Dünyanın ən məsum varlıqları olan uşaqların müayinə və müalicəsi ilə məşğul olan bir çox uşaq xəstəxanası var. Uşaqlarda ölüm hallarının qarşısının alınması, xəstəliklərə şəfa tapılması onların əsas məqsəd və vəzifələrindən biridir.
Müşfiq Məmmədli dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədlidir.
Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib. 2015-2016-cı illərdə Uşaq xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimidir.
Qeyd edək ki, M.Məmmədli 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində “Səhiyyə təşkilatlarının menecmenti” ixtisasına da yiyələnib. 2016-cı ildən isə Rusiya Pediatrlar İttifaqının üzvüdür.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Müşfiq Məmmədli böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Müşfiq Məmmədli yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Müşfiq Məmmədli ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Müşfiq Məmmədlinin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Müşfiq Məmmədli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Müşfiq Məmmədli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt şəhər Uşaq Xəstəxanası kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Hazırladı: Şamil