• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycan–Ukrayna münasibətləri: siyasi dialoqdan strateji əməkdaşlığa

gundem / siyaset / manset

27-04-2026, 12:46

Azərbaycan–Ukrayna münasibətləri: siyasi dialoqdan strateji əməkdaşlığa
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Cənubi Qafqaz ilə Şərqi Avropa arasında körpü rolunu oynayan Azərbaycan–Ukrayna münasibətləri son illərdə həm regional, həm də qlobal geosiyasi dəyişikliklər fonunda daha da aktuallaşıb.

Ölkə rəhbəri İlham Əliyev və Volodimir Zelenski arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və beynəlxalq platformalarda aparılan dialoq iki ölkə arasında strateji tərəfdaşlığın yalnız formal sənədlərlə məhdudlaşmadığını, real siyasi iradə və ortaq maraqlar üzərində qurulduğunu göstərir.

Ötən həftə prezidentlərin görüşü və mətbuata verilən bəyanatlar bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüş keçirilib. Bu görüşlər Azərbaycan–Ukrayna əlaqələrinin dinamik xarakterini açıq şəkildə ortaya qoyur. Bu görüşlər təkcə ikitərəfli münasibətlərin deyil, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıq gündəliyinin mühüm məsələlərinin müzakirəsi baxımından əhəmiyyətlidir.

Xüsusilə 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda imzalanmış strateji tərəfdaşlıq sənədləri iki ölkənin qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini təsbit edir. Bu amil hər iki dövlətin həssas geosiyasi şəraitdə yerləşdiyini nəzərə alsaq, xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, Azərbaycan və Ukraynanın BMT, ATƏT, GUAM və QDİƏT kimi platformalarda bir-birinə qarşılıqlı dəstək göstərməsi bu əməkdaşlığın çoxtərəfli müstəvidə də möhkəm əsaslara malik olduğunu təsdiqləyir.

İkitərəfli münasibətlərin əsas sütunlarından biri iqtisadi əməkdaşlıqdır. Ticarət dövriyyəsinin müxtəlif illərdə dəyişkən dinamikasına baxmayaraq, ümumi tendensiya tərəflər arasında qarşılıqlı iqtisadi marağın davam etdiyini göstərir.

2021-ci ildə maksimum həddə çatan ticarət dövriyyəsi sonrakı illərdə müəyyən azalma ilə müşahidə olunsa da, bu daha çox qlobal və regional faktorlarla izah olunur.

İki ölkə arasında energetika sahəsi əməkdaşlığın aparıcı istiqamətlərindəndir. SOCAR-ın Ukrayna bazarında uzunmüddətli fəaliyyəti bu sahədə praktiki əməkdaşlığın uğurlu nümunəsidir. Bununla yanaşı, yeni investisiya layihələri, birgə təşəbbüslər və enerji təhlükəsizliyi məsələləri üzrə əməkdaşlıq perspektivləri kifayət qədər genişdir.

Mövcud geosiyasi reallıqlar fonunda hərbi-texniki əməkdaşlıq xüsusi önəm kəsb edir. Hər iki ölkədə hərbi sənaye kompleksinin inkişafı birgə istehsal, texnologiya transferi və müdafiə sənayesi sahəsində əməkdaşlıq üçün ciddi zəmin yaradır. Bu istiqamətdə aparılan müzakirələr yaxın gələcəkdə konkret layihələrin reallaşması ilə nəticələnə bilər.

Ölkələr arasında parlament diplomatiyası da uğurla fəaliyyət göstərir. 1995-ci ildən fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupu və 2020-ci ildə Ukrayna Ali Radasında yaradılan dostluq qrupu qanunverici orqanlar arasında əməkdaşlığın sistemli xarakter aldığını göstərir. Bu platformalar siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, hüquqi və institusional bazanın daha da möhkəmləndirilməsinə xidmət edir.

Bununla yanaşı, yola saldığımız həftədə görüş çərçivəsində əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız mövcud əməkdaşlıq sahələri ilə məhdudlaşmır, eyni zamanda yeni istiqamətlər üzrə də genişlənməkdədir.

Xüsusilə nəqliyyat-logistika sahəsində Orta Dəhliz imkanlarının müzakirəsi iki ölkənin Avropa ilə Asiya arasında tranzit potensialını daha da artırmaq niyyətində olduğunu göstərir. Bu kontekstdə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutlarının Ukrayna üçün alternativ və etibarlı xətt kimi çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda, rəqəmsallaşma, innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq perspektivləri də diqqət çəkir. Müasir dövrdə iqtisadiyyatların transformasiyası fonunda bu sahədə birgə layihələrin həyata keçirilməsi tərəflərə əlavə üstünlüklər qazandıra bilər.

Humanitar sahədə əməkdaşlıq, o cümlədən təhsil və mədəniyyət mübadilələri də xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Bundan əlavə, enerji təhlükəsizliyi məsələləri fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu Ukrayna üçün strateji əhəmiyyət daşıyır və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi Avropanın enerji xəritəsində də yeni balans yarada bilər.

Prezident İlham Əliyev və Volodimir Zelenski arasında formalaşmış şəxsi etimad münasibətləri isə bütün bu proseslərin daha operativ və effektiv şəkildə həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Nəticə etibarilə, mövcud siyasi iradə və institusional baza Azərbaycan–Ukrayna əməkdaşlığının uzunmüddətli və dayanıqlı inkişafını təmin edən əsas faktor kimi çıxış edir.

Prezidentlərin son görüşü və səsləndirilən bəyanatlar göstərir ki, Azərbaycan–Ukrayna münasibətləri yalnız dostluq və tərəfdaşlıq çərçivəsində deyil, həm də strateji əməkdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı hörmət, ortaq maraqlar və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan bu münasibətlər gələcəkdə daha geniş sahələri əhatə edəcək potensiala malikdir.

Mövcud dinamika onu deməyə əsas verir ki, qarşıdakı illərdə iqtisadi, enerji, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq daha da dərinləşəcək və bu da hər iki ölkənin regional və beynəlxalq mövqelərinin güclənməsinə mühüm töhfə verəcək.


www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

8-04-2026, 13:47

İkitərəfli münasibətlərdə yeni strateji inkişaf istiqamətləri - DEPUTAT

gundem / siyaset / manset

18-02-2026, 11:16

Siyasi etimad və əməkdaşlıq

gundem / siyaset / manset

12-03-2026, 14:56

Azərbaycan-Avropa İttifaqı: tərəfdaşlığın fəal mərhələsi

gundem / siyaset

3-09-2025, 20:39

Azərbaycanın strateji diplomatiyasının yeni mərhələsi başlayır

gundem / siyaset / manset

14-03-2026, 12:02

Avropa İttifaqı ilə münasibətlərdə Azərbaycanın suveren mövqeyi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə