• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qanunun keşiyində dayanan peşəkar rəhbər – Sabunçu RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov

gundem

17-03-2026, 11:55

Qanunun keşiyində dayanan peşəkar rəhbər – Sabunçu RPİ-nin rəisi, polis polkovniki Cavid  Muradov
Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov Azərbaycan hüquq-mühafizə orqanlarında öz peşəkarlığı, prinsipiallığı və dövlətə sədaqəti ilə seçilən nümunəvi rəhbərlərdən biridir. Onun uzun illərə söykənən xidmət yolu, qazandığı təcrübə və əldə etdiyi nailiyyətlər bir daha sübut edir ki, o, üzərinə düşən vəzifəni yüksək məsuliyyət hissi ilə yerinə yetirən, qanunun aliliyini daim qoruyan bir zabitdir.
Cavid Muradovun rəhbərliyi ilə Sabunçu rayonunda ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm uğurlar əldə olunmuşdur. O, polis fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, humanizm və vətəndaş məmnunluğunu daim ön planda saxlayaraq, idarənin işini müasir tələblərə uyğun şəkildə təşkil etmişdir. Onun rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində sabitlik və əmin-amanlıq daha da möhkəmlənmişdir.
Polis polkovniki Cavid Muradov hər zaman şəxsi heyətin peşə hazırlığına xüsusi diqqət yetirir. O, əməkdaşların bilik və bacarıqlarının artırılması, onların operativ və effektiv fəaliyyət göstərməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinə önəm verir. Bu yanaşma nəticəsində Sabunçu Rayon Polis İdarəsinin kollektivi öz üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirən peşəkar heyət kimi formalaşmışdır.
Azərbaycan Respublikasında hüquq-mühafizə sisteminin inkişafı və gücləndirilməsi məhz ölkə Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə ölkədə sabitliyin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və qanunun aliliyinin bərqərar olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Bu siyasətin həyata keçirilməsində hüquq-mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür.
Eyni zamanda, Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarının rəhbərliyi ilə polis orqanlarında aparılan islahatlar, intizamın gücləndirilməsi və xidmətin müasir standartlara uyğun təşkili sahəsində mühüm nailiyyətlər əldə edilmişdir. Cavid Muradov da bu siyasəti rəhbər tutaraq, öz fəaliyyətində daim yüksək nəticələrə nail olmağa çalışır və rəhbərliyin etimadını layiqincə doğruldur.
Cavid Muradovun fəaliyyəti yalnız cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır. O, eyni zamanda vətəndaşlarla sıx ünsiyyət qurmağa, onların müraciətlərini diqqətlə dinləməyə və problemlərinin həllinə operativ yanaşmağa xüsusi önəm verir. Onun rəhbərliyi ilə keçirilən qəbul günləri, yerlərdə təşkil olunan görüşlər və maarifləndirici tədbirlər polis-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Polis polkovniki Cavid Muradov sosial həssas qruplara göstərdiyi diqqət və qayğı ilə də seçilir. Şəhid ailələri, qazilər və aztəminatlı vətəndaşlar daim onun diqqət mərkəzindədir. O, bu kateqoriyadan olan insanlara həm mənəvi, həm də mümkün olan hallarda maddi dəstək göstərərək, dövlətin sosial siyasətinə öz töhfəsini verir. Bu isə onun yüksək insani keyfiyyətlərə malik bir rəhbər olduğunu bir daha nümayiş etdirir.
Onun rəhbərliyi ilə Sabunçu rayonunda profilaktik tədbirlər daha da gücləndirilmiş, gənclər arasında hüquqi maarifləndirmə işləri genişləndirilmişdir. Məktəblərdə, müxtəlif ictimai yerlərdə keçirilən görüşlər nəticəsində gənclərin hüquq bilikləri artırılmış, onları zərərli vərdişlərdən uzaq tutmaq istiqamətində mühüm işlər görülmüşdür. Bu fəaliyyət gələcəkdə daha sağlam və hüquqazidd hallardan uzaq bir cəmiyyətin formalaşmasına xidmət edir.
Cavid Muradovun idarəçilik üslubu tələbkarlıq və qayğıkeşliyin vəhdəti ilə xarakterizə olunur. O, əməkdaşlardan yüksək nəticə tələb etməklə yanaşı, onların sosial rifahına da diqqət yetirir, kollektivdə sağlam və mehriban iş mühitinin formalaşmasına çalışır. Bu isə öz növbəsində xidmətin keyfiyyətinə müsbət təsir göstərir.
Bütün bu keyfiyyətlər Cavid Muradovu yalnız peşəkar polis zabiti kimi deyil, həm də dövlətinə, xalqına bağlı, yüksək mənəvi dəyərlərə malik bir şəxsiyyət kimi xarakterizə edir. Onun fəaliyyəti Azərbaycan polisinin şərəfli ənənələrinin davam etdirilməsinə və daha da inkişaf etdirilməsinə xidmət edir.
Sonda polis polkovniki Cavid Muradovu və rəhbərlik etdiyi kollektivi müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, xidmətdə uğurlar, ailələrinə xoşbəxtlik, süfrələrinə bolluq və bərəkət arzulayıram. Bayramlarınız mübarək olsun!

Şamil Cəfər
AYB və AJB-nin üzvü
“Qızıl qələm” mükafatçısı

Oxunub: 36
Paylaş:
Digər xəbərlər

gundem / manset / sosial

1-02-2026, 16:20

Yol təsərrüfatında peşəkarlıq və məsuliyyət nümunəsi – 7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov

gundem / manset

15-03-2026, 13:29

Peşəkar rəhbər və nümunəvi təşkilatçı- Məhəmməd Musayev

gundem / manset

22-12-2024, 12:50

Bu rayona yeni polis rəisi təyin olundu

gundem / manset

9-04-2024, 11:24

Şöbə rəisi yeni vəzifəyə təyin edildi

gundem / ust / manset

9-04-2024, 17:05

Vilayət Eyvazovdan növbəti rəis təyinatı

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:42
    Bu gün Azərbaycan siyasi tarixində özünəməxsus yeri olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünü qeyd edirik.
  • Bu gün, 15:54
    Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
  • Bu gün, 14:46
    MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ETLƏSİN!
  • Bu gün, 12:13
    “BDU-da islahatlara Hüquq fakültəsindən başlanılmalıdır” - Ceyhun Yusifov
  • Bu gün, 12:03
    FHN təlim keçirdi - Video
  • Bu gün, 11:53
    Bakının mərkəzində Xalq rəssamının oğlunun meyiti tapıldı
  • Bu gün, 11:44
    Göygöldə növbəti monitorinq - Sahibkarlarla görüşlər oldu
  • Bu gün, 11:36
    Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
  • Bu gün, 11:13
    Prezident rəsmi qarşılandı
  • Bu gün, 11:05
    Prezidentlər Birgə Bəyanat qəbul etdilər
  • Dünən, 19:44
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Ağcabədidə davam etdirib
  • Dünən, 14:20
    KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
  • Dünən, 14:02
    VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
  • Dünən, 12:36
    Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
  • Dünən, 11:07
    Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır
  • Dünən, 11:01
    ƏƏSMN “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı
  • Dünən, 10:52
    “Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
  • Dünən, 10:45
    Kiyev ballistik raketlərlə atəşə tutulub
  • Dünən, 10:41
    İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub
  • Dünən, 10:36
    “Atlant”ın rəhbəri vəfat etdi
  • Dünən, 10:32
    Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı - Fotolar
  • Dünən, 10:29
    Həkimin villasında dava - Cangüdən 74 yaşlı sürücünü bıçaqladı
  • Dünən, 10:23
    QHT-lər üçün qrant müsabiqələri elan edildi
  • Dünən, 10:18
    “Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
  • 19-11-2026, 15:31
    4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
  • 19-11-2026, 14:50
    Ağdam şəhəri: quruculuq siyasətinin möhtəşəm nəticələri
  • 19-11-2026, 13:31
    Könül Xasıyeva harda oxusa da, sevilir!
  • 19-11-2026, 13:22
    “Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
  • 19-11-2026, 11:35
    Elşən Salahov Binədə sakinlərlə növbəti səyyar görüş keçirdi
  • 19-11-2026, 11:28
    Gürcüstan DTX-nin rəisi Bakıdadır
  • 19-11-2026, 11:21
    Alen Simonyan dekabrda Azərbaycana gələcək
  • 19-11-2026, 11:07
    “Koroğlu”dan aeroporta doğru nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 19-11-2026, 11:00
    Məleykə Abbaszadə BDU-nun rektoru oldu
  • 19-11-2026, 10:51
    Elçin Babayev vəzifəsindən azad olundu
  • 19-11-2026, 10:46
    Bakıda ilk dəfə avtobuslar üçün işıqfor quraşdırılacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə