• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İş saatları nə vaxt dəyişdiriləcək?

gundem / sosial / manset

16-03-2025, 11:56

İş saatları nə vaxt dəyişdiriləcək?
Nəqliyyat sıxlığının azaldılması ilə bağlı iş saatlarının dəyişdirilməsi barədə qərardan iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bununla bağlı addımlar atılmayıb. Ekspertlər bu məsələnin xeyli vaxt aparacağı qənaətindədirlər.

Bir müddət öncə Bakı şəhərinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün dövlət proqramı təsdiqləndi. Proqramda yer alan əsas məsələlərdən biri iş qrafikinin dəyişdirilməsi idi. Qərarda qeyd edilib ki, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili, distant iş rejiminin tətbiqi, həmçinin nəqliyyatda gediş haqlarının günün pik saatlarında baha, digər saatlarda ucuz olması kimi məsələlər diqqət yetirilməli tədbirlərdəndir.

Məsələ ilə əlaqədar mətbuatda yazılar yazıldı, geniş müzakirə olundu. Lakin sərəncamdan iki ay keçməsinə baxmayaraq, hələ də bununla bağlı addımlar atılmayıb.

Maraqlıdır, iş saatları nə vaxt dəyişdiriləcək? Bu istiqamətdə təşəbbüslər varmı?

"Dövlət qurumları öz işini qurur”

Millət vəkili Vüqar Bayramov deyir ki, dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər birmənalı şəkildə reallaşacaq: "Dövlət proqramının təsdiqindən uzun müddət keçməyib. Bu proqramın özəlliyi odur ki, burada hər bir fəaliyyət üzrə zaman müəyyənləşdirilib. Artıq dövlət qurumları proqramda nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq öz işlərini qururlar. Birmənalı şəkildə dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər icra olunacaq”.

"Qısa müddətdə şahidi olacağıq?”

Millət vəkili deyir ki, proqram həm nəqliyyat sektorunun inkişafı baxımından mühümdür, həm də bütövlükdə Bakı şəhərində tıxacın və sıxlığın aradan qaldırılmasına təkan verəcək: "Proqram bu ildən icra olunmağa başlanıb, iki aya yaxın vaxt keçib. Bu, uzun müddət deyil. Biz növbəti dövrlərdə bu proqram çərçivəsində kifayət qədər əhəmiyyətli və Bakının nəqliyyat infrastrukturuna təsir göstərəcək qaydaları müşahidə edəcəyik. Biz bütövlükdə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsinin qısa müddətdə şahidi olacağıq”.

Proqramın məqsədi

Məlumat üçün bildirək ki, proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək. Proqram Bakı şəhərinin Baş Planına (2020–2040) uyğun olaraq, Bakı şəhərinin və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və insanların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Dövlət Proqramı əhaliyə keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsi, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması, həmçinin fərdi mobil nəqliyyat vasitələrinin, nəqliyyat və piyada infrastrukturundan istifadənin müasir tələblərə cavab verən səviyyədə təmin edilməsi və nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi prinsipləri əsasında hazırlanıb. Məqsəd nəqliyyat sisteminin təkmilləşdirilməsi nəzərdə tutulan Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.

"Bunun üçün vaxt lazımdır"

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, iş qrafikinin dəyişməsi kompleks yanaşma tələb edir və bunun üçün vaxt lazımdır: "Bu, bir qərarla qısa müddətdə həll olunası məsələ deyil. İş qrafikinin dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir. Bundan əlavə, bu dəyişiklik işəgötürənlərin rəyi əsasında həyata keçirilə bilər. Kollektivi çox olan iş yerlərində qrafikin dəyişdirilməsi şəhərdə tıxacların azalmasına səbəb ola bilər. 10-15 nəfərin işlədiyi müəssisələrdə bunu tətbiq etmək mümkün olmayacaq”.

"Tıxac yaradan amillər araşdırılmalıdır”

Hüquq müdafiəçisi deyir ki, əvvəlcə əsas tıxac yaradan amillər araşdırılmalıdır: "Əsas tıxac yaradan müəssisələr məktəblər, universitetlərdir. Yay aylarında da insanlar işə gedir, amma nəqliyyatda problemlər qış aylarında olduğu kimi deyil. Səbəb təhsil müəssisələrinin tətildə olmasıdır. Qərar qəbul olunur, icraçılar hərtərəfli araşdırma aparıb, monitorinqlər keçirdikdən sonra addım atırlar. Bu məsələnin dərhal həll olunması mümkün deyil. Ola bilər ki, bir müddət sonra bu məsələyə qayıdılacaq”.

Mənbə: Kaspi qəzeti

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / manset

5-02-2025, 09:30

İş saatlarında dəyişklik - Qrafik necə olar?

gundem / ust / manset

31-01-2025, 10:34

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi

gundem / sosial / manset

1-01-2025, 13:08

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə mindi

siyaset / manset

31-08-2023, 13:02

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin SİYAHISI təsdiqləndi

gundem / ust / manset

5-08-2023, 12:19

Təhlükə potensiallı obyektlərin Elektron Məlumat Bazası yaradılacaq

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:29
    Prezident bu gün Buxaraya gedəcək
  • Bu gün, 11:21
    İran tarixi sazişə dəvət edilib
  • Bu gün, 11:13
    Prezidentlərin təltifolunma mərasimi keçirildi
  • Bu gün, 11:09
    Birinci xanımlar təkbətək görüşdü
  • Bu gün, 11:06
    Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
  • Bu gün, 11:00
    Prezident ailəsinin səmimi - Fotosu
  • Bu gün, 10:56
    Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq
  • Dünən, 12:32
    BAK rəhbərliyi və QHT nümayəndələri arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən, 12:15
    Göyçayda ağır qəza - Ölən və xəsarət alanlar var
  • Dünən, 12:11
    İran həmin region ölkələrini hədələdi
  • Dünən, 12:03
    Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - Video
  • Dünən, 11:58
    Kamçatkada həmin turistlərə görə fövqəladə vəziyyət elan edildi
  • Dünən, 11:54
    Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov açıqladı
  • Dünən, 11:48
    Son matçını şəhid və qazi övladları ilə oynadı
  • Dünən, 11:44
    Azərbaycanda mina təhlükəsi ilə bağlı yeni layihə - İlk dəfə
  • Dünən, 11:36
    10 saat yatırsınız, amma yenə yorğun oyanırsınız? Səbəbi xəstəlik ola bilər
  • Dünən, 11:32
    Xəzərdə qaldırıcı qurğu aşdı - İşçi öldü
  • Dünən, 11:16
    ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkəyə viza qadağasını - Ləğv etdi
  • 22-08-2026, 13:17
    Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərildi
  • 22-08-2026, 13:12
    Sahibkarlar üçün yeni güzəştlər - Sentyabrın 1-dən
  • 22-08-2026, 13:09
    Gürcüstan yığmasının üzvü “Sevilya”ya keçdi
  • 22-08-2026, 13:05
    “Prezident Cıdır düzündə bir kənarda sakit dayanmış Nuraniyə özü yaxınlaşdı…”
  • 22-08-2026, 13:00
    “Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır”
  • 22-08-2026, 12:57
    Dünən Bakıda 33 dərəcə isti olub
  • 22-08-2026, 12:53
    Aktrisalığa qayıda bilər
  • 22-08-2026, 12:47
    “O, uşağını Trampdan daha çox sevir, buna görə qəzəbliyəm”
  • 22-08-2026, 12:44
    Özəl xəstəxanada abortdan sonra evə aparılıb, güclü qanaxma olub...
  • 21-08-2026, 13:22
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • 21-08-2026, 11:52
    “Atəşgah” Sığorta KTS üzrə yeni məhsullarını təqdim edir
  • 21-08-2026, 11:47
    “Green Card” udduğundan ərizə yazaraq vəzifəsindən gedibmiş
  • 21-08-2026, 11:43
    Bakıda qazi dostu ilə birgə qədim samovarı oğurladı - Bu cəzanı aldılar
  • 21-08-2026, 11:38
    Portuqaliyada niqab qadağan edildi
  • 21-08-2026, 11:34
    Tövlədə heyvanları yemləyərkən öldü
  • 21-08-2026, 11:18
    İtkin şəhidlər dəfn olunur
  • 21-08-2026, 11:00
    “USS Abraham Lincoln” ABŞ-yə qayıdır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə