• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qəhrəmanlıqdan ağsaqqallığa uzanan şərəfli ömür yolu

gundem / sosial / manset

24-06-2026, 14:41

Qəhrəmanlıqdan ağsaqqallığa uzanan şərəfli ömür yolu
Əziz və dəyərli Şirvan şəhər sakinləri!
Bu gün Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan Sovet İttifaqı Qəhrəmanı Şirin Ağabala oğlu Şükürovın oğlu, Şirvan şəhərinin tanınmış və hörmətli ziyalılarından olan Ağazər Şükürov ilə səmimi və yaddaqalan görüşümüz baş tutdu.
“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin 2026-cı il üçün təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, ölkəmizin ictimai-siyasi həyatında, elm, təhsil, səhiyyə və digər sahələrdə nüfuz qazanmış, cəmiyyətə töhfə vermiş şəxslərlə görüşlərin təşkili nəzərdə tutulmuşdur.
Bu məqsədlə, Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbirlər çərçivəsində 24 iyun 2026-cı il tarixində Şirvan şəhərinin tanınmış ziyalısı, uzun illər səhiyyə sahəsində səmərəli fəaliyyət göstərmiş, şəhər ictimaiyyəti arasında böyük hörmət və nüfuza malik olan Ağazər Şirin oğlu Şükürov ilə görüşdük.
Ağazər Şükürov 1950-ci ildə anadan olmuş, 1973-cü ildə Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirmişdir. O, əmək fəaliyyətinə səhiyyə sistemində başlamış və müxtəlif illərdə məsul vəzifələrdə çalışaraq ölkəmizdə səhiyyənin inkişafına öz töhfəsini vermişdir. Əmək fəaliyyəti dövründə Mərkəzi Xəstəxanada komsomol təşkilatının katibi, poliklinika müdiri vəzifələrində işləmiş, Əli Bayramlı (indiki Şirvan) şəhərində ilk stomatoloji poliklinikanın yaradılmasının təşəbbüskarı olmuşdur. Həmin tibb müəssisəsi təkcə şəhər sakinlərinə deyil, ətraf rayonların əhalisinə də xidmət göstərmişdir.
Sonrakı illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında, Bakı şəhərində yerləşən Azərsutikinti Xəstəxanasında, eləcə də Neftçala Rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifələrində çalışaraq səhiyyə sahəsində yüksək idarəçilik qabiliyyəti nümayiş etdirmişdir. O, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında etimadlı həkim kimi fəaliyyət göstərmiş, müxtəlif dövlət qurumlarında, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan qurumlarda çalışmış və əmək fəaliyyətini şərəflə başa vuraraq təqaüdə çıxmışdır.
Hazırda Ağazər Şükürov Şirvan Şəhər Ağsaqqallar Şurasının fəal üzvlərindən biri kimi şəhərin ictimai həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, vətənpərvərlik hisslərinin aşılanmasına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə öz töhfəsini verməkdədir.
1910-cu ildə Əli Bayramlı şəhərində anadan olmuş Şirin Şükürov Böyük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarla adını tarixə yazdırmışdır. O, Krım, Qafqaz, Voronej, Belorusiya və Polşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, xüsusilə 1945-ci ilin yanvar ayında Visla çayı istiqamətində düşmənin müdafiə xəttinin yarılması zamanı göstərdiyi şücaətə görə fərqlənmişdir. Ağır yaralanmasına baxmayaraq döyüşü davam etdirmiş, şəxsi igidlik nümunəsi göstərərək əsgərləri hücuma ruhlandırmışdır.
Göstərdiyi qəhrəmanlığa görə SSRİ Ali Sovetinin 27 fevral 1945-ci il tarixli Fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Şirin Şükürovun döyüş yolu, qəhrəmanlığı və vətənə sədaqəti bu gün də xalqımız tərəfindən böyük ehtiramla yad edilir və gələcək nəsillər üçün örnək hesab olunur.
Görüş zamanı Ağazər Şükürov qəhrəmanlıq, vətənpərvərlik, milli-mənəvi dəyərlər, gənc nəslin vətənə bağlı ruhda tərbiyə olunması, eləcə də ölkəmizin keçdiyi inkişaf yolu barədə maraqlı fikir mübadiləsi aparıldı. Ağazər müəllim atası Şirin Şükürovun şərəfli həyat və döyüş yolundan, onun Vətən qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək xatirələrini bölüşdü. Belə görüşlər milli-mənəvi dəyərlərimizin təbliği, vətənpərvərlik hisslərinin gücləndirilməsi və qəhrəmanlarımızın xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı Ağazər Şükürov dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdiyni qeyd etdi. Ulu Öndərin yaratdığı və inkişaf etdirdiyi Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada qürurla dalğalanmağa başladı. Bununla da “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin ən böyük arzularından biri də həyata keçdi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Xalqımız böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin doğurduğu sevinc hissi ilə qeyd etdiyini bildirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində keçirilən görüşün əsas məqsədi həm görkəmli səhiyyə işçisi və ağsaqqal kimi Ağazər Şükürovun xidmətlərini dəyərləndirmək, həm də qəhrəmanlıq ənənələrinin təbliği, gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verməkdir.
Ağazər Şükürovun səhiyyə sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti, şəhərin ictimai həyatında fəal iştirakı, ağsaqqallıq missiyasını layiqincə yerinə yetirməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə “Shirvan OC Ltd” Şirkəti Həmkarlar İttifaqı Komitəsi tərəfindən ona “Fəxri fərman” və qiymətli hədiyyə təqdim edildi. Ağazər müəllimə səmimi görüşə görə təşəkkür edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tanınmış şəxslərlə görüş lahiyyəsinə dəstək olduqları üçün öz təşəkkürümüzü bildiririk.

“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttıfaqı Komitəsinin sədri Məmmədov Taleh

Xezertv.info

Oxunub: 11
Paylaş:
Digər xəbərlər

gundem / bolge / manset

20-12-2025, 17:48

YAP Şirvan Şəhər Təşkilatı: Dövlətçilik dəyərlərinə söykənən nümunəvi fəaliyyət

gundem / bolge / manset

17-04-2025, 20:07

Allah rəhmət eləsin!

gundem / ust / manset

1-02-2025, 20:35

“Shirvan Operating Company Ltd” Şirkəti 2 Fevral Gənclər günü münasibəti ilə tədbir keçirib.

gundem / bolge / manset

13-03-2026, 14:27

“Shirvan Operating Company LTD” şirkətinin Həmkarlar İttifaqı Komitəsinin sədri Məmmədov Taleh Mirkərəm oğlu : “Ramazan ayında şəhid ailələri və qazilərlə birlikdə iftar süfrəsi”

gundem / bolge / manset

6-12-2025, 15:24

Şirvan şəhərində yeni qəbiristanlıq sahəsinin yaradılması – dəyərlərimizə, tariximizə və gələcəyimizə hörmət nümunəsi

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:18
    Şimşək, leysan... - Faktiki hava
  • Dünən, 12:13
    Əməkdar artist qaydaları kobudcasına pozdu - Video
  • Dünən, 12:08
    Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
  • Dünən, 12:04
    ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu təqdim olundu - Video
  • Dünən, 11:41
    İcra başçısının sürücüsü qəzada öldü
  • Dünən, 11:09
    Bu 3 faktor demensiyanı 13 il gecikdirir
  • Dünən, 11:05
    “Azərbaycan müharibə dövründə bizə dəstək oldu”
  • Dünən, 11:00
    Tatarıstanda matəm elan edildi
  • Dünən, 10:56
    Kürdə batan 17 yaşlı Gülnaz Azərbaycan çempionu imiş
  • Dünən, 10:44
    Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi
  • 9-08-2026, 13:51
    İlham Əliyev Sinqapur Prezidentini təbrik etdi
  • 9-08-2026, 13:45
    Xərçəng bədəninə yayılır - Oğlu danışdı
  • 9-08-2026, 13:41
    Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
  • 9-08-2026, 12:01
    Türkiyədə zəlzələ oldu
  • 9-08-2026, 11:57
    Kanalda batan Aminin meyiti tapıldı
  • 9-08-2026, 11:53
    Tezliklə “Barselona”nı tərk edə bilər - Vitse-prezident açıqladı
  • 9-08-2026, 11:49
    İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
  • 9-08-2026, 11:45
    “Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
  • 9-08-2026, 11:30
    Məhəmməd Qulamov: “Həyatda ən böyük dəstəyim Atam və rejissor Rövşən İsax olub”
  • 8-08-2026, 16:42
    Araz Əhmədov haqqında danışanlara bir sözüm var: əvvəl tanıyın, sonra danışın!
  • 8-08-2026, 16:20
    Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
  • 8-08-2026, 15:14
    “Azərbaycanın qələbəsi Ermənistanın müstəqilliyini möhkəmlətdi”
  • 8-08-2026, 14:59
    Xanımının doğum günündə vəfat edibmiş...
  • 8-08-2026, 14:50
    “Prezident İlham Əliyev müharibəni qazandı, həm də sülhü qazandı!”
  • 8-08-2026, 14:40
    FHN silsilə tədbirlər keçirdi
  • 8-08-2026, 14:33
    “Azərbaycanın təklif etdiyi prinsiplər Qafqazın inkişafına yeni imkanlar yaradır”
  • 8-08-2026, 14:20
    Əziz Ağakişi balam, ad günün mübarək!
  • 8-08-2026, 14:13
    Vəkil İlqar Həmidov həbs edildi
  • 8-08-2026, 14:09
    Ravil Tağıyev vəzifəsindən azad edildi
  • 8-08-2026, 14:04
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • 8-08-2026, 13:50
    “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
  • 7-08-2026, 12:49
    ARDNF-dən Perunun ən böyük şirkətinə investisiya
  • 7-08-2026, 12:45
    Üçtərəfli müdafiə sazişi imzalayacaqlar
  • 7-08-2026, 12:01
    Baş Prokurorluq ər-arvadın dəhşətli ölümü ilə bağlı - Məlumat yaydı
  • 7-08-2026, 11:40
    Dəqiqədə 700 min dollardan çox qazanıblar…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə