• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bakı Ali Neft Məktəbinin yaradılmasından 14 il ötür

gundem / sosial / manset

29-11-2025, 12:30

Bakı Ali Neft Məktəbinin yaradılmasından 14 il ötür
Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasından 14 il ötür.

“Qafqazinfo” xəbər verir ki, prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi bu illər ərzində bir çox mühüm uğurlara imza atıb.

Bakı Ali Neft Məktəbinin hər cür şəraiti olan bir kampus binası və bir korpusu istifadəyə verilib.
Bakı Ali Neft Məktəbi ən yüksək keçid balına malik ali təhsil müəssisəsi kimi fərqlənir. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub.

BANM Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində rekord göstərərək bir neçə ildir ardıcıl olaraq liderliyini qoruyur və bu il 36 Prezident təqaüdçüsü ilə rekordunu yeniləyib.

İlk ildə yalnız iki ixtisas üzrə qəbul həyata keçirilsə də, hazırda Bakı Ali Neft Məktəbi 9 ixtisas üzrə bakalavr, 8 ixtisaslaşma üzrə magistratura və 3 ixtisas üzrə doktorantura səviyyələrinə qəbul aparır.

İlk illər yalnız I ixtisas qrupu üzrə qəbul həyata keçirilsə də, son illər II ixtisas qrupunun Biznesin idarəedilməsi ixtisasında da qəbul aparılır və bu il ilk dəfə II ixtisas qrupu üzrə Maliyyə ixtisasına qəbul həyata keçirilib, İlk dəfə qəbul həyata keçirilməsinə baxmayaraq, bu qrup üzrə Prezident təqaüdçüsü olan 25 tələbənin məhz 12-si bu yeni açılmış ixtisasın tələbəsi olub.

Bakı Ali Neft Məktəbi əmək bazarının tələblərinə uyğun ixtisaslarda qəbul aparır. Bu il BANM-in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Data analitikası ixtisasına qəbul həyata keçirilib. İlk il olmasına baxmayaraq, bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin seçimi olub.

BANM-in məzunlarının işlə təmin olunma göstəricisi 100% təşkil edir və məzunlar SOCAR-da, müxtəlif transmilli şirkətlərdə, dövlət qurumlarında və nüfuzlu müəssisələrdə çalışırlar. Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikası da bunu təsdiqləyir.DMA-nın 2025-ci il üzrə məzunları ən çox iş tapan TOP 5 universitet siyahısında Bakı Ali Neft Məktəbi liderdir.

Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar sahəsində də liderdir, tələbələr bu illər ərzində bir çox beynəlxalq və yerli yarışlarda uğur qazanıb və qalibiyyətlər əldə ediblər. Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub və 20-dən çox hakatonda qalibiyyət əldə edilib, “Teknofest 2025”də isə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat qazanaraq ən çox mükafat qazanan ali təhsil müəssisəsi olub.

Bu illər ərzində Bakı Ali Neft Məktəbinin beynəlxalq əlaqələri genişlənib və əcnəbi tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Bu il əcnəbi tələbələrin sayında 67% artım qeydə alınıb.

BANM Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq ali təhsil proqramlarının ixracını həyata keçirməyə başlayıb. SOCAR və “Uzbekneftegaz” şirkəti arasında 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında ikili diplom proqramı həyata keçirilir.

Hazırda bu ali təhsil müəssisələrindən 16 özbək tələbə Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almaq üçün BANM-də tədrisə cəlb olunublar. Onlar həm təhsil aldıqları Universitetin, həm də Bakı Ali NeftMəktəbinin diplomuna sahib olacaqlar.

Bakı Ali Neft Məktəbi Konqoda insan kapitalının inkişafına dəstək göstərir. SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, konqolu tələbələr BANM-də təhsil alır və məzun olduqdan sonra SNPC şirkətində çalışacaqlar.

2025-ci ildə BANM-in bütün akademik proqramları ilk dəfə olaraq beynəlxalq proqram akkreditasiyasına cəlb olunub. Bu proses Almaniyanın mühəndislik sahəsində nüfuz qazanmış ASIIN agentliyi tərəfindən aparılıb.

Bakı Ali Neft Məktəbi beynəlxalq reytinqlərdə uğurlar əldə edib və “Times Higher Education (THE) Impact Rankings 2025”də ölkə üzrə III yerdə, dünya universitetləri arasında isə 801–1000-ci yerlərdə qərarlaşaraq yüksək nəticəyə nail olub.

Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyətə başlayıb. Texniki biliklərin öyrədilməsinə üstünlük verilən bu orta təhsil müəssisəsi ilk ildən yüksək nəticələr göstərən şagirdlərin seçimi olub.

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

sosial / manset

14-11-2024, 12:25

Elmar Qasımova ağır itki

sosial / manset

6-08-2024, 14:33

Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək

sosial / manset

26-08-2024, 11:40

Plan yerləri ən çox bu ixtisas qrupunda dolub

gundem / manset

17-02-2023, 12:12

Azərbaycan nefti Ceyhana necə çatdırılır?

gundem / ust / manset / Təhsil

27-02-2025, 14:36

Təhsil eksperti: “Ali məktəblərə qəbul imtahanlarında keçid ballarının aşağı salınması məqsədəuyğundur"

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 19:53
    ГЛУБОКИЕ СОБОЛЕЗНОВАНИЯ
  • Bu gün, 18:01
    “İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
  • Bu gün, 13:10
    Bayraq Günümüzə sözardı...
  • Bu gün, 11:43
    “Eşq olsun Azərbaycan Bayrağına!” - Video
  • Bu gün, 11:37
    Şəkidə Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib - Fotolar
  • Bu gün, 11:30
    Bəzi ərazilərə qar yağır - Faktiki hava
  • Bu gün, 11:23
    Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
  • Bu gün, 11:18
    Tovuzda Zəfər Günü böyük təntənə ilə qeyd olunub - Fotolar
  • Bu gün, 11:13
    Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
  • Bu gün, 11:07
    Çində yaşayış kompleksində güclü yanğın - 14 nəfər öldü
  • Bu gün, 10:51
    Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
  • Bu gün, 10:38
    Ehtiyatda olan polkovnik Elmar Hüseynov: “Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Zəfər tariximiz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalq-ordu birliyi ilə yazıldı!”
  • Dünən, 20:22
    Zəfər Günü GİKM-in regional bölmələrində silsilə tədbirlərlə qeyd olunub
  • Dünən, 15:37
    ПОЗДРАВЛЕНИЕ БРАТСКОМУ АЗЕРБАЙДЖАНСКОМУ НАРОДУ С ДНЁМ ПОБЕДЫ — 8 НОЯБРЯ!
  • Dünən, 15:19
    AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
  • Dünən, 14:37
    "Merhemet.TV" internet televiziyasının təsisçisi, baş direktoru və Mərhəmət jurnalı-nın baş redaktoru Gülnara Həmidova: 8 NOYABR – ŞƏHİDLƏRİN QANI, ƏSGƏRLƏRİN HÜNNƏTİ VƏ XALQIN İRADƏSİ İLƏ YAZILAN ZƏFƏR TARİXİ!
  • Dünən, 14:23
    “Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
  • Dünən, 13:48
    Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
  • Dünən, 12:34
    İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - Fotolar
  • Dünən, 12:26
    “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
  • Dünən, 12:17
    Tokayev Əliyevi təbrik etdi
  • Dünən, 12:12
    Şahbaz Şərifdən Zəfər Günü təbriki
  • Dünən, 12:08
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • Dünən, 12:00
    Polşada 6 nəfəri öldürən həmin şəxsin evində 3 meyit tapılıb
  • Dünən, 11:55
    “Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
  • Dünən, 11:50
    Hamımızın yumruq olduğu gündür!
  • 7-11-2026, 17:50
    Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
  • 7-11-2026, 17:30
    “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nun rəsmi açılış mərasimi keçirilib
  • 7-11-2026, 17:08
    Xankəndi Stadionu açıldı
  • 7-11-2026, 16:11
    8 NOYABR – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 15:42
    BAŞ DAŞLARINI QEYRƏT AĞACITƏK UCALDANLARIN HEKAYƏSİ – SONSUZLUĞUN FƏLSƏFƏSİ!
  • 7-11-2026, 14:00
    8 noyabr: Azərbaycanın tarixi Zəfərinin təcəssümü
  • 7-11-2026, 13:22
    Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Seyfulla oğlu Eminov: 8 NOYABR – AZƏRBAYCAN TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN BÖYÜK ZƏFƏR GÜNÜ!
  • 7-11-2026, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • 7-11-2026, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə