• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU

gundem / siyaset / manset

25-10-2025, 12:10

QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
Məşhur Məmmədov,
Millət vəkili

2020-ci il oktyabrın 25-i Azərbaycan tarixində əbədi iz buraxan qürur günlərindən biridir. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qubadlını işğaldan azad etdi. Cənab Prezident İlham Əliyev bu tarixi hadisəni belə qiymətləndirmişdi:
“Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.”

Bu sözlər 44 günlük Vətən müharibəsinin dönüş nöqtələrindən birinə çevrilən Qubadlının azad edilməsinin həm strateji, həm də mənəvi mahiyyətini ifadə edir. Qubadlı uğrunda döyüşlər çətin relyefdə, düşmənin möhkəmləndirilmiş istehkamlarına qarşı aparılsa da, Azərbaycan əsgəri yüksək peşəkarlıq və fədakarlıq göstərdi. Əvvəlcə şəhərə nəzarət edən strateji yüksəkliklər ələ keçirildi, Xanlıq, Padar, Sarıyataq və ətraf kəndlər azad olundu. Bunun ardınca oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini tam azad etdi.

Qubadlının azadlığı, əslində, müharibənin sonrakı mərhələsində Zəngilan–Laçın–Şuşa istiqamətində əməliyyatların uğurla davam etdirilməsinə yol açdı. Beləliklə, Qubadlı əməliyyatı həm hərbi, həm də siyasi baxımdan Azərbaycanın Qələbəsinə aparan əsas mərhələlərdən biri oldu.

Qubadlı 1988-ci ildən etibarən Ermənistan tərəfindən təxribatların, hücumların və silahlı basqınların hədəfinə çevrilmişdi. 1993-cü il avqustun 31-də rayon tam işğal edildi. Bu müddətdə 94 yaşayış məntəqəsi, 7278 fərdi ev, 161 mədəniyyət obyekti, 7 məscid, 1080 kənd təsərrüfatı obyektləri, 650 km yol və minlərlə kilometr kommunikasiya xətləri dağıdılmış, 29997 nəfər əhali doğma torpağından didərgin düşmüşdü. İşğal illərində Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Qubadlıda qanunsuz məskunlaşma həyata keçirdi və Cenevrə Konvensiyasını pozdu.

Nəhayət ədaləti bərqərar etməyin zamanı gəldi. 2020-ci il payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik ədalətsizliyə son qoydu. Qubadlı ilə birlikdə rayonun 41 kəndi azad edildi. Dövlət başçısının 26 noyabr 2020-ci il tarixli sərəncamı ilə Qubadlının azad olunmasında iştirak etmiş 15209 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olundu.

Bu tarixi qələbə sonradan Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 oktyabrın “Qubadlı şəhəri günü” kimi rəsmiləşdirilməsi ilə əbədiləşdirildi.

İşğaldan əvvəl Qubadlı iqtisadi baxımdan Qarabağ bölgəsinin məhsuldar və strateji rayonlarından biri idi. Ərazisi 802 kvadrat kilometr, torpaq fondu 79 min 812 hektar olan Qubadlıda əsas təsərrüfat sahələri əkinçilik və heyvandarlıq idi. “Gəyən” və “Yazı” düzlərində, Bərgüşad və Həkəri çaylarının vadilərində taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, tütünçülük isə rayon iqtisadiyyatının aparıcı sahələrindən biri idi.

Rayonun təbii sərvətləri də çox zəngindir: Hacılıda mişar daşı, Bərgüşad çayının sahilində yaşəm, Muradxanlıda mərmərləşmiş əhəng daşı, Eyvazlıda əqiq, Xanlıqda qum-gil yataqları mövcuddur. Bu resurslar Qubadlının gələcək sənaye və tikinti potensialını müəyyənləşdirir.

İşğaldan azad olunduqdan sonra Qubadlıda tamamilə yeni inkişaf mərhələsi başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli siyasət nəticəsində 2021-ci ildə “Qubadlı” yarımstansiyası istifadəyə verilib, Qubadlı–Şükürbəyli enerji xətti çəkilib və bölgə sürətli internetlə təmin edilib. 2021-ci il oktyabrın 25-də Qubadlıda Azərbaycan bayrağı qürurla qaldırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci il 9 sentyabr tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı”nı təsdiq edib. Plana əsasən, Qubadlıda 47 mindən çox əhalinin məskunlaşması, “yaşıl enerji” və “ağıllı şəhər” konsepsiyası əsasında yeni infrastrukturun yaradılması nəzərdə tutulur.

Hazırda Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində geniş tikinti-quruculuq işləri aparılır. Mahruzlu kəndində 190 ev, Zilanlıda isə 159 evin inşası planlaşdırılıb. Gələcəkdə bu kəndlərdə təxminən 3 minə yaxın sakin məskunlaşacaq.

Qubadlının dirçəlişində infrastruktur layihələri xüsusi yer tutur. Qubadlı–Eyvazlı avtomobil yolu (28,5 km) və Qubadlı–Laçın avtomobil yolu (20 milyon manat dəyərində layihə) Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunur. Bu yollar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən mühüm nəqliyyat arteriyası kimi çıxış edəcək.

Prezident İlham Əliyevin Qubadlıya etdiyi çoxsaylı səfərlər – bayrağın ucaldılması, enerji və sosial obyektlərin açılışı, yeni məktəb, xəstəxana və inzibati bina təməllərinin qoyulması dövlətin bu bölgənin bərpasına verdiyi strateji əhəmiyyəti göstərir.

Bu gün Qubadlı yalnız bir rayon deyil, Qələbə rəmzidir, milli dirçəlişin simvoludur.
Prezident İlham Əliyevin dediyi kimi, “Qubadlıya öz sahibləri qayıdıb” – bu qayıdış həm torpağa, həm tarixə, həm də milli ruhumuza qayıdışdır.


www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

25-10-2023, 13:30

Dirçəliş dövrü

gundem / manset

25-10-2025, 11:33

Qubadlının azad olunmasından 5 il ötür

gundem / siyaset / manset

25-10-2025, 11:21

Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım

gundem / ust / manset

25-10-2024, 11:28

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

gundem / ust / manset

22-10-2023, 12:35

Milli Qəhrəman Şükür Həmidovun anım günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə