• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

20 Yanvar xalqın yaddaşına yazılmış əbədi qürur

gundem / siyaset / manset

19-01-2026, 13:59

20 Yanvar xalqın yaddaşına yazılmış əbədi qürur
Məşhur Məmmədov
Milli Məclisin deputatı

20 Yanvar faciəsindən 36 il keçir. Bu tarix Azərbaycan xalqının azadlıq, müstəqillik və ləyaqət uğrunda apardığı mübarizənin ən qanlı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. 1990-cı ilin yanvarında sovet imperiyasının Bakıda törətdiyi qırğın dinc insanlara qarşı həyata keçirilmiş ağır cinayət idi. 20 Yanvar şəhidləri milli yaddaşımızda qəhrəmanlıq və fədakarlıq rəmzi kimi əbədi yaşayır. Bu faciə müasir Azərbaycan dövlətçiliyinin mənəvi-siyasi təməlində xüsusi yer tutur.

36 il az müddət deyil. İllər göstərdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşına qanla yazılan, milli iradənin, azadlıq əzminin sarsılmazlığını nümayiş etdirən tarixi hadisədir. Bu faciə təkcə dinc insanların amansızcasına qətlə yetirilməsi deyil, bütövlükdə bir xalqa qarşı törədilmiş öncədən planlaşdırılmış, insanlıq əleyhinə hərbi cinayət idi.

1990-cı ilin yanvarına aparan yol təsadüfi deyildi. 1987-ci ildən etibarən azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət alması, milli hisslərin məqsədli şəkildə boğulması Sovet rəhbərliyinin Azərbaycana qarşı ikili standartlar siyasətinin bariz nümunəsi idi. Artan gərginliyin qarşısını almaq əvəzinə, Moskva Azərbaycan xalqına qarşı güc tətbiq etməyi seçdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa SSRİ rəhbərliyinin, Mixail Qorbaçovun əmri ilə Sovet ordusunun müxtəlif qoşun növləri Bakıya və respublikanın bir sıra bölgələrinə yeridildi. Qadın, uşaq, qoca demədən dinc əhali tanklardan, zirehli texnikadan və avtomat silahlardan atəşə tutuldu. Fövqəladə vəziyyət elan olunmadan əvvəl şəhər artıq qan içində idi. Bu, hüququn, demokratiyanın, humanizmin tam şəkildə tapdalanması idi.

“Bakı əməliyyatı”na birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK rəhbərliyi nəzarət edirdi. Əhali fövqəladə vəziyyət barədə yalnız kütləvi qırğın törədildikdən sonra, səhər saat 5:30-da radio vasitəsilə məlumatlandırıldı. Qanlı faciə nəticəsində 147 nəfər qətlə yetirildi, yüzlərlə insan yaralandı, yüzlərlə vətəndaş qanunsuz həbs olundu, mülki infrastruktur dağıdıldı. Bu, sovet totalitar sisteminin öz vətəndaşına qarşı törətdiyi açıq hərbi təcavüz idi.

20 Yanvar hadisələri Sovet imperiyasının Azərbaycanda siyasi və mənəvi dayaqlarını birdəfəlik sarsıtdı. Xalqın rejimə olan inamı tamamilə yox oldu, Sovet İKP-yə üzvlük kütləvi şəkildə rədd edildi. Azərbaycan xalqı başa düşdü ki, azadlıq və müstəqillik yalnız mübarizə yolu ilə mümkündür.

Faciəyə ilk prinsipial və cəsarətli siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi.

Ulu öndər 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, açıq şəkildə bu qanlı hadisəni pislədi, Sovet rəhbərliyini və o zamankı respublika rəhbərlərini ittiham etdi. Bu mövqe, informasiya blokadasına baxmayaraq, xalqın qəlbində ümid çırağını yandırdı.

Ulu Öndərin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisində, 1994-cü il martın 29-da isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Qanlı Yanvar totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi cinayət və hərbi təcavüz kimi tanındı. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi.

Ulu öndər sonralar 20 Yanvarla bağlı çıxışlarında qeyd etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qanla yazılmış bir səhifədir. Eyni zamanda bu faciə xalqımızın qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqı həmin gün öz azadlığı, müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə ən yüksək səviyyədə anılır. Şəhid ailələrinə və əlilliyi olanlara göstərilən sosial qayğı, memorial komplekslərin yaradılması, qanunvericilikdə təsbit olunmuş imtiyazlar dövlətin şəhidlərə olan borcunun ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial islahatlar bu qayğının real nəticələrini ortaya qoyur.

20 Yanvar faciəsi yalnız matəm günü deyil. Bu tarix Azərbaycan xalqının layaqətini qoruduğu, qorxmadan tankın qarşısına çıxdığı, milli kimliyini təsdiqlədiyi gündür. Məhz o qanlı gecədən sonra müstəqillik ideyası dönməz xarakter aldı.

Bu gün həmin tarixə daha aydın baxırıq. 2020-ci ildə qazanılan möhtəşəm Qələbə, 2023-cü ildə suverenliyimizin tam bərpası göstərdi ki, Azərbaycan xalqının tökülən qanı hədər getmədi. Şəhidlərin arzusu gerçəkləşdi. Azərbaycan bu gün güclü Ordusu, güclü dövləti, qətiyyətli lideri olan qalib ölkədir.

Müasir reallıq onu təsdiqləyir ki, şəhidlərin qanı yerdə qalmadı. Azərbaycan güclü dövlətdir və bu gücün təməlində 20 Yanvar şəhidlərinin müqəddəs qanı dayanır.

Bütün şəhidlərin qisasını alan, Azərbaycanın tam suverenliyini güclü ordusu ilə, peşəkar diplomatiya bacarığı ilə bərpa edən, Azərbaycan xalqının qürurunu özünə qaytarıb onu "qalib xalq" edən Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində həm faciəli, həm də şanlı bir səhifədir. Bu qanlı hadisə xalqımızın iradəsini sındıra bilmədi, əksinə, müstəqillik əzmini daha da möhkəmləndirdi.

Zaman keçsə də, 20 Yanvar Azərbaycan xalqının yaddaşında canlı və sarsıdıcı bir tarix olaraq qalır. Hər il minlərlə insan Şəhidlər xiyabanına axışaraq şəhidlərin xatirəsini dərin ehtiramla yad edir. Bu izdiham xalqın öz tarixinə, mübarizə yoluna və azadlıq uğrunda canından keçən oğul və qızlarına sədaqətinin ifadəsidir. 20 Yanvar təkcə hüzn günü deyil, həm də milli birlik və mənəvi güc rəmzidir. Nəsillər dəyişsə də, bu faciəyə münasibət dəyişmir, əksinə daha da möhkəmlənir. Çünki 20 Yanvar xalqın yaddaşına yazılmış əbədi dərs və əbədi qürurdur.


www.AzadMedia.az

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

19-01-2026, 11:30

“20 Yanvar – Qanla yazılan azadlıq salnaməsi və milli qürur tarixi”

gundem / manset

18-01-2023, 07:30

20 Yanvar-Azərbaycan xalqının unudulmaz tarixi

gundem / manset

18-01-2023, 11:45

Qanlı 20 Yanvar faciəsi xalqımızın şərəfli tarixidir...

gundem / manset

17-01-2025, 11:35

20 YANVAR - ÜMUMXALQ HÜZN GÜNÜAzərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür.

gundem / manset

16-01-2023, 19:25

Unudulmayan qan yaddaşımız-20 Yanvar

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:53
    "Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
  • Dünən, 13:31
    “İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”
  • Dünən, 13:28
    Göygöldə qanunsuz tikili söküldü
  • Dünən, 13:24
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 13:20
    “ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
  • Dünən, 10:54
    “Azərişıq” Gədəbəydə yeni güc mərkəzləri quraşdırdı
  • Dünən, 10:49
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:33
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Dünən, 10:29
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Dünən, 10:25
    Yaşamaq üçün ən ideal ölkə açıqlandı
  • 3-08-2026, 21:57
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • 3-08-2026, 20:48
    Namidə İsayeva yeni vəzifəyə təyin olundu
  • 3-08-2026, 14:05
    Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
  • 3-08-2026, 12:29
    Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
  • 3-08-2026, 12:24
    Süni intellekt oğruları
  • 3-08-2026, 11:43
    Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu
  • 3-08-2026, 11:27
    Qarpız bu şəxslər üçün zərərlidir
  • 3-08-2026, 11:17
    Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
  • 3-08-2026, 11:11
    Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
  • 3-08-2026, 11:03
    SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş
  • 3-08-2026, 10:56
    Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi
  • 3-08-2026, 10:51
    Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
  • 2-08-2026, 13:14
    Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
  • 2-08-2026, 12:34
    ABŞ vətəndaşı peyvəndi olmayan nadir virusa yoluxdu
  • 2-08-2026, 12:29
    Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
  • 2-08-2026, 12:23
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • 2-08-2026, 12:16
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • 2-08-2026, 12:12
    Sloveniya Prezidenti qəzaya düşdü
  • 2-08-2026, 12:02
    İkram Kərimov vəfat etdi
  • 2-08-2026, 11:58
    Bu gün imtahan var
  • 2-08-2026, 11:54
    İrana hücumu ləğv etdi
  • 2-08-2026, 11:50
    “Onunla ilk görüşə çamadanla getdim”
  • 2-08-2026, 11:47
    Qvardiolanın da çıxış etdiyi klub müflis elan olundu
  • 1-08-2026, 19:45
    Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin xatirəsi anıldı
  • 1-08-2026, 12:37
    Poylu, başın sağ olsun! Salam, Göy adamı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə