• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin iş icraçısı Məhərrəm Tapdıqov – Zərdab rayonunda şəhidlərin xatirəsinə ehtiram...

gundem / sosial / bolge / manset

6-09-2025, 19:40

Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin iş icraçısı Məhərrəm Tapdıqov – Zərdab rayonunda şəhidlərin xatirəsinə ehtiram...
Azərbaycan xalqı hər zaman öz qəhrəman övladlarını uca tutmuş, onların xatirəsini müqəddəs and yeri kimi qoruyub saxlamışdır. Bu ənənənin formalaşması və dövlət səviyyəsində ən yüksək həddə çatdırılması isə birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O böyük şəxsiyyət şəhidlərimizin xatirəsinə ehtiram göstərməklə yanaşı, onların ailələrini də daim diqqət mərkəzində saxlamış, dövlətin və xalqın bu müqəddəs borcunu ən yüksək səviyyədə icra etmişdir.
Heydər Əliyev dəfələrlə çıxışlarında qeyd edirdi ki, "Şəhidlərimiz Azərbaycan xalqının qürur mənbəyidir". Bu fikirlər təsadüfi deyildi. Çünki torpaq uğrunda canını fəda edən oğul və qızlarımız yalnız ailələrinin deyil, bütöv millətin övladlarına çevrilirlər. Onların qəhrəmanlığı gələcək nəsillər üçün nümunədir və bu nümunəni yaşatmaq hər birimizin borcudur.
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Onların mənzil-məişət problemlərinin həlli, dövlət qayğısı ilə əhatə olunması, müxtəlif güzəştlərdən yararlanması üçün hüquqi baza məhz onun rəhbərliyi dövründə formalaşdı. Ən əsası isə, şəhidlərin xatirəsinə dövlət səviyyəsində ehtiram göstərilməsi Heydər Əliyevin siyasi xəttinin ana xəttlərindən birinə çevrildi.
Bakıda Şəhidlər xiyabanının abadlaşdırılması, dövlət protokoluna daxil edilməsi, hər il 20 Yanvar və digər anım günlərində dövlət rəhbərlərinin buranı ziyarət etməsi ənənəsini də məhz Ulu Öndər qoydu. O, dəfələrlə qeyd edirdi ki, Şəhidlər xiyabanı həm qürur, həm də and yeridir. Bu yanaşma yalnız söz olaraq qalmadı, real dövlət siyasətinə çevrildi.
Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev də bu müqəddəs dəyərləri daim yüksəkdə saxlayır. Onun rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə həm də şəhidlərimizin qanı bahasına mümkün oldu. Prezident hər çıxışında şəhidlərin qəhrəmanlığını xatırladır, onların ailələrinin daim dövlətin diqqətində olduğunu bildirir.
Son illərdə şəhid ailələrinin mənzil təminatı, sosial güzəştləri, övladlarının təhsil imkanları istiqamətində atılan addımlar xüsusi qeyd olunmalıdır. Dövlət başçısı şəhid ailələrinin evlərlə təmin olunması barədə sərəncamlar imzalayaraq minlərlə ailənin sevincinə səbəb olub. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətçiliyində şəhid ailələrinə qayğı prioritet məsələlərdən biridir.
Həmçinin, Prezident İlham Əliyevin hər il Şəhidlər xiyabanını ziyarət etməsi, şəhid məzarları önündə ehtiramla dayanması, bu ənənəni dövlətin ali rəhbəri kimi davam etdirməsi xalqımızın yaddaşında böyük rəmzə çevrilmişdir.
Bütün ölkə üzrə olduğu kimi, Zərdab rayonunda da şəhidlərimizin xatirəsi daim yad olunur. Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və vətəndaşlar mütəmadi olaraq şəhid məzarlarını ziyarət edir, onların ailələri ilə görüşlər keçirir. Bu prosesdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalovun xüsusi rolu vardır. Onun rəhbərliyi ilə şəhidlərin dəfn olunduğu məzarlıqlarda abadlıq işləri aparılır, yeni abidələr ucaldılır, xatirə lövhələri hazırlanır.
Mərdan Camalovun şəhid ailələrinin sosial məsələlərinin həllinə diqqətlə yanaşması, onların qayğılarına şərik olması Zərdab ictimaiyyətində yüksək rəğbətlə qarşılanır. Çünki şəhid ailələrinin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması yalnız maddi dəstək deyil, həm də mənəvi dəstəkdir. Bu isə insanlar arasında həmrəyliyi daha da möhkəmləndirir.
Zərdab rayonu Kommunal Müəssisələr İdarəsinin iş icraçısı Məhərrəm Tapdıqov da bu müqəddəs yolda fədakar əməyini əsirgəməyən şəxslərdəndir. O, peşəkarlığı ilə yanaşı, həm də dövlət və dini dəyərlərə hörmətlə yanaşması ilə seçilir.
Məhərrəm Tapdıqov yalnız bir idarə işçisi kimi yox, həm də vətəndaş mövqeyi ilə tanınır. Onun rəhbərliyi altında rayon ərazisində aparılan abadlıq-quruculuq işlərində, xüsusən də Şəhidlər xiyabanlarının və məzarlıqlarının abadlaşdırılmasında mühüm töhfələri vardır. Şəhidlərin xatirəsinə diqqət göstərilməsi, onların uyuduğu müqəddəs məkanların daim səliqəli saxlanması Məhərrəm müəllimin gündəlik fəaliyyətində əsas prinsiplərdən biridir.
Onun fəaliyyətində dini dəyərlərə hörmət də öz əksini tapır. Çünki xalqımızın milli-mənəvi kimliyi, dövlətçilik ənənələri məhz dini və milli dəyərlərin qorunması ilə möhkəmlənir. Məhərrəm Tapdıqov bu məsələdə hər zaman öz dəstəyini göstərmiş, müxtəlif tədbirlərdə fəal iştirak etmişdir.
Məhərrəm Tapdıqovun fəaliyyəti bir daha göstərir ki, dövlətin və rəhbər şəxslərin qoyduğu siyasəti yerli səviyyədə həyata keçirən, xalqla dövlət arasında körpü rolunu oynayan şəxslər olduqca böyük məsuliyyət daşıyırlar. Onun işgüzar fəaliyyəti Zərdab rayonunda dövlət-vətəndaş həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Əslində bu həmrəylik Azərbaycan dövlətinin möhkəm təməl daşlarından biridir. Çünki dövlət yalnız qanunlarla deyil, həm də mənəvi dəyərlərlə ayaqda qalır. Bu dəyərlərin yaşadılması isə məhz Məhərrəm müəllim kimi insanların gündəlik fəaliyyəti ilə mümkündür.
Azərbaycanın bu günü və gələcəyi Ulu Öndər Heydər Əliyevin qoyduğu möhkəm təməllər üzərində qurulub. O təməllərin ən mühüm sütunlarından biri şəhidlərimizin xatirəsinə ehtiram və şəhid ailələrinə qayğıdır. Bu siyasətin uğurla davam etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişlənmiş, yeni məzmun kəsb etmişdir.
Zərdab rayonunda bu xəttin davam etdirilməsi, şəhid ailələrinin daim diqqətdə saxlanılması və Şəhidlər xiyabanlarına xüsusi münasibət göstərilməsi həm rayon rəhbərliyinin, həm də yerli icraçı şəxslərin məsuliyyətli fəaliyyətinin nəticəsidir. Bu mənada, Məhərrəm Tapdıqovun fəaliyyəti nümunəvi sayıla bilər. Onun peşəkarlığı, dövlət və dini dəyərlərə bağlılığı, şəhidlərin xatirəsinə ehtiramla yanaşması Zərdab ictimaiyyətində böyük hörmət doğurur.
Məhz belə insanların fəaliyyəti nəticəsində dövlətin mərkəzdən həyata keçirdiyi siyasət yerlərdə də öz layiqli icrasını tapır. Bu isə həm şəhidlərimizin ruhunun şad olması, həm də xalqın dövlətinə olan inamının artması deməkdir.

Rasafil Bayramov
“ATA.TV”-nin rəhbəri

Oxunub: 51
Paylaş:
Digər xəbərlər

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

gundem / manset

27-03-2023, 17:11

Heydər Əlyev Müasir ədliyyə və məhkəmə-hüquq islahatlarınln müəllifidir

gundem / manset

16-01-2023, 19:25

Unudulmayan qan yaddaşımız-20 Yanvar

gundem / sosial / manset

10-05-2025, 18:39

AVMVİB-nin kollektivi Ulu Öndər Heydər Əliyevin 102 illik Yubileyi münasibəti ilə Fəxri xiyabanı ziyarət ediblər.

gundem / manset

2-03-2023, 20:07

Ulu öndər Heydər ƏLiyev ədliyyə işçiləri olaraq hər birimizin qəlbində ölməz ideyaları ilə əbədi yaşayacaqdır

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:44
    Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
  • Dünən, 13:38
    Peşəkarlıq və vətənpərvərliyin nümunəsi – AAYDA-nın məsul işçisi Mehman Qəhrəmanov
  • Dünən, 11:49
    “Məktəbimizin Gənc Diplomatları” layihəsi çərçivəsində fəaliyyətlər yekunlaşıb.
  • Dünən, 11:27
    T Ə B R İ K
  • Dünən, 08:33
    İnanılmaz fakt: Özbəkistanda qadın 30 ildən çox SSRİ pasportu ilə yaşayıb
  • Dünən, 08:31
    Gecə "otaqda kimsə var" hissi niyə yaranır? - Maraqlı səbəb
  • Dünən, 08:28
    İranda 500 nəfər həbs edildi - Casusluqda ittiham olunurlar
  • Dünən, 08:27
    “Uran ehtiyatı dağıdılmış nüvə obyektlərinin altında qalıb”
  • Dünən, 08:22
    Daha bir güləşçimiz Avropa çempionu oldu
  • Dünən, 08:20
    Müəllim dəm qazından boğulub öldü
  • Dünən, 08:17
    “Yeraltı”nın aktyorunu bloqerin ölümü ilə nə bağlayır? - 1 saat öncə evində olub
  • Dünən, 08:14
    Qusarda ağır yol qəzası - 5 nəfər yaralandı
  • Dünən, 08:05
    “Tehran ABŞ ilə dialoq istəmir” - Əraqçi
  • Dünən, 08:03
    Samsunda qadın köhnə sevgilisinin yeni tanışını üzündən bıçaqladı
  • 15-03-2026, 19:30
    Xalqa xidmət nümunəsi: Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafov
  • 15-03-2026, 14:27
    Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
  • 15-03-2026, 13:29
    Peşəkar rəhbər və nümunəvi təşkilatçı- Məhəmməd Musayev
  • 15-03-2026, 11:24
    Uğurlu sahibkar və vətənpərvər rəhbər – “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov
  • 15-03-2026, 11:02
    Yəmən ABŞ və İsraili hədələdi
  • 15-03-2026, 10:58
    Şimali Koreya 10-dan çox ballistik raket atdı
  • 15-03-2026, 10:54
    İyirmi beşinci günün duası - İmsak və iftar vaxtı
  • 15-03-2026, 10:48
    Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?
  • 15-03-2026, 10:41
    Yeni müalicə üsulu kəşf edildi: Bu xərçəng növü keçmişdə qalır?
  • 15-03-2026, 10:37
    Əmək bazarında yeni dinamika: Xarici işçi qüvvəsində azalma
  • 15-03-2026, 10:33
    İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi?
  • 14-03-2026, 12:15
    Baş prokurorun Milli Aviasiya Akademiyasında mühazirəsi keçirilib
  • 14-03-2026, 12:02
    Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycanın suveren mövqeyi
  • 14-03-2026, 11:58
    Azərbaycanda dövlət agentliyi ləğv edildi
  • 14-03-2026, 11:50
    ABŞ İsrailə vaxt verdi - Bir həftə ərzində...
  • 14-03-2026, 11:47
    İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı
  • 14-03-2026, 11:44
    Suraxanıda iftar süfrəsi açıldı
  • 14-03-2026, 11:41
    Ələt-Astara magistralında TIR qəzaya düşdü
  • 14-03-2026, 11:37
    Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi
  • 14-03-2026, 11:34
    “Neftçi” və “Qarabağ” bir həftədə iki dəfə qarşılaşacaq
  • 14-03-2026, 11:27
    Lerikin icra başçısına ağır itki
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə