• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”

gundem / siyaset / manset

4-11-2025, 11:28

“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
“Əgər hökumət bu qədər böyük işlərlə bərabər, hələ çatdırıb bizə də maaş verə bilirsə, bu, qəhrəmanlıqdır!” - Qarabağda və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərini müşahidə edən həmkarımızın heyrət içində söylədiyi bu fikir neçə vaxtdır zehnimdə təkrarlanır!

Bəli, şükürlər olsun ki, hələ də var və az da deyil belə nəcib düşüncəli, sağlam fikirli vətəndaşlarımız! Vətənimizin indi ən parlaq və şərəfli dövrünü yaşadığını dərk edən, bundan qəlbən qürurlanan, bu böyük işlərin müqabilində azca maaşından keçməyə də hazır olan sadə, səmimi insanlarımız!

Çox ağrılı haldır ki, bu həqiqi vətəndaşlarla yanaşı, cəmiyyətimizdə nankorlar da boy göstərə bilir, nanəciblər də ortaya çıxır! Onlar öz xırda marağına, şəxsi mənfəətinə görə çevrəsindəki yaxşılıqları danan, gözəllikləri qaralayan, ətrafına çirkab saçanlardır! Sözsüz, belələri həmişə olub. Ancaq indi daha tez və çox gözə batırlar. İlk növbədə ona görə ki, xəbisliklərini yaymaq üçün əllərinə sosial şəbəkələr kimi əlverişli vasitələr düşüb. Beləliklə, bulanıq suda balıq tutmaqları asanlaşıb. İçinin zəhərini həvəslə, pərdələmədən yayanlar öz yerində! İkrah doğuran həm də söz və əməllərini üstüörtülü, dolayı ötürmək istəyənlərdir. İçlərinin xıltı öz mənfur mövqelərini gizlədə bilməyə imkan vermir. Bir səbəb də budur ki, belə davranışlar başqa dövrdə, bəlkə də, fərqli təsir oyada bilərdi. Amma belələri, hətta, Azərbaycanın inanılmaz uğurlar qazanıb günbəgün parladığı bu şanlı dövrə də ağız büzdükləri üçün onların çirkin mövqeyi daha artıq hiddət doğurur.

Bu nankor və naşükürlərin arasında, xüsusən müstəqillik zamanı dövlətin yaratdığı imkanlardan yetərincə bəhrələnib doğru-əyri sərvət yığanların da olduğunu görəndə insanı, sadəcə, dəhşət bürüyür. Bir tərəfdə iqtisadi çətinliklə yaşasa da, Vətənimizin bugünkü uğurunu dərk edən və çətinliklərə dəyanətlə sinə gərib ağıllı, soyuq mühakimələr yürüdən sadə, səmimi vətəndaşlar, bir tərəfdə müstəqilliyimizdən yararlanıb özünə və nəslinə misilsiz sərvət yığsa da, gözü doymayıb ağız büzənlər. İkincilərin narazı və üsyankar ovqatı ancaq nifrət yaradır. Və əvvəldə xüsusi qeyd etdiyim sadə həmkarımızın, onun kimi örnək vətəndaşların mövqeyinə, düşüncə tərzinə hörmət qat-qat artır.

Azərbaycanın zəfər lideri son 5 ildə ölkəmizi, xalqımızı nə qədər təhlükələrdən sağ-salamat, həm də ardıcıl qələbələrlə çıxarıb! Dövlətimizi dünyada ön sıraya qaldırıb, qalib və qadir dövlətə çevirib.

Son beş ildə dəfələrlə olub ki, müxtəlif siyasətçilər, ictimai xadimlər, ziyalılar hegemon güclərin Azərbaycana yarada biləcəyi təhlükələrdən yayınmaq üçün “bəzən bir az güzəştə getməyin mümkünlüyü”nü dilə gətiriblər. Amma müzəffər liderimiz qətiyyən tərəddüdə qapılmayıb, haqlı mövqeyindən bir addım da geri çəkilməyib.

Bəlkə də, bir çoxumuz vaxtilə bu suallar ətrafında beyin yormuşuq: “Günlərlə o tərəfdə düzülü qalıb Xankəndiyə yardım aparmaq icazəsi gözləyən TIR-lardan bir necəsini sərhədimizdən içəri buraxıb gərginliyi nisbətən azaltmaq olmazmı?! Fransa ilə, Rusiya ilə və s. münasibətlərdə təhlükəli həddə çatmamaq üçün sərt ritorikanı bir azca yumşalda bilmərikmi?” Son beş ildə bu qəbildən olan daha neçə epizod sadalamaq olar.

Bəli, biz - sadə insanlar ehtiyatlanmışıq, yəqin ki, çoxumuz da səmimi narahatlıqla elə düşünmüşük.

Müzəffər liderimiz isə sonadək qətiyyətli davranıb! Axıra qədər qərarlılıq göstərib! Səbr-təmkin mübarizəsində, əsəb savaşında möcüzəvi dəyanət nümayiş etdirib! Dözüb, dayanıb, davam gətirib! Nəhayət, özünün nəzərdə tutduğu və əslində mütləq əksəriyyətimizin arzuladığı yüksək nəticəni alanadək!

Başqa hansı siyasətçi, hansı lider bunu bacarardı?!

Azərbaycanla bağlı məsələ aydındır: Müqayisəyə ehtimal belə yoxdur! Amma ümumən müasir dünyada, bütün dövlətlərin siyasi mühitində də bu qüdrəti kimdənsə ummaq mümkün deyil. Bu, məntiqsiz, öncədən iflasa məhkum cəhddir!

Yalnız o imza ata bilərdi bu qədər böyük zəfərə və uğurlara!

Və yalnız o bacardı bunu!

Bütün bu möhtəşəm nailiyyətlər, çox şükür, bizim bəxtimizə, Azərbaycanın payına düşdü!

Ancaq, əfsuslar olsun ki, nadanların, nankorların, naşükürlərin, xəbislərin də ən anlaşılmazlarına, ən bədxislətlərinə də niyəsə elə biz düçar olmuşuq...

İndi – böyük zəfərimizin 5-ci ildönümü ərəfəsində bunları soyuq ağılla düşünüb anlamaq, nəcib təbiətli sərçə misalı, bir damcı su ilə də olsa, kömək edib işə yaramaq yerinə, xəyanət, nankorluq yolunu tutub rəzil günə qalanlara nə demək olar? Yəqin ki, elə bu rəzil günlərinin davam etməsini! Amma yox: tövbə qapısı, etiraf yolu həmişə açıqdır! Əfv diləyib yanlışdan dönmək yenə də mümkündür!
Baş verənləri vicdanla, insafla ölçüb-biçmək, Azərbaycanın son beş ildə qazandıqlarının çoxəsrlik tariximizdə heç vaxt əldə edilmədiyini ürəklə dilə gətirmək lazımdır! Ən azı yaxın tariximizə ekskurs edib həm müstəqil dövlət olaraq, həm də bir vətəndaş, konkret fərd kimi haradan-hara gəldiyimizi anlamaq gərəkdir!

Təbii ki, vicdan və insafın zərrəcə qırıntıları qalıbsa...

Rəşad Məcid

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

sosial / manset

6-06-2024, 18:13

70 illiyiniz mübarək, əzizimiz Tofiq həkim

gundem / ust / manset

4-12-2024, 10:28

QİSA ÖMÜR YAŞASA DA...

gundem / ust / manset

31-12-2024, 13:05

Fədakar tibb işçilərimiz

gundem / manset

11-02-2025, 12:11

Yazıçı Matevosyan, siyasətçi Paşinyan və...

sosial / manset

18-12-2023, 10:01

İcma: “Fransa hələ də müstəmləkə, səlibçi zehniyyətindən xilas ola bilməyib”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə