• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Metropoliten sosial güzəştləri genişləndirir: Gediş haqqı məsafəyə görə ödəniləcək?

gundem / sosial / manset

7-09-2025, 13:20

Metropoliten sosial güzəştləri genişləndirir: Gediş haqqı məsafəyə görə ödəniləcək?
"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır".

Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə edilib.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Diferensiallaşdırılmış tarif sistemi

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu, diferensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: "Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə diferensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosialyönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir".

Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir...

Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə diferensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: "Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri diferensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər diferensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir".

İctimai nəqliyyatda "Brutto" modeli

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə "Brutto müqavilə"lərə keçiddir: "Hazırda bu model bir sıra qonşu ölkələrdə artıq tətbiq olunur. Dünyanın bir çox böyük şəhərlərində isə uzun illərdir ki, uğurla istifadə edilir. "Brutto" modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Eyni zamanda, sərnişin axınının daha optimal şəkildə bölüşdürülməsinə və nəqliyyat sisteminin ümumi effektivliyinin artmasına şərait yaradır. İlkin mərhələdə brutto müqavilələrə keçid vacibdir ki, ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığı təmin olunsun. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir".

Bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə...

Mütəxəssis vurğulayır ki, hazırda metroda irimiqyaslı layihələr həyata keçirilir: "Gələn ilin əvvəlindən "28 May" - "Cəfər Cabbarlı" xətlərinin ayrılması layihəsinə start veriləcək. Bu layihənin il ərzində icrası planlaşdırılır və nəticədə metronun üç əsas xətti müstəqil şəkildə, daha qısa intervallarla fəaliyyət göstərə biləcək. Bununla yanaşı, gələn ilin sonuna qədər yeni metro xətlərinin və stansiyalarının tikintisinə də başlanması gözlənilir. Layihələrin icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Tətbiq olunduqdan sonra metronun sərnişin tutumu əhəmiyyətli dərəcədə artacaq. Çünki metro yeraltı ayrıca hərəkət zolağına malik olduğundan, digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli və maneəsiz xidmət göstərir. Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi yeni tarif modellərinə və "Brutto müqavilə"lərə keçidi zəruri edir. Bu modeldə bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə əməliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya edilir. Nəticədə isə sistem daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərir".

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / manset

5-01-2025, 11:53

Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

gundem / ust / manset

2-02-2024, 11:09

Azərbaycanda taksi qiymətlərinə xidmət haqqı əlavə edildi

sosial / manset

8-04-2023, 10:36

Daha bir avtobusda ödənişlər “BakıKart”a keçir

gundem / ust / manset

28-08-2024, 12:14

Bu il hansı tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək?

gundem / sosial / ust / manset

26-12-2024, 17:56

Pensiya və maaş artımları bu tarixdən veriləcək

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 21:13
    BİR ŞƏKLİN İŞIĞINDA
  • Dünən, 20:53
    Qəhrəmanın gündəliyi..Azərbaycanın qəhrəman oğlu, XTQin baş giziri Şərafəddin Sərdar oğlu Xankişiyev (Kod adı: Xanış) danışır...
  • Dünən, 15:10
    Şəfa yolunun etibarlı adı – Dr.Samirə Tağıyeva
  • Dünən, 15:03
    Təhlükəsizlik, rifah və davamlı inkişaf
  • Dünən, 12:42
    “Arazın sahilində” növbəti ekoloji təmizlik aksiyası keçirildi
  • Dünən, 12:27
    Azərbaycanın yüksələn diplomatik nüfuzu və etimad diplomatiyası
  • Dünən, 12:08
    “SİMA İmza” “UForex” platformasında - Hesabını onlayn aç!
  • Dünən, 12:05
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 12:01
    Əhali 4 ayda paytaxtda 11 milyarddan çox xərcləyib
  • Dünən, 11:53
    “Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
  • Dünən, 11:41
    Kimlər daha tez pensiyaya çıxa bilər?
  • Dünən, 11:36
    41 yaşlı kişini maşın vurub öldürdü
  • 5-07-2026, 16:09
    Böyük arzuların izində addımlayan balaca istedad – Sevinc İsifova
  • 5-07-2026, 11:26
    Akif Cabbarlı - 75
  • 5-07-2026, 10:48
    Köhnə 100 manatlıqlar dövriyyədən çıxarılacaq? - Ekspertdən açıqlama
  • 5-07-2026, 10:46
    Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
  • 5-07-2026, 10:41
    “Netanyahu rəhbərin kim olduğunu yaxşı bilir”
  • 5-07-2026, 10:38
    74 yaşlı Bülent Ersoy üzgərmə əməliyyatı etdirdi
  • 5-07-2026, 10:33
    “Təhqir etsələr, cavab verəcəkdik” - Açıqlaması ilə diqqət çəkdi
  • 5-07-2026, 10:30
    AZAL bu günə olan bəzi uçuşları təxirə sala bilər - Xəbərdarlıq
  • 5-07-2026, 10:25
    Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
  • 5-07-2026, 10:21
    Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
  • 5-07-2026, 10:14
    Səbinə Salmanovaya ağır itki
  • 4-07-2026, 13:01
    Kolumbiya - Qana oyununun ən yaxşısı seçildi
  • 4-07-2026, 12:57
    20 yaşlı qız çimərlikdə boğuldu
  • 4-07-2026, 12:53
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • 4-07-2026, 12:48
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • 4-07-2026, 12:45
    İlham Əliyevdən Trampa məktub
  • 4-07-2026, 12:35
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • 4-07-2026, 12:31
    Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
  • 4-07-2026, 12:28
    Bu şəhərin bir hissəsində qaz olmayacaq
  • 4-07-2026, 12:25
    Messi yenidən liderliyə yüksəldi
  • 4-07-2026, 12:22
    “Azeri Light” 73 dollara satılır
  • 3-07-2026, 21:11
    Qəhrəmanlar danışır...
  • 3-07-2026, 16:38
    Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə