• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qələbələrə köklənmiş Azərbaycan Ordusu

gundem / sosial / manset

1-07-2025, 14:22

Qələbələrə köklənmiş Azərbaycan Ordusu
“Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov: 1993-cü ildən başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində hərb tariximizə şərəfli səhifələr yazdı. 2003-cü il sentyabrın 19-20-də ordumuzun bölmələri Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdilər. Bu gün artıq Azərbaycan Ordusu regional təhlükəsizliyin təməl sütunlarından birinə çevrilib.Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra baş vermiş savaşlarda demək olar ki heç bir dövlət tərəfdən tam qələbə əldə edilməyib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin beynəlxalq məsələlər üzrə müavini, “Azərbaycan Bayrağı” ordenli polkovnik Elmar Hüseynov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında əvvəlcə ordumuzun keçdiyi yolu vərəqlədi. Bildirdi ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb: “Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal Bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda-indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib: “Qısa müddətdə milli ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi”.

Polkovnik Elmar Hüseynov daha sonra vurğuladı ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilib: “Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu.

Yeri gəlmişkən, Ulu Öndərin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra, daha doğrusu, 1993-cü ildən başlayaraq həyata keçirilmiş tədbirlər nəticəsində milli ordu quruculuğumuz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hətta Müzəffər Ali Baş Komandan Azərbaycan milli hərbi sənaye kompleksini də yaradıb.

2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Ordusunun hərbi paradı keçirilib. 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi, 2018-ci ildə 100 illiyi ilə əlaqədar paradlar keçirilib. 2020-ci il dekabrın 10-da isə Vətən müharibəsində qələbəmizə həsr olunmuş Zəfər paradı təşkil olunub. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı isə tariximizin unudulmaz hadisəsi kimi xarakterizə etmək olar. Həmin tədbirdə Prezident İlham Əliyev demişdir: “Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır”. Bu yerdə Prezidentin bu sözlərini də xatırlatmaq istərdim: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir”. Yeri gəlmişkən qeyd edək ki, əsgər və zabitlərimizin hər cür qayğı ilə əhatə olunublar. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Məsələn, Vətən müharibəsindən sonrakı dövrdə bu kateqoriyadan olan 131 min şəxsə, ümumilikdə, 380 minə yaxın sosial xidmət göstərilib, şəhid ailələrinin və müharibə əlillərinin müavinət və təqaüdləri orta hesabla 2 dəfəyədək artırılıb. Son beş ildə onlara 6800 mənzil və müharibə əlillərinə isə 567 avtomobil verilib”.

Polkovnik söhbətinin bu məqamında Ulu Öndər Heydər Əliyevin aşağıdakı sözlərini də xatırlatdı: “Müharibə veteranları millətin qızıl fondudur”. Biz müharibə veteranları daim dövlətimizin, dövlətçiliyimizin yanındayıq. Ordumuzun daha da qüdrətlənməsi məqsədi ilə mütəmadi olaraq hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirir, gənclər arasındə hərbi vətənpərvərliyin yüksəlməsinə çalışırıq”.

Müsahibimizin sözlərinə görə, amma bu, bir həqiqətdir ki, döyüş taktikaları günbəgün sürətlə dəyişir. Odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 107 illik tarixə malik rəşadətli Azərbaycan Ordusunun güclənməsi və möhkəmlənməsi davam etdirilməkdədir. Ordumuz NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Bu gün Azərbaycanın hərbi texnologiyaları bir çox aparıcı hərbi sənaye sərgilərində təqdim olunur. Bu mənada demək olar ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

19-06-2024, 11:27

Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı

gundem / ust / manset

26-06-2023, 10:40

Azərbaycan Silahlı Qüvvələri 105 yaşında

gundem / sosial / manset

17-11-2023, 13:45

Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı

gundem / siyaset / ust / manset

19-02-2024, 18:16

Prezident: “Artıq Azərbaycan ərazisində separatçı qüvvələrə yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”

siyaset / manset

25-06-2025, 15:06

“107 illik yolun zirvəsində tarixi zəfərimiz dayanır”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • 27-06-2026, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • 27-06-2026, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • 27-06-2026, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə