• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İstixana sahibləri təşvişdə: Rusiya bazarını itirə bilərik

gundem / iqtisadiyyat / manset

16-03-2025, 11:51

İstixana sahibləri təşvişdə: Rusiya bazarını itirə bilərik

Azərbaycanda istixanaların sayı azalır. Buna səbəb artan xərclər və xarici bazarda rəqabətin yüksəlməsidir. Yerli sahibkarlar ənənəvi Rusiya bazarında Türkmənistan təhlükəsi ilə üzləşiblər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda ümumi sahəsi 1,6 min hektar olan 3037 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 224,9 min ton pomidor, 11,6 min ton xiyar, 1,6 min ton göbələk, 237,6 ton çiyələk, 151,3 ton kartof, 55,0 ton limon, 35,5 ton kələm, 22,3 ton baş soğan, 15,3 ton badımcan, 14,1 ton bibər və sair meyvə və tərəvəz istehsal olunub. Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Binəqədi, Sabunçu, Kürdəmir, Tovuz, Samux və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib.

Xatırladaq ki, ötən il ölkədə istixanaların sayı 191 ədəd azalıb. 2023-cü ildə ölkədə 3228 vahid istixana fəaliyyət göstərib.
Bu gün Azərbaycanda istixanalar nə dərəcədə rentabellidir? Onların sayının daha da artırılmasına nə mane olur? İstixana işlədənlərin əsas problemləri nədir?

Sabiq millət vəkili Rüfət Quliyev istixana işlədənlərin ən böyük probleminin mavi yanacaqla bağlı olduğu qənaətindədir. Onun sözlərinə görə, bu məsələdə sahibkarlara heç bir güzəşt nəzərdə tutulmayıb: "Əslində istixana işlədənlərə tariflərdə müəyyən güzəşt olmalıdır. Çünki bu, sahibkarlıq fəaliyyətidir, onlar yeni iş yerləri yaradır, məhsul istehsal edir, ölkəyə valyuta gətirir, vergi ödəyirlər. Hazırda bizim üçün əsas bazar Rusiyadır. Rusiya da sanksiya altında olduğundan qiymətlər bahadır. Ona görə hələlik istixana sahibləri bu şərtlər daxilində işləyə bilirlər. Amma fəaliyyətlərini genişləndirə bilmirlər. Məsələn, bu gün Rusiya bazarında Türkmənistandan gələn məhsullar daha rəqabətlidir, satışı yüksəkdir. Çünki bu ölkədə qazın qiyməti çox ucuzdur, istixanalar üçün ümumiyyətlə, ucuzdur. Bu baxımdan, məhsulu aşağı qiymətə təklif etmək onlar üçün problem yaratmır. Bizdə də kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə xüsusi rejim tətbiq olunmalıdır. Tutaq ki, istixanalara mavi yanacaq 50 faiz güzəştlə verilə bilər. Başqa heç bir problem yoxdur. Bu addım atılsa, ölkədə istixanaların sayı sürətlə artacaq”.

Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, iş adamı Bəşir Quliyev bildirir ki, hazırda istixanaların rentabellilik səviyyəsi çox aşağıdır. Səbəb isə yüksək xərclərdir: "Əsas ixrac bazarımız Rusiyadır. Həmin bazarda həm daxili istehsalçı ilə, həm də digər xarici istehsalçılarla rəqabət artıb. Məsələn, onların sırasında Türkmənistanı qeyd edə bilərəm. Hazırda Azərbaycan pomidoru ilə Türkmənistan pomidoru ciddi rəqabətdədir”.

Assosiasiya sədri hesab edir ki, digər bazarlara çıxış imkanını genişləndirmək üçün həmin bazarlarda tələb yaratmaq lazımdır: "İndi alıcıya bir deyil, on ölkə və yaxud istehsalçı məhsul təklif edir. Ona görə alıcıya seçim etmək rahatdır. Bizim Avropa və digər bazarlara çıxmağımız üçün ilkin mərhələdə qısamüddətli logistika dəstəyi lazımdır. Məsələn, hazırda Polşa bizim məhsulları alır. Almaniyanın bir hissəsi də məhsullarımızı ala bilər. Amma oraya gedib çıxmaq üçün bizə güclü tələb gəlmir. Çünki təklifimiz orada seçilmir. Ölkələrin təklifi ya bizim qiymət səviyyəmizdədir, ya da daha ucuzdur. Məsələn, bizim daşıma xərclərimizlə bağlı hansısa bir qısamüddətli dəstək layihəsi işlənilərsə, o təkan verər ki, məhsullarımız həmin ölkələrə axsın və nəticədə tələb yaransın. Tutaq ki, daşıma xərcində 50 qəpik dəstəyin olması o deməkdir ki, sən bazarda məhsulu 50 qəpik ucuz təklif edirsən. Artıq bu, oradakı alıcılara cəlbedici gəlir. Onlar məhsulu almağa başlayır, alandan sonra öyrəşirlər və tələb yaranır. Bazarı genişləndirməyin yeganə yolu budur”.

İş adamı onu da qeyd edir ki, Rusiya bazarı Azərbaycan istehsalçıları üçün aktuallığını həmişə saxlayacaq: "Biz bu bazarı əldən buraxıb hansısa bazarlar axtarmamalıyıq. Mövcud bazarı qoruyub paralel olaraq yeni bazarlar axtarmalıyıq. Yaranan hər bir problemə qarşı ünvanlı hərəkət planı tərtib olunmalıdır. Bizim rəqabətə davamlılığımızı artırmaq üçün qısamüddətli dəstək verilməlidir. Tutaq ki, ixrac olunan məhsullara maya dəyərini formalaşdıran ƏDV hissəsi qaytarıla və yaxud ixrac olunan məhsula subsidiya verilə bilər. İndi bazarda Türkmənistan məhsulları ilə bağlı problemi yaranıb. Onu araşdırmaq lazımdır ki, onların maya dəyəri niyə bizdən aşağıdır. Bizdə olan məlumata görə, onlarda qaz istixanalara demək olar ki, pulsuz verilir. İşçi qüvvəsi ucuzdur, vergilərdən də azaddırlar və hansısa digər formalarda dəstəkləri var. Onlarda istixanaların sayının və məhsul istehsalının artması Azərbaycanın bazar payını azaldır. İndi bu vəziyyətdən bütün yerli istehsalçılar narahatdır. Biz mövcud vəziyyətlə bağlı hökumətə təkliflər göndərmişik. Hazırda təkliflərimiz araşdırma mərhələsindədir”.

Aqrar məsələlər üzrə ekspert Mircavid Həsənov hesab edir ki, Azərbaycanda istixanaların sayının artırılması üçün kifayət qədər potensial mövcuddur: "İstixana elə bir kənd təsərrüfatı sahəsidir ki, burada torpaq faktoru rol oynamır. Sadəcə, ərazi lazımdır. Bu gün dünyada müasir istixanalar geniş yayılıb. Onlardan ən geniş yayılmışı hidroponik becərmə sistemləridir. Hidroponik becərilmə üsulunda stellaj tipli əkin aparılaraq istixana ərazisindən daha səmərəli istifadə olunur. Yəni, bu sistemdə münbit torpağa ehtiyac yoxdur, sadəcə sistem günəşin bol olduğu ərazidə qurulmalıdır. Eyni zamanda, ərazini mavi yanacaqla təmin etmək imkanı olmalıdır. Bizdə həm kifayət qədər yanacaq, həm də boş torpaq sahələri mövcuddur. Məsələn, Hacıqabul, Kürdəmir istiqamətində xeyli istifadəyə yararsız şoran torpaqlar var. Əkinə yararsız torpaqlarda bu təsərrüfatları qurmaq mümkündür. Sadəcə, bu istiqamətdə təşviqedici proqramlar olmalıdır ki, fermerlərin marağı artsın. Çünki bu komplekslərin qurulması heç də ucuz başa gəlmir. Müasir istixana sistemini qurmaq üçün 1 hektara təxminən 1-1.5 milyon manat vəsait lazımdır”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə fəaliyyət göstərən istixanaların çoxu kustar üsulla hazırlanıb. Müasir istixana kompleksləri əsasən, Bakı, Sumqayıt, Yevlaxda yerləşir və ümumi istixanaların cəmi 20 faizini təşkil edir.

Mənbə: "Kaspi" qəzeti

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

iqtisadiyyat / manset

7-03-2023, 08:40

Ətin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

sosial / manset

27-12-2023, 10:54

Yerli istehsal olan avtomobillərə maraq niyə AZDIR?

siyaset / manset

2-02-2024, 11:26

Azərbaycanda gənclərin sayı açıqlanıb

iqtisadiyyat / manset

13-07-2024, 11:25

Hansı məhsulların idxalı azalıb? - Siyahı

gundem / ust / manset

2-11-2023, 10:40

Komitədən Azərbaycanda din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 11:22
    Suveren inkişaf modeli
  • Dünən, 10:56
    Azərbaycan Respublikasının Konstitudiyasının qəbulu əbədiyaşar liderimiz,Ulu Öndərimiz Heydər Əliyevin tarixi xidmətidir-Könül Nəbizadə
  • Dünən, 09:29
    Mehriban Əliyeva da Konstitusiya Günü ilə bağlı paylaşım etdi
  • Dünən, 09:26
    Prezidentdən Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 08:04
    Ronaldo Dünya Çempionatında oynayacağını açıqladı
  • Dünən, 08:02
    Paraddakı F-16 texnikləri təyyarədə olub - Qəzaya səbəb nədir?
  • Dünən, 08:00
    Həlak olan ekipaj üzvlərinin - Fotosu
  • Dünən, 07:57
    Azərbaycanda Konstitusiya Günüdür
  • Dünən, 07:54
    Putin Kremldə Tokayevi qarşıladı
  • Dünən, 07:48
    Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu
  • Dünən, 07:46
    Kavelaşvili Ərdoğana başsağlığı verdi
  • Dünən, 07:44
    Tramp faktoru BBC-ni ifşa etdi - Azərbaycanın haqlı mövqeyi təsdiqini tapdı
  • 11-11-2025, 21:01
    “Ad günündə gələn kədər: Gülnara Həmidovanın Şahin Babayev itkisinə hüzünlü baxışı”
  • 11-11-2025, 15:23
    “Qəlbinin işığı ilə parlayan xanım – Gülnara Həmidovanın doğum günü münasibətilə”
  • 11-11-2025, 12:02
    ABŞ Senatı şatdauna son qoyacaq qanun layihəsini təsdiqlədi
  • 11-11-2025, 11:59
    Tokayev Putinlə müttəfiqlik haqqında bəyannamə imzalayacaq
  • 11-11-2025, 11:56
    Mükafat yazılıb, amma məqsəd onlayn tələdir - DİN-dən çağırış
  • 11-11-2025, 11:54
    “Qardaşlarımız nə deyirsə, düz deyir” - Qurban Qurbanov
  • 11-11-2025, 10:43
    Məşhur aktrisa evlənir
  • 11-11-2025, 10:32
    Sabiq və indiki rəislər paradı birlikdə izlədi
  • 11-11-2025, 10:28
    Azərbaycanda bəzi yerlərdə ətin qiyməti ucuzlaşdı
  • 11-11-2025, 10:20
    ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqlədi
  • 11-11-2025, 10:18
    Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?
  • 11-11-2025, 10:16
    Babək Quliyev UEFA-dan növbəti təyinat aldı
  • 10-11-2025, 13:08
    Şəmkirdə 77 yaşlı kişini maşın vuraraq öldürdü
  • 10-11-2025, 12:48
    Şahbuzda 66 yaşlı kişi arı sancması nəticəsində öldü
  • 10-11-2025, 12:39
    Şəmkirdə dönərdən kütləvi zəhərlənmə baş verib - Yenilənib
  • 10-11-2025, 12:37
    Bu il ən çox tələb olunan peşələr bunlardır
  • 10-11-2025, 12:34
    Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
  • 10-11-2025, 12:31
    Levandovski het-trik etdi
  • 10-11-2025, 12:25
    17 ildən sonra münasibətlərini bərpa edəcəklər
  • 10-11-2025, 12:14
    ABŞ-də şatdaun başa çatır
  • 10-11-2025, 12:10
    “Zelenski Milad bayramına qədər öldürülə bilər”
  • 10-11-2025, 12:07
    Qızılın qiyməti tarixi rekordu yenilədi
  • 10-11-2025, 12:04
    Ağdaşda zəlzələ oldu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə