• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ədalət Nəbi Qarabulud – 70

gundem / medeniyyet / manset

17-12-2025, 23:30

Ədalət Nəbi Qarabulud – 70
SÖZÜN SİQLƏTİNƏ BƏLƏNMİŞ ÖMÜR...
Hər dəfə Söz Adamı haqqında söz düşəndə yaddaş aynamda ədəbi irsi misilsiz mənəvi-bədii dəyərləri, əxlaqi-didaktik əhəmiyyəti ilə qədimliyi qədərincə çağdaş səslənən, klassik ədəbiyyatımızın zirvələrindən olan Məhəmməd Füzulinin bu beyti bərq vurur:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ömür təqvimi70 illik zaman məsafəsilə ehtiva olunan, yardıçılığı Sözün içindən gələn nəfəslə süslənmiş Ədalət Nəbi Qarabulud bu qəbildən olan Soz adamlarındandır. O, təkcə bir jurnalist, təkcə bir şair, təkcə bir ziyalı deyil – Azərbaycan publisistik düşüncəsinin, söz mədəniyyətinin, vətəndaşlıq ləyaqətinin bütöv bir mərhələsidir.
1955-ci ilin 19 dekabr günündə Ağsunun ucsuz-bucaqsız ruhuna hopan bu uşaq sonralar həmin torpağın adını Azərbaycanın ictimai fikir səhnəsinə daşıdı. Elə ilk addımlarını atdığı Ağsu şəhər 1 saylı orta məktəbdən başlayaraq, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qədər uzanan yol, sanki tale tərəfindən onun üçün əvvəlcədən çəkilmişdi. Bu yol nə qədər çətin, nə qədər keşməkeşli olsa da, bir o qədər də işıqlı idi – çünki onu sözün, vicdanın, həqiqətin məsuliyyəti aparırdı.
Ədalət Qarabuludun mətbuata qədəm qoyması 1970-ci ildən başlayır. O zamanlar rayon qəzetində işləmək, əslində, həyatla ən yaxın təmas nöqtəsi idi. "Birlik" qəzeti də onun üçün bir məktəb oldu – mətbəə müdirliyindən baş redaktorluğa qədər uzanan bu yol əməksevərliyin, peşəkarlığın və inadkarlığın nəticəsi idi. Hər sətirdə, hər materialda, hər manşetdə onun həm məsuliyyəti, həm də jurnalistikaya vurğunluğu hiss olunurdu.
2000-ci ildə Bakıya köçməsi isə onun publisist və təşkilatçı kimi yeni bir mərhələyə qədəm qoyması demək idi. "Paklıq", "Hüriyyət" kimi qəzetlərdə çalışması, satirik "Qulaqburması" jurnalına rəhbərlik etməsi, həmçinin "Qaynar xətt" qəzetinin baş redaktoru kimi fəaliyyəti onun mətbuatdakı nəfəsini daha da genişləndirdi. Bu addımlar təsadüfi deyildi - o, ölkə mətbuatının buxovlandığı, amma eyni zamanda yeni nəfəsə çox ehtiyac duyduğu bir dövrdə ortaya çıxdı.
Bu gün isə Ədalət Nəbi Qarabulud Bakı İnformasiya Agentliyinin - BİA.az-ın baş direktoru kimi fəaliyyətini davam etdirir. Bu vəzifə sadəcə post deyil, ictimai sözün məsuliyyətini daşımaq, informasiyanın etibarlılığına zəmanət vermək, gündəmin nəbzini tutmaq deməkdir. Ədalət bəy həmcinin mərkəzi ofisi Türkiyənin paytaxtı Ankarada yerləşən Turam Dövləti Təşkilatlarının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin mətbuat katibi vəzifəsində calışır.
Ədalət Qarabulud sadəcə qələm adamı deyil. O, Azərbaycanın müstəqillik uğrunda mübarizəsində ən ön sıralarda dayanmış ziyalılardandır. AXC-nin yarandığı gündən Ali Məclisin üzvü, Ağsu şöbəsinin idarə heyətinin üzvü, 1991-ci ildən isə Ağsu rayon şöbəsinin sədri kimi fəaliyyət göstərməyin özü böyük fədakarlıq tələb edirdi. Bu, təkcə siyasi fəaliyyət deyildi - bu, ömürlük bir vicdan borcunun yerinə yetirilməsi idi. Bəzən bir jurnalistin qələmi ordudan da güclü olur, çünki o qələm xalqın səsini, haqqın sözünü, dövlətin gələcəyini danışır.
Ədalət bəyin bir ifadəsi var: “Qələm adamı yaşının üstünə yaş gələndə adi insanlardan tam fərqli görünür…” Bu fikir onun həm yaradıcılığına, həm də həyat fəlsəfəsinə verilən ən doğru qiymətdir. Çünki o, yaşı artdıqca sanki daha da gəncləşib - düşüncəsində müdriklik, sözündə dərinlik, mövqeyində prinsipiallıq daha da güclənib.
Bu illər ərzində o, təkcə mətbuatın deyil, bütövlükdə cəmiyyətin yaddaşında iz buraxan əsərlər, məqalələr, şeirlər müəllifi oldu. Onun poeziyası da jurnalistikası kimi şəffaf və səmimi, həm də iti və kəsərlidir. Bu iki sahəni – şeir və publisistikanı – özündə birləşdirmək isə hər adama nəsib olmur.
Ədalət Qarabuludun yaradıcılığının ən gözə çarpan cəhətlərindən biri də poeziyada səmimiyyətlə publisistikanın sərtliyini birləşdirməsidir. Onun şeirlərində həm yurd sevgisi var, həm insan taleyi, həm də həyatın özü boyda fəlsəfə.
O, poeziyada zamanın ruhunu tutmağı bacaran, sözün həm işıq, həm də şəfəq kimi yanmasını istəyən şairlərdəndir. Onun şeirlərindəki lirika süni emosiyalardan deyil, yaşanmış ömrün təcrübəsindən doğur. Elə buna görə də oxucu onun misralarında özünü, öz dərdini, öz sevincini görə bilir.
Ədalət bəy həm də düşüncənin şairidir, şeirləri yalnız duyğu deyil, həm də mövqe, həm də çağırışdır. Onun poetik dili sadə olmaqla qədirbiləndir, yumşaq olmaqla kəsərlidir, poetik olmaqla publisistikdir.

Bu poeziyada sözün həm yumşaq nəfəsi var, həm də polad iradəsi. Onun poetik dünyasının özəlliyi bundadır ki, o, sözə yaşamadığı heç nəyi yükləmir. Bəlkə də, elə buna görə deyir ki, “qələm adamı yaşının üstünə yaş gələndə adi insanlardan tamam fərqli görünür…” — çünki yaş artıqca sözün dəyəri də, məsuliyyəti də ağırlaşır.
Ədəbiyyatın bir özəlliyi də odur ki, ədəbi bir örnəyin, bir şeirin müəllifi olaraq bir də baxırsan ki, prototiplə üzbəüzsən. Bu məqam qələmə aldığın obrazıın kontekstində hansısa fərdin yaşantısını ehtiva edir. “Şairlər” adlı şeirimdə olduğu kimi:
Şairlər bir ömür eşq sərxoşları,
İlham pərisinin hüsnündən xumar.
Könlü misra-misra söz naxışları,
Başına hər vədə çəkiıməz tumar.

Şairlər əlləsir yer-göy üzündə,
Ruhunu oxşayan sözlə ovunur.
Düzünü söyləyir, qalsa da düzdə...
Özünün odunda sözü qovurur.
Ədalət bəyi şair kimi tanıdıqca, düşündüm ki, bu şeir onun poetik portretidir ki...
Ədalət Nəbi Qarabuludun şeirləri küll halında sanki "Səssiz dua"dır ki, şair, qəlbini Tanrıya açır, onunla səmimi və səssiz bir dialoq qurur. Bəzən bu duaların cavabsız qalması, həyatın yorğunluğu, inamın bəzən sarsılması və Tanrını yalnız dərd zamanı xatırlamaq qorxusu kimi düşüncələr onu təsirləndirir.
Şair belə qənaətdədir ki, insan gərək Tanrını yalnız çətin anlarında deyil, sevincdə də, rahatlıqda da axtarsın. Dua sadəcə bir istəyin ifadəsi deyil, bəzən səssizlikdə qurulan bir bağdır... (Qoy bu bağ hər zaman möhkəm olsun!)
Ədalət Nəbi Qarabulud ömür yolunu Sözün işığında iç dünyasının yoluna çevirməyi bacaran şairdir. Əyanilik üçün "Əynimdəki yol ..." şeirini oxumaq yetər. Şeirdə ruhani bir yüksəliş, mənəvi təmizlənmə və ilahi nurla qovuşma arzusunu ifadə edir. Şair torpaqla - yəni maddi dünya ilə vidalaşmağı və ruhun Tanrıya pak, işıqla örtülmüş şəkildə dönməsini arzulayır.
Təsəvvüf yanaşma kontekstində şeirdə sufi dünyagörüşünün izləri görünür. Qürurdan soyunmaq, zikrlə təmizlənmək və ilahi eşqlə yanmaq fikirləri bu dünyagörüşə uyğundur. İkinci hissə sanki bir duadır - şair Tanrıya yönəlir, Ondan təmizlənmə və nurla örtülmə istəyir.
Bu poetik örnəkdə insanın mənəvi saflaşmasını, eqodan soyunmasını və Allahın nuruna bürünüb Ona qovuşma arzusunu poetik dillə ifadə edir. Şeir həm dua, həm də təsəvvüfi bir təfəkkür nümunəsidir.
Bu məqamla səsləşən bir duyğu çələngim yaddaçımda misra-misra yarpaqlayır:
Özündən özünə yol gedə bilən
Minillik yolları qayıda bilir.
Yer-göy arasında özünü bölən
Özünü qəflətdən oyada bilir.
Neçə ki Ədalət bəy minillik yollarla özündən-özünə "Bozqurdun soyu – Millətin harayı..." ilə qayıda bilib. Bu “şeir salnamə - epopeya gücündə olan poetik abidədir. İdrak işığının bədii sözlə süslənib fikrin dərin qatlarından təcəllisdir ki, dünənimizdən (tarix) bu günümüzə (çağdaş ) olan yol simvolu, sabahımıza (gələcək) baxış kontekstində özümüzük...
Zaman məsafəsindən 70 il geriyə nəzər saldıqda, bir ömrün nə qədər dolğun, məhsuldar və mənalı ola biləcəyinin ən gözəl nümunəsidir. Onun yaradıcılığı, fəaliyyəti və vətəndaş mövqeyi Azərbaycan mətbuat tarixinin ayrılmaz səhifələrinə çevrilib. Bu gün o, yeni yaşına qədəm qoyarkən, arxasında böyük bir irs, qarşısında isə hələ görüləsi işlər saxlayır. Çünki sözə xidmət edən insanların yolu heç vaxt tamamlanmır - onların ömrü yazdıqları qədər uzun, təsir etdikləri qədər möhtəşəm olur. Bir şeirimdə dediyim kimi:

Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Ömrün bahar, payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu...

Şəxsiyyəti saflıq, dürüstlük mücəssəməsi, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş azman aydınımız, qayəsi, əməl aynası işıqlı dostum Ədalət Nəbi Qarabuludu sözün siqlətinə bələnmiş ömür təqviminin 70 illiyi münasibətilə gözünə - könlünə köçən gözəlliklər, uğurlu özəlliklər diləyilə təbrik edirəm!

✍Tapdıq ƏLİBƏYLİ.

Oxunub: 16
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

24-06-2025, 18:19

Fərman Borçali – 65

gundem / sosial / manset

20-07-2025, 17:19

“Etik jurnalistika yalan təbliğatdan fərqli olaraq xalqları birləşdirə bilər”

gundem / medeniyyet / manset

7-07-2025, 12:55

Soltanağa Cəfərov – Ziyalılığın, Təvazökarlığın və Fədakarlığın 75 İllik Yolçuluğu

gundem / manset

11-03-2025, 20:09

YENİ NƏŞR - "E ş q n a m ə"

gundem / medeniyyet / ust / manset

5-12-2023, 12:06

EYVAZ HÜNBƏTOV – 77

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • Bu gün, 17:19
    Qalib gəldi ədalət!
  • Bu gün, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • Bu gün, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • Bu gün, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • Bu gün, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • Bu gün, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • Bu gün, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • Bu gün, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • Bu gün, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • Bu gün, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • Bu gün, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • Bu gün, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • Bu gün, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
  • Bu gün, 12:21
    Paytaxt və bölgələrdə narkotik əməliyyatı - 9 nəfər saxlanıldı
  • Dünən, 23:20
    Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
  • Dünən, 23:02
    Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
  • Dünən, 22:29
    Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədov: “26 iyun-hərbi rəşadət, şərəf və igidlik bayramıdır”
  • Dünən, 21:34
    Vətən ordenli gizir – Şəhidlik zirvəsinə ucalan qəhrəman Vidadi Nizami oğlu Zalov
  • Dünən, 20:47
    Uşağın fikri vacibdir. Amma son sözü məhkəmə deyir.
  • Dünən, 19:51
    Düşməni qorxuya salan Azərbaycan Ordusu
  • Dünən, 18:37
    Peşəsinə sədaqətlə xidmət edən həkim-stomatoloq – Əliyev Samir Adil oğlu
  • Dünən, 16:16
    “Əlvida bağça – Salam məktəb” adlı tədbir keçirilib
  • Dünən, 13:10
    “Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
  • Dünən, 12:08
    Qardaş xatirəsinə yanan bir ürək – Gülnarə Həmidovanın mənəvi böyüklüyü
  • Dünən, 11:36
    Qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • Dünən, 11:32
    “Azeri Light” 76 dollara satılır
  • Dünən, 11:29
    Azərbaycanda general 10 il sonra - Azadlığa çıxdı
  • Dünən, 11:25
    60 yaşlı kişi mağazada öldü
  • Dünən, 11:22
    Göygöldə “Niva” TIR-a çırpıldı - Xəsarət alanlar var
  • Dünən, 11:18
    Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında
  • Dünən, 11:15
    “Atəşgah Sığorta” CII ilə əməkdaşlığı genişləndirərək, IPPF statusu əldə etdi!
  • Dünən, 11:11
    Dənizdə batan Vüqarın da meyiti tapıldı
  • Dünən, 11:09
    “Citynet yeniləndi” - Hər kəs üçün daha da rahat olacaq
  • 24-06-2026, 20:44
    Səni xatırladıqca ürəyim fəxarətlə döyünür, Vətən oğlu...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə