Əliyev Natiq Mehdiqulu oğlu 18 may 1954-cü ildə Qərbi Azərbaycanın Zengəzur mahalının Qarakilsə rayonunun Vüqarlı (Ağudi) kəndində ziyalı ailəsində dünyaya göz açıb.
1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qebul olunub. 1978-ci ildə Universitetin müalicə-profilaktika fakültəsini uğurla bitirmiş və əmək fəaliyyətinə Rusiyanın Saratov şəhərində başlamış, sonra Kemerov vilayətinin Kemerova şəhərində davam etdirmişdir. İxtisasca həkim-cərrahdır.
1988-ci ildə məlum hadisələrin başlaması nəticəsində vətənə dönmüş və Sumqayıt şəhər 1 saylı Doğum evində həkim - ginekoloq, cərrah kimi fealiyyət göstərmişdir. 1994-2016-cı illərdə ginekologiya şöbəsinin müdiri, 2016-cı ildən hazırkı vaxtda 1 nömrəli Doğum evinin Baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışır.
Sumqayıt şəhər səhiyyə şöbəsi tərəfindən səhiyyədəki xidmətlərinə görə Fəxri Fərmanla təltif edilmişdir. "Hippokrat" tibb jurnalının təsis etdiyi "Şəfalı Əllər" Fəxri diplomuna, "Azərbaycanın Fəxri Həkimi" adı mükafatına, "Humanist İnsan" və "Qızıl Qələm" media mükafatlarına layiq görülmüşdür.
Natiq Əliyev həm də poeziya həvəskarıdır. Asudə vaxtlarında şeirlər də yazır. 2014-cü ildə "Mənim sevdalı dünyam" adlı kitabçası da işıq üzü görüb.
Həmçinin, 28.03.2018-ci il tarixində Dünya şöhrətli siyasətçi, əvəzedilməz şəxsiyyət, müstəqil Azərbaycan Respublikası qurucusu, Ulu öndərimizin, mərhum prezidentimiz Heydər Əliyevin siyasi kürsünün laiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata keçirdiyinə, Səhiyyə sahəsində göstərdiyi uğurlu peşə fəaliyyəti, "Hippokrat" andına sadiq qalaraq xalqa və dövlətə laiqli xidmətləri həmişə göz önündədir. Həkimin bir neçə şeirini oxucularımıza təqdim edirik.
AYRISIN NEYLƏRƏM?
İncimisən, son zamanlar gəlmir səsin,
Xeyli zaman heç dadmıram yar busəsin.
İstəyirsən bu Məcnunun yenə desin,
Mən sənə vurğunam, ayrısın neylərəm?
Qəribədir, sanki bozdur sənsiz həyat,
Ürəyimə dağ çəkib imansız həyat.
Üzsə də ümidləri amansız həyat,
Mən sənə vurğunam, ayrısın neylərəm?
Sən olmasan istər dünya talan olsun,
Qoy dağılsın müzınnətə qalan olsu.
Əsli kimdir, Leyli Məcnun yalan olsun,
Mən sənə vurğunam, ayrısın neylərəm?
Könlüm bahar, istəmərəm qış olduğun,
Sevən ürək heç bilməz ki, yaş olduğun,
Bilməlisən sən hamıdan baş olduğun,
Mən sənə vurğunam, ayrısın neylərəm?
Bir ovçuyam, maralların oğrunuyam,
Bir yolçuyam, məhəbbətin yorğunuyam,
Vüqarlıyam, gözəllərin vurğunuyam,
Mən sənə vurğunam, ayrısın neylərəm?
Mən sənə vurğunam, ayrısın neylərəm?
16.07.2017
YAXŞI
Həmişə yağ ilə bal ola bilməz,
Ara bir şor ilə çörək də yaxşı.
Hava da çox sakit, lal ola bilməz,
Hərdən bir dənizdə külək də yaxşı.
Yarın sorağında gözəl seçimdə,
Bir sevgi nəğməsi qalıb içimdə.
Yoldaşlar içində, dostlar içində,
Zarafat da yaxşı, “kələk” də yaxşı.
Baxıram ətrafa hər yan yam-yaşıl,
Otlar da yaşıldı, ağaclar yaşıl,
Sevgidən doğulan o mışıl-mışıl,
Körpənin yatdığı bələk də yaxşı.
Yetərdi insanlar kaş niyyətlərə,
Fikir verilməzdi boş niyyətlərə,
Qovuşmaq istəsən xoş niyyətlərə,
Arzu da yaxşıdı, dilək də yaxşı.
Gizlətmək olmayır duyğu, hissləri,
Tanımaq istərdim yaxşı kəsləri,
Ayırmaq üçünsə, yaxşı, pisləri,
Nənəmdən o qalan ətək də yaxşı.
Gözəllər gözümdə ceyran olanda,
Vüqarlı gözələ heyran olanda,
Sevginin yolunda hicran olanda,
Hicrana dözəsi ürək də yaxşı,
Hicrana dözəsi ürək də yaxşı.
14.09.2016
YAŞ ÜSTÜNƏ YAŞ GƏLƏNDƏ
Boş bir yerdə ev tikilir,
Daş üstünə daş gələndə.
Kim qəmlənir, kim şənlənir,
Yaş üstünə yaş gələndə.
Uşaq vaxtı deyinərdim,
Hər yaşımla öyünərdim,
Düzü, yaman sevinərdim,
Yaş üstünə yaş gələndə.
İndi artıq deyinmirəm,
Hər yaşımla öyünmürəm,
Düzü, heç də sevinmirəm,
Yaş üstünə yaş gələndə.
Ömür günəş, çıxar, batar,
Ömür ötüb keçən qatar,
İllər ötər, ömür artar,
Yaş üstünə yaş gələndə.
Mən nəvəmə tuşlanıram,
Baba deyir xoşlanıram,
Demək artıq yaşlanıram,
Yaş üstünə yaş gələndə.
Kim istəyir yüz yaşasın,
Yaşasın tək düz yaşasın,
İstər yoldaşın boşasın,
Yaş üstünə yaş gələndə.
Vüqarlı, bax keçir zaman,
Ömürləri biçir zaman,
Nə tez ötüb keçir zaman,
Yaş üstünə yaş gələndə.
Yaş üstünə yaş gələndə.
18.05.2017
PAYIZDIR
Gözünü aç, sən havaya diqqətlə bax,
Hava buludludur, fəsli payızdır.
Göydən yağış tökür hey axşam, səhər,
Necə də gözəldir, əsli payızdır.
Pəncərə dalında indi durma sən,
Yağışı seyr edib, boynu burma sən,
Qəlbimə od vurub, gəl yandırma sən,
Qalma da heç məndən küsü, payızdır.
Yağan yağışmıdır, yağan qarmıdır,
Yağışın altında gəzən yarmıdır?
İnsaf deyilən şey, səndə varmıdır?
Olma da bu qədər hirsli, payızdır.
Bir ömür insana yaçan azdı bil,
Vüqarlı şerini sənə yazdı bil,
Güllərin, çiçəyin kökü yazdı bil,
Buludun, yağışın nəsli payızdır,
Buludun, yağışın nəsli payızdır.
04.10.2017
TƏZƏ İL GƏLƏNDƏ
Aylar ötür, il olur,
Çaylar daşır sel olur,
Arzular tel-tel olur,
Hər təzə il gələndə.
Lopa-lopa qar yağa,
Bərəkətdir torpağa,
“Yolka” gəlir otağa,
Hər təzə il gələndə.
Şaxta baba “dumka”da,
Hədiyyəsi sumkada.
Şampanski rumkada,
Hər təzə il gələndə.
Yayın sərin qarpızı,
Qışın soyuq qar, buzu,
Gözləyirik qar qızı,
Hər təzə il gələndə.
Süfrənizdə aş olsun,
Hədiyyə daş-qaş olsun.
Günləriniz xoş olsun,
Hər təzə il gələndə.
Payız bəhrəli, barlı,
Qışdı, şaxtalı, qarlı.
Təbrik edir Vüqarlı,
Hər təzə il gələndə.
Hər təzə il gələndə.
07.12.2017
Hazırladı: Şamil