• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

QƏLPƏ YADDAŞI

gundem / sosial / manset

8-05-2025, 22:03

QƏLPƏ YADDAŞI
Faşizm üzərində Qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir. Adları xatirə abidəsinə həkk olunmuş (olunmayanlar da) hər kəs öz timsalında Azərbaycanın örnək salnaməsidir. Onlar heç vaxt unudulmayıb, unudulmur və unudulmayacaq!

QƏLPƏ YADDAŞI

Pirani veteran ani düşündü:
Hava hərarətli, bu nə üşüntü?..
Xəyalən cəbhəyə- savaşa döndü.
Qoxudu faşizmin barit nəfəsin,
Eşitdi mərminin uğultu səsin…
Bu səs köksündəki qəlpədən qopub,
Bu səs qurğuşunla canına hopub.
Bu yad yoldaşlıqdan üşütmə tapıb…
Lənətlər yağdırdı müharibəyə.
O iblis əmələ, qanlı fitnəyə.
Qəlpənin yaddaşı - cahan savaşı,
Viran kənd, şəhərin qanlı göz yaşı,
Minlərin adına bircə baş daşı…
Minlərin cəbhədən qara xəbəri…
Milyonların tale-şərik kədəri.
Hələ də kimisə yol gözləməkdə
Itkin qayıdacaq,-güman-diləkdə,
Gözünün nurusa daha sönməkdə…
Qəlpə yaddaşına yazılıb o da.
Faşizmə ölüm-tarixdən səda.
Müharibə dili-açılan atəş.
Müharibə dini-məhv etmə, savaş.
Müharibə ili-bir nəsil təlaş!
Qan tutdu dünyanın qan daman gözü…
Rahat nəfəs alsın bəşər, yer üzü!..
Nəyin bahasına olursa-olsun düşmən qüvvələrinin qarşısı alınmalı, faşistlərin zəbt etdiyi yüksəkliklər ələ keçirilməliydi. Budəfəki döyüş tapşırığı olduqca əlverişsiz bir mövqedən qarşıdakı təpələri aşıb, sahil boyu keçən əsas məntəqəyə çatmaq, silah-sursat və ərzaqla təchizatda yaranmış çətinliyin aradan qaldırılmasında xüsusi əhəmiyyəti olan bir ərazinin nəzarətə götürülməsini tələb edirdi. Olduqca çətin bir vəziyyət idi. Düşmənin mövqelərini öyrənmək, əsas atəş nöqtələrini susdurmaq üçün ilk növbədə səhih məlumat toplanması həlledici amil idi. Bunun üçün isə “dil” lazım gəlirdi. Yəni kəşfiyyat yolu ilə faşistlərdən bir, və ya bir neçə nəfər ələ keçirilməli və məlumat toplanmalı idi. İndiki vəziyyətdə bu ağlasığmaz bir addım idi... Çünki hitlerçilər onların qərar tutduğu mövqeləri mütamadi atəş altında saxlayırdı. Döyüş yoldaşlrının nəzəri “müəllimə” dikilmişdi. Bilirdilər ki, Sabir Taibov mühatibə başlamazdan əvvəl pedaqoji təhsil alıb və müəllim işləyib. Dərin ağıl, iti zəka sahibidir. Mülki həyatda ağır atletika ilə məşğul olması onda yüksək dözümlülük və fiziki möhkəmlilik formalaşdırmışdı. Həm də əvvəlki döyüşlərdən onun cəsarəti, qorxmazlığı çoxlarına bəlli idi. Ona bütün bu şəxsi keyfiyyətlərinə görə hamı hörmətlə yanaşırdı.
...Sabir Taibovun amiranə səsi bir anlıq sükutu pozdu: “Biz tərəflərdə belə deyirlər: döyüşəndə gərək qoç kimi döyüşəsən”. Sabir Taibovun yarızarafat, yarıciddi söylədiyi bu fikir o demək idi ki, “dil” gətirməyə özü gedəcək.

***
Artıq neçə gün idi ki, Sabir Taibov Kislovodskidə yerləşən hərbi xəstəxanaya köçürülmüşdü. Sonuncu müayinənin nəticələri heç də ürəkaçan deyildi. Yaraya vaxtında tibbi müdaxilə olunmadığından onun ayağını itirmək qorxusu vardı.
Bu xəbəri eşidəndə, o, çılğınlıqla həkimlərin onun ayağını kəsmək qərarına qəti surətdə etraz etmişdi...
O gecə çarpayıda mürgüləsə də, gözünə səhərə qədər yuxu getmədi. Taibov qarmaqarışıq düşüncələrdən sıxıldı... Gözünün önündən daha nələr gəlib keçmirdi?.. Uşaqlıqda gözdən itənəcən arxasınca için-için ağlaya-ağlaya baxdığı faytonu xatırladı. O fayton ki, atasına məxsus olan neçə-neçə qiymətli, cild-cild nadir kitablar və atasının əlyazmaları yüklənmişdi...
O vaxtlar-sovetlərin ilk illərində hökumət Taib Əfəndi Zeyxurinin Türkiyədə təhsil almasını əsas gətirərək onu pantürkist saymış və bir neçə dəfə həbsinə cəhd edilsə də, nüfuzu nəzərə alınaraq sonradan sərbəst buraxılmışdı. Dünyasını dəyişəndən sonra isə evində bir qrup mundirli şəxslər tərəfindən axtarış aparmışdılar. Taib Əfəndinin şəxsi kitabxanasını və onun əlyazmalarını bir neçə faytona yükləyib aparmışdılar. O vaxt balaca Tacəddin (Sabir) onların niyə belə etmələrini dərk etməsə də, bircə onu bilirdi ki, atasının kitablarını aparırlarsa, demək onlar yaxşı adam deyillər...
Bir neçə ildən sonra onun özünü də “harasa” - o vaxtlar “NKVD” deyilən yerə (rusca narodnıy komissariat vnutrennix del) pantürkist və qolçomaq oğlu kimi aparmışdılar. Onda Sabir yeniyetmə bir oğlan idi. Ürəyində yüksək amallar və istəklər... Həmən gün onu anası Mileyxanımdan zorla ayırıb apardılar.
O vaxtlar başa düşə bilmədiyi xeyli sorğu -sual və təhdidlər olunandan sonra kürəyindən qundaqla itələnərək “gedə bilərsən” deyildi. O vaxt onu sorğu edənlərdən biri deyib ki, bu oğlan may ayının ikisindəndir. Demək, bizimdir. Bəxti onda gətirib ki, aprelin 28-dən sonra dünyaya gəlib. (Sabir müəllim sonralar dərk etmişdi ki, həmin adam Azərbaycanda bolşevik hakimiyyətinin qurulduğu günün onun doğum günündən əvvələ təsadüfünü nəzərdə tutaraq bu fikri söyləyib) Uzaq bir məsfəni tək -tənha, payi-piyada qət edərək, gecədən xeyli keçmiş evlərinə çatdı. Anası hələ yatmamışdı...
Onu aparanda anası oğluna toxdaqlıq vermək üçün özünü soyuqqanlı aparmışdı. Demişdi ki, narahat olma, oğul, tezliklə qayıdacaqsan... Mileyxanım ana özünü zahirən belə göstəririmiş. Sən demə, oğlununun arxasınca ağlaya-ağlaya qalıbmış. Ana gözü yaşlı, oğlunu gözləyirmiş. Anasının halətindən o, evə dönəndə xəbər tutmuşdu. Ağlamaqdan anasının gözləri şişkinləşib qanla örtülmüşdü...Bu xatırlmadan ürəyi qana döndü, bir uşaq həvəsilə anasını qucaqlamaq, bağrına basmaq keçdi konlündən...
Qəribə duyğular bürümüşdü onu. Qəribsəyə-qəribsəyə yenə xəyalən doğma kəndinə döndü. Elə bil ki, bu bir xəyal yox, həqiqət idi. Anası gözlərinin önünə gəldi. Anasına sarı qaçaraq, onu qucaqlayıb bağrına basmaq istədi. Amma bacarmadı ... “Yox!..” deyə qışqırdı...
Məlahətli bir səs onu düşüncələrindən ayırdı. Qadının-həkimin “Sabahın xeyir, Taibov!” deməsi yaralı əsgəri “real həyata” qaytardı.
Həkim “Hə, necəsən”, deyə mehribanlıqla onun çarpayısına daha da yaxın gəldi.
Sabir Taibov qadının şəfqət dolu baxışları altlnda dirsəklənərək:
-Doktor, mən ayağımın kəsilməsini istəmirəm... Döyüşmək istəyirəm. Anamın yanına öz ayağımla qayıtmaq istəyirəm. Mənim üçün anamın yanına ayaqsız qayıtmaq ölümdən betərdir. Mən kəndimizə qələbə ilə qayıda...ca... Qəhər onun sözünü ağzında qoydu.
Həkim də yaman mütəəssir olmuşdu. İnsani duyğuların diktəsi ilə qeyri-ixtiyari olaraq həkim inamla “Sənin ayağın kəsilməyəcək! Səni müalicə edəcəyəm. Mütləq müalicə edəcəyəm!..”- deyə, palatanı tərk etdi.
Sabir Taibov artıq sağalıb ayağa qalxmışdı. Yenidən ön cəbhəyə yollanacaqdı. Həlledici döyüşlər hələ öndə, qələbə irəlidə idi...
*******
Düşmənin ruh düşkünlüyü yarada biləcək psixoloji manevrləri davam etməkdəydi. Almanlar psixoloji hücumların daha da kəsərli, təsiredici olması üçün rus qızlarının müraciətindən istifadə edirdilər. Təmas xətti o qədər yaxınlaşmışdı ki, hətta onların səsi belə eşidilirdi: “Artıq məğlub olmusunuz. Müqavimət göstərməyin faydası yoxdur. Keçin bizim tərəfə. Nə qədər davam gətirəcəksiniz?.. Yeməyə çörəyiniz belə yoxdur...”
Sabir Taibov təbliğatın nəyə qadir olduğunu çox gözəl anlayırdı. Gənc olmasına baxmayaraq, təhsil aldığı və pedaqoq kimi fəaliyyət göstərdiyi illər, eləcə də şəxsi mütaliəsi ona çox şey öyrətmuşdi.
Döyüşçülərə ruh yüksəkliyi aşılayan xüsusu mətnlərdən ibarət vərəqələrin nə qədər həssas, gərəkli olduğunu dərk edir, nə qədər əhəmiyyətli olduğunun fərqindəydi. “Boevoy Listok” adı ilə əsgərlər arasında yayımlanan bu cür vərəqələrin tərtib olunmasında, yazılmasında təbii ki, müəyyən hazırlıq, savad və bacarıq tələb olunurdu.
Cəbhədə döyüş hazırlığından heç də az əhəmiyyət kəsb etməyən bu məsuliyyətli işi də Sabir Taibov öz boynuna götürmüşdü. Hər dəfə də yazıya başlayanada sanki anası ona deyirdi: “Ana” və “Vətən”! Bu iki kəlmənin birləşməsindən yaranıb ANA VƏTƏN kəlməsi. Vətən dünyaya göz açıb boya-başa çatdığımız, havasını udub, suyunu içdiyimiz totpaq, ulularlmızın uyuduğu məkandır.
Vətəni qorumaq ananı qorumaq deməkdir. Analar Vətəni müdafiə ertməyə çağırır! Ana vətən azadlığına səsləyir sizi! Ananız uğrunda, vətəniniz uğrunda !..
Ananın xəyali çağırışları, öyüd-nəsihətləri onu bu işə və döyüşlərə daha da ruhlandırır, qələbəyə inam yaradırdı.
“Boevoy Listok” un növbəti sayı hazırlanıb qurtarar-qurtarmaz Sabir Taibov döyüş tapşırığı aldı.Bir neçə saatdan sonra növbəti kəşfiyyat başlayacaqdı...
TABOR KOMANDİRİ GƏMİNİ XİLAS ETDİ
Əsgər hərbi təzim edərək: - Yoldaş kapitan, Sizi soruşurlar,- deyə gələn zabiti təqdim etdi. Gələn şəxs salamlaşandan sonra Sabir Taibovun onunla bir yerdə qərargaha gedəsi olacağını bildirdi…
Bir müddətdir ki, Aderbeyevkada müalicə alan kapitan hələ tam sağalmasa da, ona Kerç uğrunda aparılacaq desant əməliyyatında tabor komandiri olaraq iştirakının vacibliyini bildirdilər. Səhəri taborun əsgərləri ilə tanış oldu. Əslində onların coxunu tanıyırdı. Komandanlığın əməliyyat tapşırıqları dinlənildikdən sonra desant qüvvələrinin lazımi döyüş sursatı Azov dənizindən Kerçə istiqamət götürəcək gəmiyə daşındı.
...Sakitlik idi. Sabir Taibov gəminin göyərtəsində yelkən dirəyinə söykənib irəlidəki doyüş əməliyyatını fikrində götür-qoy edirdi. Birdən uğultulu səs eşidildi. Təyyarənin görünməsi ilə ətrafı qatı tüstü bürüdü. Gəmi tüstüyə doğru hərəkət etməkdəydi. Təcrübəli kəşfiyyatçı başa düşdü ki, faşistlərin kəşfiyyat təyyarəsi onları təqib etməkdədir. Düşmənin “tüstü burulğanı” isə onların yerini qırıcılara nişan vermək üçündür. Tezliklə düşmənin döyüş təyyərələri gəmini bombalayacaq…
Vaxt itirmək olmazdı. S.Taibov cəld gəminin kapitanına yaxınlaşıb vəziyyəti ona anlatmağa çalışdı. Gəminin sahilə doğru hərəkət etməsinin vacibliyini onun nəzərinə çatdırdı. Gəminin kapitani isə onun bu tələbindən imtina etdi.
S.Taibov baxdı ki, kapitan vəziyyəti düzgün qiymətləndirə bilmək iqtidarında deyi, tapançanı ona tuşlayaraq sükandan kənarlaşdırdı və özü gəmini sahilə doğru istiqamətləndirərək əmr etdi:-Tam sürətlə irəli!
Çox keçmədi ki, düşmən qırıcıları tüstü bürümüş ərazini güclü bomba atəşinə tutdular…
Kiçik itki ilə sahilə çatan desant dəsrəsi gecəni balıq vətəgəsində keçirməli oldu.
Dan yeri yenicə ağaranda S.Taibovun komandiri olduğu tabor “kəşfiyyat döyüşü”nə başladı. Qarşıdakı tikanlı məftillərlə əhatələnmiş düşmən səngərinə həmlə olundu. Sabir Taibov yağış kimi səpələnən düşmən güllələrinin altında “Hücum! Ardımca irəli!”- deyərək tikanlı məftilləri adladı. Döyüşçülər də komandirin arxasinca hücuma atıldılar. Mövqelər və say baxımından faşistlərin üstünlüyü ilə qeyri- bərabər olan bu qızğın döyüşdə Sabir Taibovun şəxsi şücaəti döyüşü üstünlüklə başa çatdırmaqda boyük rol oynadı. Onların ardınca Kerçin azad olunması uğrunda sovet qoşunlarının boyük hücumu başlayacaqdı…

Tapdıq ƏLİBƏYLİ, “Məslək” kitabı

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

8-05-2023, 17:04

FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ - 78

dunya / manset

7-11-2023, 08:21

Vasabi yaddaşı yaxşılaşdırır

gundem / manset

30-01-2023, 13:03

Əməliyyat zamanı Vasif Tağıyevin bədənindən altı qəlpə çıxarılıb

gundem / manset

18-01-2023, 07:30

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi

siyaset / manset

26-02-2023, 10:33

TÜRKPA: “İllər keçsə də, Xocalı soyqırımı qurbanlarının xatirəsi unudulmur”

ULUSƏS TV
Son xəbərlər
  • 17-05-2025, 12:16
    Tomislav Mişura: "İstəsələr, mən də "Neftçi" üçün çalışa bilərəm"
  • 16-05-2025, 08:48
    Ərdoğan da Albaniyaya gedir
  • 16-05-2025, 08:46
    “Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır” - Mertz
  • 16-05-2025, 08:44
    11 il sonra ÇL-də oynayacaqlar
  • 16-05-2025, 08:41
    “Mən Putinlə görüşənə qədər münaqişə bitməyəcək”
  • 16-05-2025, 08:37
    Türkiyədən sonra Albaniyaya getdi
  • 16-05-2025, 08:35
    “Bu, mənim prinsipial mövqeyimdir” - Zelenski
  • 16-05-2025, 08:32
    “Avroviziya 2025”in finalçıları bəlli oldu - Siyahı
  • 16-05-2025, 08:28
    “Barselona” İspaniya çempionu oldu
  • 16-05-2025, 08:26
    Britaniyanın Baş nazirinin evi yandırılıb?
  • 16-05-2025, 08:19
    Asiyada yeni COVID-19 dalğası yayılır - KİV
  • 15-05-2025, 09:19
    Babək prospektində qəza - Sıxlıq yarandı
  • 15-05-2025, 09:16
    Aeroport yolunda sürət həddi bərpa edildi
  • 15-05-2025, 09:14
    İran bu şərtlə ABŞ ilə razılığa gələcək
  • 15-05-2025, 09:12
    Şamaxıda zəlzələ oldu
  • 15-05-2025, 08:39
    Zelenski Nəriman Cəlalovu Türkiyəyə səfir göndərdi
  • 15-05-2025, 08:34
    İtaliya Kubokunun qalibi bəlli oldu
  • 15-05-2025, 08:32
    Tramp da Türkiyəyə getmir
  • 15-05-2025, 08:30
    Zelenski Türkiyəyə getdi
  • 15-05-2025, 08:28
    Putin İstanbula getməyəcək - Heyət açıqlandı
  • 15-05-2025, 08:26
    Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi
  • 14-05-2025, 16:00
    44 günlük Vətən Müharibəsinin igid kəşfiyyatçısı, qazi Əliyev Seymur Veysil oğlu – TƏBRİK EDİRİK!!!
  • 14-05-2025, 14:43
    Prezident Tural Piriyevi yenidən icraçı direktor təyin etdi
  • 14-05-2025, 10:58
    Kürdəmirdə əməliyyat edilən qadın öldü
  • 14-05-2025, 09:56
    Bığırda daha bir nəfər ağacdan yıxılıb öldü
  • 14-05-2025, 09:52
    Bu ərazilərdə güclü külək əsir
  • 14-05-2025, 09:48
    Bu ərazidə işıq olmayacaq
  • 14-05-2025, 09:46
    “Azerbaijan - Land of Fire” geri döndü!
  • 14-05-2025, 09:43
    Vaskes “Real”dan gedir
  • 14-05-2025, 09:41
    Ərdoğan Meloni ilə danışdı
  • 14-05-2025, 09:39
    Gündə bir qədəh şərab içsəniz...
  • 14-05-2025, 09:36
    Bu il “Green Card” udan azərbaycanlıların - Sayı
  • 14-05-2025, 09:34
    Türkiyədə 6 ballıq zəlzələ oldu
  • 13-05-2025, 09:56
    Aİ Türkiyədəki danışıqları gözləyir
  • 13-05-2025, 09:53
    Rusiya o təyyarənin vurulmasına görə günahkar bilindi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: Farid-safarov@mail.ru | ulu-ses@mail.ru
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə