏTOV – İNSAN SAĞLAMLIĞINA XİDMƏTİ ÖZÜNƏ MƏSULİYYƏT BİLƏN HƏKİM RƏHBƏR!
  • 15-11-2026, 14:22
    İranın Trampa qarşı sui-qəsd cəhdi planlaşdırdığı bildirilir - KİV
  • 15-11-2026, 14:18
    Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • 15-11-2026, 14:15
    Bayden Zelenski haqda danışdı - Məyusdur
  • 15-11-2026, 14:05
    Bu ərazilərdə su olmayacaq - Xəbərdarlıq
  • 15-11-2026, 14:01
    Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
  • 15-11-2026, 13:58
    Həmin klublar haqda qərar verildi
  • 15-11-2026, 13:54
    Prezident həmkarını təbrik etdi
  • 15-11-2026, 13:51
    Kral qocalıqdan gileyləndi - Məşhur mahnını xatırlatdı
  • 15-11-2026, 13:23
    Mayamidə yük və sərnişin təyyarəsi toqquşdu - Xəsarət alanlar var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə