• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“107 illik yolun zirvəsində tarixi zəfərimiz dayanır”

siyaset / manset

Bu gün, 15:06

“107 illik yolun zirvəsində tarixi zəfərimiz dayanır”
“Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur. 107 illik yolun zirvəsində tarixi zəfərimiz, suverenliyimizin tam bərpa edilməsi, azad Qarabağın, azad Şərqi Zəngəzurun dirçəlməsi, Böyük Qayıdış Proqramının uğurlu icrası dayanır. Rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə yazdığı şanlı tarix onun gücünün, qüdrətinin, döyüş ruhunun təqdimatı oldu”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünyanın ən güclü ordularından biri Azərbaycan Ordusudur, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır: “Baxmayaraq ki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan havadarlarının dəstəyinə arxalanaraq belə bir mif yaratmışdı ki, guya ən güclü ordu onlara məxsusdur. Tarixi zəfərimiz bu mifi tamamilə dağıtdı. Amma onu da qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinə qədər ordumuz Ermənistan silahlı qüvvələrinə dəfələrlə dərs verib, hansı gücə malik olduğunu təsdiqləmişdi. 2016-cı ilin Aprel döyüşlərində uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi azad edildi. Azərbaycan Ordusu daha bir uğurunu 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazandı. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycanın nəzarəti altına keçdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci il iyunun 26-da Bakının Azadlıq meydanında Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradda səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Millət vəkili qeyd edib ki, xalqımızın qələbə arzusu çox keçmədən reallaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı qələbə tariximizə qızıl hərflərlə yazıldı. 10 dekabr 2020-ci il tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha diqqəti Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyinə həsr edilən paradda əminliklə söylədiyi çağırışa yönəldərək bildirdi ki, demişdim gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Ordusunun 107 ildə keçdiyi yola nəzər salmaq bir tələb kimi qarşımızda dayanır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Müasir milli ordunun yaradılması isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlandı. Ulu Öndər hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək hərbi kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atdı. 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail olundu. Heydər Əliyev azərbaycanlı gəncləri, həmçinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərirdi. Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu var. Onlar Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərdilər. Müstəqilliyimizin bərpasının ilk illərində nizami ordudan danışmaq mümkün deyildi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm addımları ilə yeni mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Milli Məclisin deputatı qeyd edib ki, ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması prioritet məsələ kimi öndə dayandı. Belə ki, 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu.

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Vüqar Rəhimzadə bildirib ki, ordu quruculuğu prosesi son 21 ildən artıq dövrdə Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müasir hərbi- sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrə ayrılan büdcə vəsaitinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların tərkib hissəsidir. Dövlətimizin başçısının göstərişinə əsasən, 2025-ci ildə büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Millət vəkili vurğulayıb ki, ordu quruculuğunda görülən işləri, qazanılan nəticələri bir yazıda tam əhatə etmək mümkün deyil. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurlu, alnı açıq, üzü ağ olmasını şərtləndirən tarixi zəfərimiz, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın artıq qalib, bütövləşən, yeni Azərbaycan kimi təqdim olunması bu günədək görülən işlərin aydın mənzərəsini yaradır. XXI əsrin müharibəsini aparan Azərbaycan Ordusunun döyüş əməliyyatları, xüsusən Şuşa əməliyyatı bu gün dünyanın qabaqcıl hərbi məktəblərində öyrənilir. Vətən müharibəsində 3000-dən çox əsgər və zabitimiz torpaqlarımızın azad edilməsi uğrunda şəhid oldu. Onların ruhu qarşısında baş əyirik. Bu şanlı Qələbəni xalqımıza yaşatmış rəşadətli Ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı sərəncamlar imzaladı. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, komando bölmələri yaradılır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması da əsas hədəflərdəndir. Bu istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradıldı. Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Prezident İlham Əliyevin ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaq. Türkiyə hərbi sənayesi ilə milli hərbi sənayemizin birgə əməkdaşlığı qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfələr verəcək.

Millət vəkili belə bir ümumiləşdirmə aparıb ki, 44 günlük Vətən müharibəsində tarixi zəfərimiz, birgünlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ordumuzun gücü, peşəkarlığı, döyüş ruhu ilə yanaşı, Prezident-Xalq-Ordu birliyini, həmrəyliyini beynəlxalq aləmə nümayiş etdirib. Vətən müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” həm gücümüzün, həm də birliyimizin təcəssümüdür.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

gundem / sosial / ust / manset

14-06-2023, 07:30

Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi zəfərimiz dayanır

gundem / sosial / manset

4-11-2023, 08:00

Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir

gundem / manset

12-11-2024, 15:05

Şanlı Qələbəmiz bizim tarixi nailiyyətimiz və tarixi zəfərimizdir

siyaset / manset

25-11-2024, 09:14

“Tezliklə kəlbəcərlilər də bu sevinci yaşayacaq”

gundem / ust / manset

19-06-2024, 11:27

Rəşadətli Azərbaycan Ordusu Zəfər tariximizi yazdı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:30
    ÜRƏYİNİZ VƏ ƏLLƏRİNİZ YORULMASIN, SEVİNC DOKTOR...
  • Bu gün, 15:10
    Türkiyədəki arvadını bıçaqlayıb Bakıda yenidən evlənmişdi - Həbs edildi
  • Bu gün, 15:08
    Bu yollarda 4 gün məhdudiyyət olacaq
  • Bu gün, 15:06
    “107 illik yolun zirvəsində tarixi zəfərimiz dayanır”
  • Bu gün, 15:03
    “Sea Breeze”də mənzil sahibi olmaq fürsəti - Sadəcə bir bilet uzaqlığında!
  • Bu gün, 14:59
    İcraiyyə Komitəsinin iclası keçirildi - Əvəzedicilər liqası ləğv olunmadı
  • Bu gün, 14:54
    Milli komandanın yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 14:51
    “Bu məsələdə ciddi irəliləyişdən danışmaq hələ çətindir”
  • Bu gün, 14:49
    “Tahir” 6 ildən sonra ondan ayrıldı
  • Bu gün, 14:46
    Məşhur futbolçu İrandan ayrılmaq üçün 1000 km məsafə qət etdi
  • Dünən, 22:05
    İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun əziz xatirəsinə: Hüquq müdafiəçisindən Vətən fədaisinə uzanan bir ömür
  • Dünən, 21:30
    ƏDƏBİYYATIMIZIN DAĞLAR OĞLUNUN YUBİLEYİ
  • Dünən, 18:19
    Fərman Borçali – 65
  • Dünən, 18:16
    Ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı
  • Dünən, 14:02
    Bakıdakı bu yol bağlanır
  • Dünən, 13:59
    Türkiyədə 158 hərbçi saxlanılıb
  • Dünən, 13:55
    “Sonuncu əməliyyatdan sonra qazi artıq sərbəst danışır və qida qəbul edir” - Təmraz Tağıyev
  • Dünən, 13:51
    İran həmin xəbəri yalanladı - Yenilənib
  • Dünən, 13:49
    PFL rəsmisinə UEFA-dan təyinat
  • Dünən, 13:46
    Sabah 33° isti olacaq
  • Dünən, 13:44
    Tehrana zərbə endirmək göstərişi verdi
  • Dünən, 13:41
    “İmişli”də əcnəbi baş məşqçi
  • 23-06-2025, 20:58
    "EŞQNAMƏ"NİN TƏQDİMATI
  • 23-06-2025, 20:54
    Prezident Yevlax və Goranboy rayonlarına səfər edib
  • 23-06-2025, 20:52
    İsraildən SEPAH-ın obyektinə zərbə: Ölənlər və yaralananlar var
  • 23-06-2025, 20:48
    Hər açılan sabahda SƏN YAŞAYACAQSAN!
  • 23-06-2025, 15:03
    XİN Suriyaya başsağlığı verdi
  • 23-06-2025, 14:59
    İçərişəhərdə keçirilən konsert müzakirələr yaratdı
  • 23-06-2025, 14:57
    İlk dəfə bu ölkədə azərbaycanlı futbolçu çıxış edəcək
  • 23-06-2025, 14:48
    Türkiyəli sənətçilər arasında dava - Stəkanlar havada uçdu
  • 23-06-2025, 14:45
    “Sabah” onunla müqaviləni yenilədi
  • 23-06-2025, 14:39
    “Azercell” “Premium” abunəçilərinə “PAŞA Sığorta”dan 30%-lik endirim!
  • 23-06-2025, 14:35
    20 milyon girovla azadlığa çıxan azərbaycanlı iş adamı Türkiyədə klub aldı
  • 23-06-2025, 14:32
    Karantin rejimi oktyabradək uzadıldı
  • 23-06-2025, 14:21
    Qəzada yaralanmışdı - 48 gün sonra öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə