• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bu gün Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycandır

gundem / siyaset / manset

11-05-2026, 17:26

Bu gün Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycandır
"2020-ci ildən, yəni İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaranmasına imza atdı. Əldə olunan möhtəşəm Zəfər vasitəsilə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının beynəlxalq platformalardakı çoxillik fəaliyyətini nümayiş etdirərək qəbul olunmuş məlum dörd qətnamənin icrasını təmin etdi. Beləliklə, həm regionda, həm də dünya siyasətində tamamilə yeni bir ab-hava yaratmağa nail oldu".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır:

Bu gün Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycandır - FOTO

"Keçdiyimiz günlərdə, Böyük Qayıdış Dövlət Proqramının növbəti mərhələsi çərçivəsində Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan sakinləri ilə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirak etməsi bir daha onu göstərdi ki, işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma və tikinti işləri daim diqqət mərkəzindədir. Eyni zamanda, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda sülhün, əmin-amanlığın təmin olunmasında qətiyyətini nümayiş etdirdi.

Öz doğma yurdlarına qayıdan sakinlərlə görüş zamanı ölkə başçısının toxunduğu məqamlar bir daha göstərdi ki, Azərbaycan yalnız döyüş meydanında deyil, siyasi və diplomatik müstəvidə də tarixi Zəfər əldə edib. Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, illərlə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr münaqişənin həllinə deyil, işğalın davam etməsinə xidmət edən siyasət yürüdürdülər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin dövlətlər həm Birinci Qarabağ müharibəsindən sonra, həm də Vətən müharibəsi zamanı Azərbaycana ciddi təzyiqlər göstərməyə çalışsalar da, qədirbilən xalqımızın birliyi və ölkə rəhbərliyi tərəfindən aparılan ardıcıl siyasət nəticəsində bu planlar baş tutmadı".

"Bu gün regionda yaranmış yeni reallığın müəllifi məhz Azərbaycandır. Azərbaycan öz suverenliyini tam bərpa edib və bölgədə dayanıqlı sülhün əsas təşəbbüskarı kimi çıxış edir. Artıq regionda marağı olan bütün tərəflər anlayırlar ki, Azərbaycanın iradəsi nəzərə alınmadan Cənubi Qafqazda heç bir layihə və ya sülh prosesi mümkün deyil.

Lakin bəzi dövlətlərin, xüsusilə də Fransanın müxtəlif vasitələrlə Azərbaycanı ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə Azərbaycan-Fransa münasibətlərinə qarşı hörmətsizlikdir. Fransa liderinin Ermənistanda səsləndirdiyi "həmişə sizə dəstək verməyə hazırıq" bəyanatı isə bir daha göstərir ki, bəzi dairələr hələ də regionda köhnə yanaşmalarını davam etdirməyə çalışırlar. Halbuki 44 günlük müharibə dövründə də Ermənistana müxtəlif formalarda dəstək göstərmək cəhdləri olmuşdu, lakin bu cəhdlərin heç biri Azərbaycanın qətiyyətinin qarşısında nəticə vermədi", - deputat vurğulayıb.

O, həmçinin qeyd edib ki, bu gün Ermənistan sərhədində yerləşdirilən müxtəlif "müşahidə missiyaları" da reallıqda bölgədə vəziyyətə təsir edə biləcək gücə malik deyillər:

"Azərbaycan isə bütün ikitərəfli və çoxtərəfli görüşlərdə dəfələrlə bəyan edib ki, Ermənistana qarşı hərbi planı yoxdur və bölgədə sabitliyin tərəfdarıdır. Bu gün Ermənistanda daxili siyasi proseslərdə də əsas müzakirə mövzularından biri Azərbaycandır. Cənubi Qafqazın bir subyekti kimi Ermənistan xalqı anlamalıdır ki, sülhə, əmin-amanlığa, davamlı inkişafa və yüksək rifaha gedən yol Azərbaycanın yaratdığı yeni reallıqların qəbulundan, eləcə də iki ölkə arasında normallaşma və sülh prosesinə hörmətlə yanaşmadan keçir".

Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

23-08-2025, 12:01

Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər

gundem / siyaset / manset

28-05-2024, 11:24

“Azərbaycan bu gün Cənubi Qafqazda sülhün əsas qarantıdır” - Kamaləddin Qafarov

gundem / manset

20-03-2023, 11:52

Böyük hədəflərin tərkib hissəsi - ŞƏRH

gundem / manset

17-03-2023, 11:16

İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib

gundem / siyaset / manset

10-10-2023, 15:35

Məzahir Əfəndiyev: “İndiyə qədər Azərbaycan və gürcü xalqlarını ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:18
    Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
  • Bu gün, 10:10
    Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
  • Bu gün, 10:05
    Bu gün millimizin oyunu var
  • Bu gün, 09:59
    Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
  • Bu gün, 09:56
    Trampla Netanyahu telefonda dalaşıb?
  • Bu gün, 09:53
    Turistlərin bol olduğu ölkədə ingilis dilini niyə bilməyəsən?
  • Bu gün, 09:47
    NASA iş elanı verdi - Maaş 164 mindir
  • Bu gün, 09:43
    “Hərbi güc tətbiq etməkdən çəkinməzdim”
  • Bu gün, 09:40
    “İndiyəqədərki ən böyük əsir mübadiləsi baş tutacaq”
  • Bu gün, 09:36
    “Vəzifədən getməzdən əvvəl məsələni həll etmək istəyirəm”
  • Dünən, 18:56
    Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
  • Dünən, 15:30
    JURNALİST İBRAHİM İSGƏNDƏROV YOL QƏZASINDA XƏSARƏT ALAN GƏNC XANIMA İLKİN YARDIM GÖSTƏRƏRƏK ONUN HƏYATININ XİLASEDİLMƏSİNƏ DƏSTƏK OLUB
  • Dünən, 13:24
    Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
  • Dünən, 10:41
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı - Paylaşım
  • Dünən, 10:30
    General Natiq Əliyevin qızı saxlanıldı
  • Dünən, 10:18
    Azərbaycanda işləyənlərin orta aylıq maaşı açıqlandı
  • Dünən, 10:14
    “Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”
  • Dünən, 10:09
    Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto
  • Dünən, 10:02
    Kanadada məhkəmə ana və qızına hücum edən 4 ayının ölümünə qərar verdi
  • Dünən, 09:55
    İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
  • Dünən, 09:45
    Quş qripinə görə bu heyvanlar məhv olma həddinə çatıb
  • Dünən, 09:39
    Argentina ordusunu “terror təşkilatı” elan etdilər
  • Dünən, 09:36
    İsrail ordusuna İrana qarşı hazırlıq tapşırığı verildi
  • 11-11-2026, 14:01
    GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
  • 11-11-2026, 10:42
    ADY yükdaşımalar üzrə ən yüksək göstəricilər əldə edib
  • 11-11-2026, 10:35
    “Azeri Light” ucuzlaşdı
  • 11-11-2026, 10:28
    650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi
  • 11-11-2026, 10:22
    10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
  • 11-11-2026, 10:18
    Pezeşkian Türkiyəyə gedir
  • 11-11-2026, 10:13
    Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
  • 11-11-2026, 10:07
    Qax sakinini Masazırda maşın vurub öldürdü
  • 11-11-2026, 10:01
    “Sabah” basketbol klubu “Trabzonspor”u məğlub etdi
  • 11-11-2026, 09:57
    Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
  • 11-11-2026, 09:48
    Adanada bir gündə ikinci zəlzələ
  • 10-11-2026, 21:07
    Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə