• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib

gundem / sosial / manset

1-07-2026, 13:16

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cənub bölgəsində fəaliyyət göstərən "Cənubunsəsi" xəbər portalının təsisçisi və baş redaktoru, ictimai fəal, bloger-jurnalist Mərhəmət Lələyevi qəbul edib.
Səmimi və işgüzar şəraitdə keçən görüş zamanı Rafiq Cəlilov Cənub bölgəsinin tanınmış ziyalılarını, elm, təhsil, mədəniyyət və ictimai həyatında mühüm xidmətləri olan şəxsiyyətləri özündə əks etdirən "Doğma elin simaları" kitabının işıq üzü görməsi münasibətilə müəllifi və yaradıcı kollektivi təbrik edib. O bildirib ki, belə nəşrlər milli-mənəvi dəyərlərin qorunmasına, bölgənin zəngin tarixinin, görkəmli şəxsiyyətlərinin və mədəni irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Görüş zamanı "Cənubunsəsi" xəbər portalı və "Cənubunsəsi" Media Şirkətinin fəaliyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, media qurumu uzun illərdir Cənub bölgəsinin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatını operativ, obyektiv və peşəkar şəkildə işıqlandırır, şəhid ailələri, qazilər, ziyalılar, elm, təhsil və mədəniyyət nümayəndələri haqqında hazırladığı reportajlar, müsahibələr və sənədli layihələrlə ictimaiyyətin rəğbətini qazanıb. Portalın materialları sosial şəbəkələrdə geniş oxucu auditoriyası tərəfindən izlənilir və paylaşılır.
Söhbət zamanı Cəlilabad rayonunun son illərdə əldə etdiyi inkişaf göstəricilərinə də toxunulub. Bildirilib ki, rayon ölkənin mühüm aqrar bölgələrindən biri kimi taxılçılıq, buğda və arpa istehsalı, kartofçuluq, tərəvəzçilik və xüsusilə yüksək keyfiyyətli çiyələk istehsalı ilə tanınır. Aqrar sahənin inkişafı, fermerlərə göstərilən dövlət dəstəyi, məhsuldarlığın artırılması istiqamətində həyata keçirilən tədbirlər rayon iqtisadiyyatının daha da güclənməsinə mühüm töhfə verir.
Görüşdə, həmçinin Cəlilabad rayonunda aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri, yeni yol və infrastruktur layihələri, yaşayış məntəqələrinin abadlaşdırılması, vətəndaş müraciətlərinə həssas yanaşılması, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə göstərilən diqqət və qayğı xüsusi qeyd olunub. Vurğulanıb ki, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən layihələr həm yerli sakinlər, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Görüş zamanı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə "Cənubunsəsi" Media Şirkəti arasında media sahəsində mövcud əməkdaşlığın bundan sonra da davam etdirilməsi, rayonun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı potensialı, turizm imkanları, tarixi-mədəni irsi və dövlət proqramları çərçivəsində görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması barədə fikir mübadiləsi aparılıb.
Sonda Mərhəmət Lələyev göstərilən diqqətə və səmimi qəbula görə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilova təşəkkürünü bildirərək, rayonun inkişafı, milli-mənəvi dəyərlərin təbliği, şəhidlərin əziz xatirəsinin yaşadılması və bölgənin uğurlarının geniş ictimaiyyətə çatdırılması istiqamətində "Cənubunsəsi" Media Şirkətinin bundan sonra da öz fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Görüş zamanı, həmçinin Cəlilabad rayonundan olan şəhidlərin şərəfli həyat və döyüş yoluna həsr olunacaq sənədli filmin hazırlanması ilə bağlı müzakirələr aparılıb. Qeyd edək ki, sözügedən sənədli film Cəlilabad Rayon İcra Hakimiyyətinin sifarişi əsasında "Cənubunsəsi" Media Şirkətinin yaradıcı kollektivi tərəfindən ərsəyə gətiriləcək. Layihənin əsas məqsədi Vətən uğrunda canından keçmiş qəhrəman oğulların əziz xatirəsini yaşatmaq, onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə çatdırmaq və gənclərdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə verməkdir.


Ulusəstv.az
Günel Əliyeva

Oxunub: 6
Paylaş:
Digər xəbərlər

sosial / manset

13-06-2026, 17:50

Mərhəmət Lələyevin müəllifi olduğu “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub

gundem / siyaset / manset

22-01-2026, 16:09

Milli Məclisin deputatı Fəzail İbrahimli jurnalist Mərhəmət Lələyevi qəbul edib

gundem / medeniyyet / manset

10-10-2025, 11:58

Mərhəmət Lələyev: Doğma elin insanları  “Arzusunda olduğum kitab”

gundem / sosial / manset

15-11-2025, 13:36

Mərhəmət Lələyev CənubunSəsi –kollektivi Bakı səfərinin geniş icmalı (13–14 noyabr 2025)

gundem / manset

15-09-2025, 17:09

Üç illik fasilədən sonra CənubunSəsi az yenidən fəaliyyətə başlayır!

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:30
    Din, uşaqların gələcəyi və seçim azadlığı
  • Dünən, 10:59
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Dünən, 10:54
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Dünən, 10:49
    Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Dünən, 10:45
    Yasamal RİH başçısı sakinlərlə görüşdü
  • Dünən, 10:34
    Gəncədə qanunsuz tikinti işləri araşdırılır
  • Dünən, 10:29
    Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu
  • Dünən, 10:23
    Füzuli: Zəfərdən dirçəlişə
  • 16-10-2026, 20:22
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • 16-10-2026, 18:59
    Cəmilə Sixəliyeva – uşaqların gələcəyinə sevgi və qayğı ilə yanaşan rəhbər
  • 16-10-2026, 17:58
    MEHRİBAN SULTANOVA: “DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ, MİLLİ BİRLİYİMİZİN QORUNMASI VƏ VƏTƏNPƏRVƏR NƏSLİN YETİŞDİRİLMƏSİ HƏR BİRİMİZİN ƏSAS VƏZİFƏSİDİR”
  • 16-10-2026, 17:00
    Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
  • 16-10-2026, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • 16-10-2026, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • 16-10-2026, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • 16-10-2026, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • 16-10-2026, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • 16-10-2026, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • 16-10-2026, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • 16-10-2026, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • 16-10-2026, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • 16-10-2026, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • 16-10-2026, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • 16-10-2026, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • 16-10-2026, 08:31
    69 ölkədən tarixi qərar
  • 16-10-2026, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • 15-10-2026, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • 15-10-2026, 18:41
    Liderlərin səmimi görüntüləri
  • 15-10-2026, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • 15-10-2026, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • 15-10-2026, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • 15-10-2026, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • 15-10-2026, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • 15-10-2026, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • 15-10-2026, 11:12
    Laos-Yanardağ körpüsü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə