• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dövlətə qarşı qurulan xəyanət şəbəkəsinin ifşası davam edəcək

gundem / siyaset / manset

4-12-2025, 15:59

Dövlətə qarşı qurulan xəyanət şəbəkəsinin ifşası davam edəcək
Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Son günlərdə əldə olunan faktlar və hüquqi proseslər bir daha göstərir ki, Azərbaycanda dövlətçilik və milli maraqlara qarşı gizli şəkildə formalaşdırılmış xəyanət şəbəkəsinin bütün qolları artıq hüquqi müstəvidə açılır və ifşa edilir. İstintaq materialları, əməliyyat tədbirləri və ortaya çıxan mənbələr zaman-zaman cəmiyyətdə səsləndirilən şübhələrin təsadüfi olmadığını sübut etdi.

AXCP adlanan qurumun rəhbəri Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi, illərdir “müxalifətçilik” pərdəsi altında xarici dairələrə xidmət edən marginal siyasi dairələrin ifşasında yeni mərhələdir. Uzun müddətdir cəmiyyətin hiss etdiyi, lakin indi hüquqi təsdiqini alan həqiqət budur ki, Əli Kərimli siyasi fiqur deyil, xarici mərkəzlərin Azərbaycandakı icraçısı kimi fəaliyyət göstərib.

Son istintaq materialları da açıq şəkildə göstərdi ki, Əli Kərimli ilə Ramiz Mehdiyev arasında gizli əməkdaşlıq mövcud olub. Bu isə dövlətə qarşı paralel siyasi xəttin illərdir formalaşdırıldığını sübut edir.

Bu qaranlıq şəbəkənin məqsədi aydın idi: Azərbaycanı xaosa sürükləmək, konstitusiya quruluşunu zorla dəyişdirmək və ölkəni xarici güclərin asılılığına salmaq.

Son günlər xəyanətkar qruplaşmanın qaçış planları müzakirə mövzusudur.
Hadisələrin gedişatı göstərir ki, Ramiz Mehdiyev işi çərçivəsində proseslər dərinləşdikcə, müxtəlif radikal qrupların iç üzləri daha aydın görünməyə başlayıb.
Gültəkin Hacıbəyli və Ramizn Mehdiyevin ətrafında toplaşmış şəxslər də bu prosesdən duyuq düşərək tələsik şəkildə ölkədən qaçmağa çalışıblar. Əli Kərimlinin sağ əli sayılan Fuad Qəhrəmanlı aylar öncə Fransaya üz tutub, Cəmil Həsənli isə planlaşdırdığı Dubay “səfərinə” yetişə bilməyib. Bu şəxslərin davranışları bir daha sübut edir ki, illərlə “demokratiya”, “insan haqları” pərdəsi arxasında gizlənən bu qruplaşmaların əsl məqsədi dövlətə xəyanət olub.

Hətta Rusiyadakı bəzi dairələrlə də Ramiz Mehdiyev vasitəsilə əlaqələr quraraq diaspor qurumlarını öz təsirləri altına almağa cəhd göstəriblər. Məqsəd Azərbaycana qarşı Kremlin sifarişi ilə fəaliyyət göstərən kölgə şəbəkəsi yaratmaq.

Lakin unudublar ki, Azərbaycan artıq 90-cı illərin zəif, parçalanmış dövləti deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz güclü, müasir və suveren siyasət yürüdən regional qüvvəyə çevrilib.

Demokratik sistemlərdə müxalifət zəruri institutdur. Lakin AXCP-Milli Şura tandeminin fəaliyyəti heç bir siyasi mübarizə standartına uyğun gəlməyib. Onların yeganə məqsədi Azərbaycan dövlətini zəiflətmək, cəmiyyətdə narazılıq yaratmaq və xarici mərkəzlərə informasiya ötürmək olub.

44 günlük Vətən müharibəsi zamanı xalq dövlətin və Ali Baş Komandanın ətrafında birləşmişdi. Lakin bu “müxalifət liderləri” həmin günlərdə də yenə Azərbaycanı hədəfə alan təşviqatla məşğul olur, Zəfərimizə kölgə salmağa çalışırdılar. Bu davranış təkcə siyasi xəta deyildi, milli xəyanət idi.

Bu gün həyata keçirilən hüquqi tədbirlər təsadüfi deyil. Dövlət təhlükəsizliyinə qarşı yönələn hər bir fəaliyyət, kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, hüquqi qiymətini alacaq.
Azərbaycan dövləti güclüdür, ayıqdır, çevikdir.
Bu səbəbdən radikal qruplaşmaların fəaliyyəti artıq hüquqi çərçivədə neytrallaşdırılır. Cəmiyyət isə bu addımları tam dəstəkləyir, çünki sabitlik və təhlükəsizlik hər bir vətəndaşın həyatına birbaşa təsir edən amildir.

Azərbaycanın son illərdə iqtisadi inkişafı, siyasi sabitliyi, işğaldan azad edilmiş torpaqların bərpası, yeni regional tərəfdaşlıq formatlarında lider rolunu oynaması bəzi xarici dairələrin narahatlığına səbəb olub.

Xüsusilə Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir qlobal bloka və ya təzyiq mərkəzinə tabe olmaması ölkəmizə qarşı informasiya sabotajlarının artmasına yol açıb.

Bu kampaniyaların yerli icraçıları isə məlumdur: AXCP, Milli Şura və onların ətrafında formalaşan radikal qruplaşmalar.

Bu gün Azərbaycan iqtisadi artım tempinə görə regionda lider mövqedədir. Enerji, nəqliyyat və geosiyasi layihələr ölkəmizin strateji çəkisini artırıb. Turizm, sənaye, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində genişmiqyaslı inkişaf müşahidə olunur.

Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir.
Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edilməsi, ABŞ Prezidentinin ölkəmizə müsbət münasibəti də bu siyasətin uğurunu təsdiqləyir.

Bu gün Azərbaycan heç vaxt olmadığı qədər güclüdür.
Dövlətin təhlükəsizlik strukturları hər hansı təhdidi dərhal aşkarlayıb zərərsizləşdirmək gücünə malikdir.

Azərbaycanın milli maraqlarına zidd istənilən fəaliyyət hüquqi qiymətini alacaq.
Xəyanətkar planlar ifşa ediləcək.
Milli sabitliyi pozmağa çalışan heç kim cəzasız qalmayacaq.

Ramiz Mehdiyevin qurduğu şəbəkənin, Əli Kərimli epizodunun və digər rabitələrin ifşası bu prosesin başlanğıcıdır. Dövlətin iradəsi dəyişməzdir: Azərbaycanın konstitusiya quruluşuna qarşı yönəlmiş bütün cəhdlər qətiyyətlə yox ediləcək.


www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

dunya / manset

12-11-2025, 07:44

Tramp faktoru BBC-ni ifşa etdi - Azərbaycanın haqlı mövqeyi təsdiqini tapdı

siyaset / manset

3-12-2025, 09:45

Xəyanət şəbəkəsinin gerçəklikləri və mifləri

gundem / ust / manset

25-07-2024, 21:05

İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...

gundem / manset

1-07-2025, 11:34

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

gundem / manset

24-08-2024, 11:21

Hərbi Hava Qüvvələrinin xidmət rəisi həbs edildi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə