
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ, 2026 - CI IL İYUNUN 20 - DƏ GƏNCƏ REGIONAL MƏRKƏZİNDƏ KEÇİRİLMİŞ HƏP İDARƏ HEYƏTİNİN SƏYYAR İCLASI.
İclas başlamazdan əvvəl tədbirin bir qrup iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət etdilər və abidə önünə tər qızıl güllər düzdülər.
İclasın gündəliyi :
“AZƏRBAYCANI REGİONUN LİDER DÖVLƏTİNƏ ÇEVİRMİŞ SİYASƏT, PRİNSİPİAL MÖVQE VƏ DÖNMƏZ İRADƏ : MƏRHƏLƏLƏR, FAKTLAR VƏ DƏLİLLƏR ”.
Məruzəçi : HƏP Sədri Əli İnsanov.
Gəncə Regional Mərkəzinin rəhbəri, HƏP İdarə Heyətinin üzvü Elçin İsmayılov iclası açaraq qonaqları və bütün tədbir iştirakçılarını salamladıqdan sonra məruzə üçün sözü HƏP Sədri Əli İnsanova verdi.
Həmin məruzəni qısaldılmış şəkildə təqdim edirik :
Hörmətli xanımlar və cənablar !
2003-cü ildə xalqın dəstəyi ilə hakimiyyətə gələn İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək qısa illər ərzində Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirməyə və güclü qalib ordu yaratmağa nail ola bildi.
Prezident İlham Əliyevin böyük idarəçilik bacarığı və müdrikliyi ilə qurub yaratdığı Azərbaycan Ordusu özünün rəhbərliyi ilə 200 il davam edən erməni –azərbaycan münaqişəsini doğma Qarabağda başlanmış Vətən müharibəsində şanlı qələbə ilə başa çatdırdı. O, bununla da dünyada mövcud olan çoxsaylı oxşar münaqişələrin həlli ilə onillərlə çarpışan və dünyanı idarə edən uğursuz güclərə - siyasi liderlərə böyük tarixi dərs verərək onlar üçün örnək oldu.
Qarabağda böyük qələbədən dərhal sonra Prezident İlham Əliyev Qarabağ İqtisadi zonasında "Qarabağa Böyük Qayıdış Proqramı" ideyasını ortaya qoydu.
Proqrama uyğun olaraq Qarabağ İqtisadi zonasına daxil olan - Xankəndi başda olmaqla bütün rayon mərkəzlərində inzibati binalar, məktəblər, xəstəxanalar və digər müəssisələr yenidən tikilib, yaxud restovrasiya edilmişdir.
Laçın rayonunda bütün Qarabağı suvarma və içməli su ilə təchiz edə biləcək nəhəng Su Anbarı tikilib istifadəyə verilmişdir. Elektrik enerjisi ilə təmin edə biləcək çoxsaylı elektrik stansiyaları tikilib.
Bütün Qarabağ ərazisinə geniş asfalt yollar çəkilib. Kənd təsərrüfatı üçün torpaqlar əkinə hazır vəziyyətə gətirilib, yeni bağlar salınıb, heyvandarlıq fermaları tikilib.
Ağdam şəhərində müasir Dəmiryolu vağzalı, yol boyu isə yeni yaraşıqlı stansiyalar inşa edilib və sürət qatarı ilə Bakı - Ağdam dəmiryolu xətti fəaliyyət göstərir.
Xankəndində Qarabağ Universiteti yenidən qurulub və bir neçə ildir tələbələr təhsil alırlar. Kəlbəcərdə inşa edilmiş "İstisu Mineral Sular" zavodu fəaliyyət göstərir.
Zəngilanda 650 yerlik "Konqres Mərkəzi" , Ağdamda "Muğam Mərkəzi", yeni məscidlər, Qarabağın müxtəlif şəhərlərində istifadəyə verilmiş yeni otellər, çoxsaylı ictimai məişət obyektləri, bir neçə rayonda "Sənaye parkları" yaradılmış və hazır məhsullar artıq xarici ölkələrə də satılmaqdadır.
Naxçıvana gedən avtomobil və dəmir yollarının Ermənistan sərhəddinə qədər olan hissəsində tikinti işləri başa çatdırılmışdır.
Füzulidə, Zəngilanda və Laçında yeni Beynəlxalq Hava Limanları tikilib, istifadəyə verilmişdir.
60 mindən artıq soydaşlarımız artıq Qarabağa öz doğma yurd - yuvalarına geri dönərək məskunlaşmışlar.
Bir sözlə Prezident İlham Əliyev ilk dəfə prezident seçilərkən xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirmişdir.
Hər zaman hər kəsi milli birliyə səsləyən Prezident İlham Əliyevin 2019 - cu ildə yaratdığı Prezident Administrasiyasının Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalarla çox uğurlu dialoq - əməkdaşlıq qura bildi.
XIX əsrdən üzü bəri bütün qərb dövlətləri cənubi Qafqazda siyasətlərini Tiflis üzərindən qururdular. Bu vəziyyət XXI əsrin əvvəllərinə kimi davam etdi.
Ancaq 2020 - ci ildə 44 günlük Vətən savaşında Azərbaycanın Ermənistan üzərində tarixi qələbəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərbdə, MDB - də, yaxın Şərqdə, Asiya ölkələrində, Afrikada dövlət başçıları ilə çoxsaylı görüşləri, uğurla həyata keçirdiyi xarici siyasət, yarada bildiyi iqtisadi əlaqələr və nəhayət Azərbaycanın yekdilliklə BMT - nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə seçilməsi, dünyanın 118 ölkəsini özündə birləşdirən "Qoşulmama Hərəkatına" sədrliyi, Azərbaycanın yüksək iqtisadi inkişafı onun regionun güc mərkəzinə çevrilməsinə gətirib çıxarmışdır.
Bu gün Azərbaycan yalnız enerji ixracatçısı deyil, o həm də Avropa təhlükəsizlik sisteminin aktiv iştirakçısıdır.
Yuxarıda deyilənlər açıq - aşkar göstərir ki, artıq nə Tiflis, nə də İrəvan Bakı ilə rəqabət aparmaq gücündə deyillər. Odur ki, qərbin və dünyanın cənubi Qafqazla bağlı qərarları və həyata keçirdikləri siyasət ancaq Bakı üzərindən qurulmaqdadır.
Prezident İlham Əliyevin yuxarıda sadaladığım böyük uğurlarını,
xalqımıza və dövlətimizə göstərdiyi tarixi xidmətlərini nəzərə alaraq Haqq Ədalət Partiyası İdarə Heyətinin geniş tərkibdə 2022 - ci il 3-4 noyabr tarixlərində keçirdiyi iclasda hərtərəfli müzakirələrdən sonra səsvermə yolu ilə, yekdilliklə belə qərara alındı ki, partiyamız bundan sonra ardıcıl olaraq Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyəcək.
Bu gün keçirdiyimiz geniş iclas da həmin qərarın icrası ilə bağlıdır.
Ölkəmizdə bütün sahələrdə islahatların, davamlı iqtisadi inkişafın, böyük quruculuq işlərinin və nəhayət Prezident İlham Əliyevin müəllifi olduğu "Qarabağa Böyük Qayıdış Proqramının" uğurla həyata keçirilməsində Prezidentlə çiyin - çiyinə fəaliyyət göstərən Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini qeyd etmək istəyirəm.
Azərbaycanın Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyeva 20 il ərzində UNESCO və ISESCO - nun xoşməramlı səfiri kimi fəaliyyət göstərmişdir.
Bu illər ərzində Mehriban xanım Əliyeva UNESCO və ISESCO (indiki ICESCO) çərçivəsində Azərbaycanın milli - mənəvi irsinin dünyada tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib. Onun təşəbbüsü və dəstəyi ilə Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO siyahılarına daxil edilib.
UNESCO-da tanıdılan əsas Azərbaycan dəyərləri bunlardır:
Azərbaycan Muğamı
Aşıq sənəti
Novruz bayramı
Azərbaycan xalçaçılıq sənəti
Tar ifaçılığı sənəti
Kəlağayı sənəti
Lavaş hazırlanması və paylaşma mədəniyyəti
Dolma hazırlama və paylaşma ənənəsi
Kamança sənəti
Lahıc misgərlik sənəti
Yallı rəqsləri
Bundan əlavə, Azərbaycanın maddi mədəni irs nümunələri olan İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və Qobustan Qayaüstü Rəsmləri də UNESCO-nun Dünya İrs Siyahısında geniş şəkildə təbliğ olunub.
Mehriban xanımın fəaliyyəti yalnız irsin siyahılara salınması ilə məhdudlaşmayıb. O, UNESCO və ISESCO tribunalarından istifadə edərək Azərbaycanın tarixini, mədəniyyətini, multikulturalizm ənənələrini, tolerantlıq dəyərlərini və Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırıb.
Qısa ifadə ilə desək, Mehriban xanım Əliyeva Azərbaycanın mədəniyyətini, musiqisini, adət-ənənələrini, tarixi abidələrini və milli kimliyini dünya miqyasında tanıdan ən fəal simalardan biridir.
Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və fasiləsiz nəzarəti ilə Qarabağ İqtisadi Zonasında inşa edilmiş, yaxud da gözoxşayan bərpa işləri aparılmış inzibati binalar, universitet, məktəblər, tibb ocaqları, məscidlər, mehmanxanalar, məişət obyektləri, parklar, yollar və tarixi - mədəni abidələrin həyata keçirilməsində Mehriban xanım Əliyeva təvazökarlıq edib dilə gətirməsə də bu işlərdə onun öz yüksək zövqü ilə iştirak etməsi inkar edilməzdir.
Eyni fikirləri paytaxtımız Bakıda son 20 il ərzində yüksək zövqlə qurulub bərpa edilmiş dəniz kənarı Bulvar, Flarmoniya bağı, şəhərimizin çoxsaylı parkları, küçə və prospektləri, bərpa edilmiş bina və saraylar haqqında da söyləmək olar.
Deyilənlər, bu illər ərzində ölkə boyu bütün şəhər və rayonlarımızda da uğurla həyata keçirilmiş "Regionların inkişaf proqramına" da aiddir.
Bütövlükdə, Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın xidmətlərinin danılmaz olduğu göz qabağındadır.
Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun Prezidenti kimi saysız - hesabsız çox faydalı milli proqramların həyata keçirilməsində müstəsna işlər görmüşdür. Zəngilanda milli üslubda çox yaraşıqlı yeni məscidin inşasına, Şuşada son dərəcə yaraşıqlı milli arnamentlərlə bəzədilmiş qədim qonaq otaqlarımızı xatırladan bir neçə mərtəbəli şəhərin özü ilə həm yaşıdı bir binada mehmanxananın yenidən qurulub istifadəyə verilməsinə, Qarabağ boyunca çoxsaylı tarixi - mədəni mərkəzlərdə bərpa işlərinin aparılmasına birbaşa rəhbərlik etməsini xüsusi qeyd etməliyəm.
Mehriban xanım Əliyevanın dövlət quruculuğunda, dövlətin idarə olunma sistemində, geniş islahatların həyata keçirilməsində və nəhayət Prezident İlham Əliyevin qəbul etdiyi iqtisadi - sosial proqramların icra olunmasında dövlət qurumlarına effektli rəhbərlik etməsini xüsusi vurğulamaq istəyirəm.
Bütövlükdə Prezident İlham Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsində Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın istiqamətləndirici xidmətləri danılmazdır.
Bu gün Azərbaycan regionun lider dövləti, İlham Əliyev isə dünyanın aparıcı dövlətlərinin liderləri sırasında layiqli yerini tutmuş Prezidentdir.
Artıq Azərbaycan cəmiyyətində qəbul edilmiş fikir belədir ki, Prezident İlham Əliyev Azərbaycanın bugünkü Heydər Əliyevidir, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva isə uğurları ilə dünya çapında qəbul edilən tanınmış dövlət xadimidir.
Çıxışımın sonunda Azərbaycanın davamlı iqtisadi inkişafı və xalqımızın rifahının daha da artırılması üçün həyata keçirdikləri böyük proqramların icrasında Prezident İlham Əliyev cənablarına və Birinci Vitse -Prezident Mehriban xanım Əliyevaya hamınızın adından böyük uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
Sonra HƏP İdarə Heyətinin genişlənmiş tərkibdə iclası HƏP Sədrinin 1-ci müavini Fərrux Binnətzadənin sədrliyi ilə davam etdirildi.
HƏP Sədrinin müavini Emil Mehdiyev, HƏP Mərkəzi İcra Aparatının rəhbəri Rəşad Məhəmmədov, HƏP İdarə Heyətinin üzvü, HƏP Naxçıvan MR Regional Mərkəzinin rəhbəri professor Nazilə xanım Abbaslı, HƏP İdarə Heyətinin üzvü, HƏP Qadınlar Şurasının sədri Bela xanım Davudova, HƏP İdarə Heyətinin üzvü Əmir Çıraqəliyev, HƏP İdarə Heyətinin üzvü, HƏP Sədrinin köməkçisi Rəşad Abbaslı, HƏP İdarə Heyətinin üzvü, HƏP Ağsaqqallar Şurasının sədri Eyvaz Əliyev, HƏP İdarə Heyətinin üzvü Babək Adıgözəlov, HƏP İdarə Heyətinin üzvü, HƏP Xətai Rayon Təşkilatının sədri Bəhram Mehdiyev, HƏP İdarə Heyətinin üzvü, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri Elçin İsmayılov, HƏP İdarə Heyətinin üzvü, HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri Azər Salmanov, HƏP İdarə Heyətinin üzvü, HƏP Gənclər Birliyinin sədri, doktorant Əkbər Cəfərov, HƏP Mərkəzi İcra Aparatının Hüquq şöbəsinin müdiri, HƏP Babək Rayon Təşkilatının sədri Yusif Allahyarov, HƏP Sədrinin müşaviri, HƏP Abşeron Rayon Təşkilatının sədri Samir Nəsirov, HƏP Sədrinin müşaviri Məmməd Vəliyev, HƏP Bakı Regional Mərkəzinin rəhbəri Məhərrəm Cəfərov, HƏP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, HƏP Xəzər Rayon Təşkilatının sədri Sabir Vədətov, HƏP Mərkəzi İcra Aparatı rəhbərinin müavini, HƏP Qaradağ Rayon Təşkilatının sədri Zeynal Həmidov, HƏP Mingəçevir Regional Mərkəzinin rəhbəri İbaddulla Həsənli, HƏP Gəncə Şəhər Təşkilatı sədrinin 1-ci müavini Ağalar Məmmədov, HƏP Şəki Rayon Təşkilatı sədrinin 1-ci müavini Azad Məmmədov, HƏP Göygöl Rayon Təşkilatının sədr müavini Mahizər Süleymanova öz çıxışlarında Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən və Birinci Vitse - Prezident Mehriban xanım Əliyevanın əldə olunmuş böyük uğurlarda müstəsna xidmətlərindən danışdılar.
İclasa yekun vuraraq, HƏP Sədrinin 1-ci müavini Fərrux Binnətzadə məruzə ətrafında çıxış edənlırin hər birinə məruzədə səsləndirilmiş fikirləri dəstəklədiklərini və alqışladıqlarına görəntə təşəkkür etdi.
Tədbirin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə HƏP İdarə Heyəti üzvləri adından Gəncə şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdar olduğunu bildirdi.
HƏP - in Mətbuat xidməti.
21 İyun 2026 - cı il.
Arifə Qasımova
Azərbaycan Jurnalistlər Birliyinin üzvü








