• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev

gundem / sosial / manset

20-05-2026, 17:14

Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev


Narkomaniya, ötən yüzillikdə olduğu kimi, bu gün də qlobal problemlər sırasındadır. BMT-nin müvafiq strukturlarının hesablamalarına görə, hazırda dünyada təxminən 300 milyon insan narkotiklərdən müxtəlif formalarda əziyyət çəkir. Bu rəqəm dünya əhalisinin 15-64 yaş qrupunun təxminən 5 faizini təşkil edir.

Bu barədə YeniMedia.net portalına “Gənc Vətənpərvərlər” İctimai Birliyin sədri, ictimai xadim Müğan Süleyman oğlu Əliyev (Müqamət) geniş açıqlama verib.

İctimai xadim bildirib ki, narkotik vasitələr dedikdə, ölkələrin qanunvericiliyində və 1961-ci ildə qəbul olunmuş Beynəlxalq Vahid Konvensiyada qeyd edilmiş, insan psixikasına təsir edən, eyforiya yaradan təbii və sintetik mənşəli preparatlar və bitkilər nəzərdə tutulur. Bu vasitələrin istifadəsi nəticəsində insanlarda xroniki intoksikasiya, tolerantlığın artması, psixi və fiziki asılılıq yaranır. Nəticədə, cəmiyyətdən təcrid olunma, sosial və iqtisadi problemlər, eləcə də cinayətkarlığın artması müşahidə edilir.

Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində ciddi tədbirlər həyata keçirilir. 1998-ci ildən ölkəmiz BMT-nin “Narkotik vasitələr haqqında” və “Psixotrop maddələr haqqında” Konvensiyalarına qoşulmuş, 1999-cu ildə isə “Narkotik vasitələr, psixotrop maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul olunmuşdur.

Bu gün ölkəmizdə narkomaniya ilə mübarizə çərçivəsində dörd Dövlət Proqramı icra edilir. 2025-2030-cu illəri əhatə edən proqram çərçivəsində hüquq mühafizə, sərhəd və gömrük orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı müasir texnologiyalardan istifadə edilməklə genişmiqyaslı əməliyyatlar aparılır.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə prioritet istiqamətlərdən biridir. Dövlət və hüquq-mühafizə orqanlarının ardıcıl fəaliyyəti bu ümumbəşəri fəlakətin qarşısının alınmasında mühüm rol oynayır. Narkomaniya ilə mübarizədə hər bir vətəndaşın fəallığı vacibdir. Xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, onlarda narkotiklərə qarşı müqavimət hissinin artırılması gələcək nəsillərin sağlam yetişməsində həlledici rol oynayır.

Bu ümummilli bəlanın dəf edilməsində həm dövlətin, həm də cəmiyyətin birgə səyləri zəruridir. Siqaret və spirtli içkilərdən tutmuş müxtəlif narkotik maddələrə qədər bütün zərərli vərdişlər gəncləri təhlükə ilə üz-üzə qoyur. Bu vərdişlərin təsiri altında QİÇS və digər yoluxucu xəstəliklərə yoluxma riski də ciddi şəkildə artır. Zərərli vərdişlərin geniş yayılmasının əsas səbəblərindən biri maarifləndirmə işinin yetərincə güclü olmamasıdır. Təhsil müəssisələrində və idman cəmiyyətlərində məlumatlandırma işinin zəif təşkili, informasiya qıtlığı gəncləri riskli davranışlara meyilli edir. İİV immun sistemini mütəmadi şəkildə zəiflədən virusdur və QİÇS onun terminal mərhələsini təşkil edir. İnfeksiyanın səbəb olduğu immun çöküş vərəm, kandidoz, herpes və digər opportunistik infeksiyaların yaranmasına çevik zəmin yaradır. Rəsmi statistikaya əsasən, 2024-cü ildə 4 967 nəfər, 2023-cü ildə isə 3 796 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb. Ümumilikdə ötən il 40 490 nəfər, 2023-cü ildə isə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycan Respublikasının bugünkü münasibətini xarakterizə edir.

Narkomaniya ilə mübarizdə hər bir vətəndaş fəallıq göstərməlidir. Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırır. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.

Nihad Cəfərov

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

sou / manset

26-04-2023, 08:12

Məşhur amerikalı müğənni və ictimai xadim Harri Belafonte vəfat edib

gundem / sosial / ust / manset

25-11-2023, 17:44

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin təminatıdır

gundem / ust / manset

3-06-2024, 20:41

Daxili İşlər Nazirliyinin Saatlı RPŞ-nin təşkilatçılığı ilə “narkomaniyaya yox deyək” mövzusunda keçirilmiş nümunəvi tədbir

dunya / manset

17-10-2025, 08:13

Gündə 2,15 dollarla yaşamaq...

sosial / manset

16-11-2023, 14:04

Dünya üzrə miqrantların sayı açıqlanıb

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 13:07
    Şanlı Zəfər salnaməsi
  • Bu gün, 11:50
    Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
  • Bu gün, 11:44
    Qəfil kökəlmək, şişmək bu 3 orqandandır
  • Bu gün, 11:39
    Siçan beyninə insan hüceyrələri yerləşdirdilər
  • Bu gün, 11:33
    Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir
  • Bu gün, 11:23
    “Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
  • Bu gün, 11:13
    Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
  • Bu gün, 11:05
    Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir
  • Bu gün, 10:57
    “Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
  • Bu gün, 10:43
    Antiterror tədbirlərində DİN-in döyüş yolu
  • Bu gün, 10:37
    “Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə