• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”

gundem / siyaset / manset

20-01-2026, 13:46

Pərvanə İmamquliyeva: “20 yanvar- Dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə...”
Azərbaycan xalqının taleyində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə deyil, millətin yaddaşında, qəlbində və ruhunda əbədi yaşayır. 20 Yanvar məhz belə bir gündür. Bu tarix azadlıq, müstəqillik və milli ləyaqət uğrunda canını fəda edən oğul və qızlarımızın qanı ilə yazılmış şərəfli salnamədir. 1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqı imperiya zülmünə qarşı sinəsini sipər edərək tarixə öz iradəsini, əyilməz ruhunu və azadlıq eşqini həkk etdi.
Gəncə şəhəri 13 saylı körpələr evi–uşaq bağçasının müdiri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə Yeni Azərbaycan Partiyasının sədri Pərvanə İmamquliyeva 20 Yanvar faciəsini yalnız bir faciə kimi deyil, eyni zamanda xalqın oyanışının, milli özünüdərkin və dövlətçilik ideyasının formalaşmasının başlanğıcı kimi dəyərləndirir. Onun fikrincə, 20 Yanvar – dilində Vətən andı, ruhunda azadlıq sevdası olan insanların ölməzliyə qovuşduğu gündür.
1990-cı ilin yanvarında Azərbaycan xalqı ağır bir sınaq qarşısında qaldı. Sovet imperiyasının silahlı qüvvələri dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Tanklar, zirehli texnikalar, avtomat silahlar günahsız insanların üzərinə yeridildi. Qadın, uşaq, yaşlı demədən yüzlərlə insan qətlə yetirildi, minlərlə insan yaralandı. Lakin bu vəhşilik xalqın iradəsini sındıra bilmədi. Əksinə, bu qanlı hadisə azərbaycanlıların azad yaşamaq əzmini daha da möhkəmləndirdi.
Pərvanə İmamquliyeva qeyd edir ki, 20 Yanvar şəhidləri silahsız idilər, amma onların əlində ən güclü silah var idi – Vətən sevgisi. Onlar bilirdilər ki, azadlıq qurban tələb edir və bu qurbanı verməyə hazır idilər. Məhz buna görə də 20 Yanvar faciəsi Azərbaycan xalqının şərəf və qürur tarixidir.
20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev oldu. Həmin dövrdə Moskvada yaşamasına baxmayaraq, Ulu Öndər böyük cəsarət nümayiş etdirərək Sovet rəhbərliyinin cinayətkar əməllərini açıq şəkildə pislədi. Bu mövqe təkcə siyasi addım deyil, həm də xalqına, Vətəninə sədaqətin bariz nümunəsi idi.
Pərvanə İmamquliyeva vurğulayır ki, Heydər Əliyevin 20 Yanvarla bağlı qətiyyətli mövqeyi xalqın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Sonradan Ulu Öndərin hakimiyyətə qayıdışı ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi uca tutuldu.
Bu gün 20 Yanvar şəhidlərinin ruhu müstəqil və qalib Azərbaycanın hər bir uğurunda yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin arzularını gerçəyə çevirdi. Dövlət müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın azad edilməsi məhz həmin müqəddəs yolun davamıdır.
Pərvanə İmamquliyeva qeyd edir ki, 20 Yanvar hadisələri ilə başlayan azadlıq mübarizəsi 44 günlük Vətən müharibəsində tarixi Zəfərlə nəticələndi. Bu Zəfər bir daha sübut etdi ki, şəhidlərin qanı yerdə qalmır və Azərbaycan xalqı öz haqqını gec-tez bərpa edir.
Təhsil və tərbiyə sahəsində çalışan bir rəhbər kimi Pərvanə İmamquliyeva 20 Yanvar həqiqətlərinin gənc nəslə aşılanmasını xüsusi önəmli hesab edir. Körpələr evi–uşaq bağçasında formalaşan ilkin vətənpərvərlik tərbiyəsi gələcəkdə sağlam düşüncəli, dövlətinə bağlı vətəndaşların yetişməsində mühüm rol oynayır.
Onun fikrincə, uşaqlara Vətən sevgisini aşılamaq təkcə sözlə deyil, nümunə ilə mümkündür. 20 Yanvar şəhidlərinin həyatı və fədakarlığı bu baxımdan misilsiz örnəkdir. Onlar azadlıq anlayışını sadəcə şüar kimi deyil, həyatlarının mənası kimi qəbul etmişdilər.
20 Yanvar eyni zamanda hüzn və qürurun birləşdiyi gündür. Bu gün Azərbaycan xalqı şəhidlərinin məzarlarını ziyarət edir, onların xatirəsini ehtiramla yad edir. Hər il Şəhidlər xiyabanına axışan minlərlə insan sübut edir ki, bu xalq öz qəhrəmanlarını unutmur.
Pərvanə İmamquliyeva bildirir ki, 20 Yanvar bizə bir daha xatırladır: azadlıq əbədi deyil, onu qorumaq lazımdır. Bu qoruma isə milli birlikdən, dövlətə sədaqətdən və vətənpərvərlikdən başlayır.
“20 Yanvar – dilində Vətən andı, ruhunda Azadlıq sevdası olanların əziz xatirəsinə…” Bu ifadə təkcə bir başlıq deyil, bütöv bir xalqın hisslərinin, ağrısının və qürurunun ifadəsidir. 20 Yanvar şəhidləri Azərbaycan tarixinin əbədi simvollarıdır. Onlar azadlıq yolunda canlarından keçərək gələcək nəsillərə müstəqil dövlət miras qoydular.
Gəncə şəhəri 13 saylı körpələr evi–uşaq bağçasının müdiri, Gəncə şəhər GDRTİ-nin MTM üzrə Yeni Azərbaycan Partiyasının sədri Pərvanə İmamquliyevanın da vurğuladığı kimi, 20 Yanvar yalnız keçmişin xatirəsi deyil, bu günümüzün və sabahımızın mənəvi dayağıdır. Ruhları şad olsun! Azərbaycan xalqı onları heç vaxt unutmayacaq.

Hürü Hacızadə
Yazıçı-publisist
“Qızıl Qələm” mükafatçısı

Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri
AJB-nin üzvü

Oxunub: 9
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

18-01-2025, 12:47

Pərvanə Mirzə qızı İmamquliyeva: “20 Yanvar - unudulmayan qanlı tarix”

gundem / manset

8-03-2025, 14:27

Gəncə şəhər 13 saylı körpələr evi-uşaq bağçasının müdiri, El Gücü” QHT təşkilatının qərb zonası üzrə Qadınlar Şurasının sədri, Pərvanə İmamquliyeva "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə Azərbaycan xanımlarını təbrik etdi.

gundem / siyaset / manset

19-01-2026, 13:59

20 Yanvar xalqın yaddaşına yazılmış əbədi qürur

gundem / sosial / manset

8-11-2025, 14:54

8 Noyabr Zəfər Günü: Şəhid Hacı Rauf Əsgərovun əziz xatirəsinə

gundem / sosial / ust / manset

7-02-2025, 12:27

"Qorxaq gündə min dəfə ölür, igid isə bir dəfə ölür". Ölərək dirilənlər, əbədiyaşarlıq şəhadətnaməsi qazananlar. Azərbaycanın Milli Qəhrəmanı, qürur yerimiz, and yerimiz, fəxarətimiz Mübariz Ağakərim oğlu İbrahimov...

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:53
    "Sabimed" Sağlıq və Turizm şirkətindən növbəti xeyirxah addım – Türkiyədə müalicə alan körpəyə hərtərəfli dəstək
  • Dünən, 13:31
    “İsveçrə bu prosesi hər zaman dəstəkləməyə hazırdır”
  • Dünən, 13:28
    Göygöldə qanunsuz tikili söküldü
  • Dünən, 13:24
    Avqustun 15-dən qatarlar “Nizami”-“28 May” arasında işləməyəcək
  • Dünən, 13:20
    “ATƏT məkanında qeyri-sabit mühit hökm sürür”
  • Dünən, 10:54
    “Azərişıq” Gədəbəydə yeni güc mərkəzləri quraşdırdı
  • Dünən, 10:49
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:33
    2 həftədir Baş nazirdir - Məzuniyyətə çıxır
  • Dünən, 10:29
    “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq
  • Dünən, 10:25
    Yaşamaq üçün ən ideal ölkə açıqlandı
  • 3-08-2026, 21:57
    Turistlər aldadılır? – Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
  • 3-08-2026, 20:48
    Namidə İsayeva yeni vəzifəyə təyin olundu
  • 3-08-2026, 14:05
    Qax Günləri – Qədim irsin, zəngin mədəniyyətin və müasir inkişafın bayramı
  • 3-08-2026, 12:29
    Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi
  • 3-08-2026, 12:24
    Süni intellekt oğruları
  • 3-08-2026, 11:43
    Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu
  • 3-08-2026, 11:27
    Qarpız bu şəxslər üçün zərərlidir
  • 3-08-2026, 11:17
    Ölkə xaricinə köçən şəxslər niyə xəstəlik tapırlar?
  • 3-08-2026, 11:11
    Həbsxanaları timsahlarla mühafizə etmək planı - Qalmaqal yaratdı
  • 3-08-2026, 11:03
    SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş
  • 3-08-2026, 10:56
    Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi
  • 3-08-2026, 10:51
    Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
  • 2-08-2026, 13:14
    Azərbaycan–Qırğızıstan münasibətləri Orta Dəhlizin inkişafına təkan verir
  • 2-08-2026, 12:34
    ABŞ vətəndaşı peyvəndi olmayan nadir virusa yoluxdu
  • 2-08-2026, 12:29
    Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
  • 2-08-2026, 12:23
    Kartdan-karta köçürmələrə limit qoyuldu
  • 2-08-2026, 12:16
    Trampın Ukrayna danışıqları ilə bağlı qərarı - Açıqlandı
  • 2-08-2026, 12:12
    Sloveniya Prezidenti qəzaya düşdü
  • 2-08-2026, 12:02
    İkram Kərimov vəfat etdi
  • 2-08-2026, 11:58
    Bu gün imtahan var
  • 2-08-2026, 11:54
    İrana hücumu ləğv etdi
  • 2-08-2026, 11:50
    “Onunla ilk görüşə çamadanla getdim”
  • 2-08-2026, 11:47
    Qvardiolanın da çıxış etdiyi klub müflis elan olundu
  • 1-08-2026, 19:45
    Yardımlı rayonunun Mirimli kəndində şəhidlərin xatirəsi anıldı
  • 1-08-2026, 12:37
    Poylu, başın sağ olsun! Salam, Göy adamı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə