• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir

gundem / siyaset / manset

Bu gün, 16:38

Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
Məşhur Məmmədov,
Milli Məclisin deputatı

Dövr dəyişdikcə yeni reallıqlar, tələblər meydana çıxır. Müasir dünyada dövlətlərin inkişaf səviyyəsi artıq təkcə təbii sərvətləri, coğrafi mövqeyi və ya hərbi gücü ilə müəyyən edilmir. XXI əsrdə rəqabətin əsas istiqamətini rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik təşkil edir.

Dünyanın inkişaf etmiş ölkələri iqtisadi artımı və dövlət idarəçiliyinin səmərəliliyini məhz bu sahələr üzərində qurur. Bu baxımdan Azərbaycanın son illərdə həyata keçirdiyi rəqəmsal inkişaf siyasəti ölkənin gələcək inkişaf modelini müəyyənləşdirən ən mühüm strateji istiqamətlərdən birinə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar göstərir ki, rəqəmsallaşma artıq ayrıca bir sahə deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, sosial xidmətlərin və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Cari ilin fevral ayında qəbul edilən qərarlar və təsdiqlənən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" ölkənin yaxın illər üçün texnoloji inkişaf kursunu müəyyən edən mühüm yol xəritəsidir. Sənədin əsas məqsədi dövlət idarəçiliyinin çevikliyini artırmaq, vətəndaş məmnuniyyətini yüksəltmək, innovasiya iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın rəqəmsal suverenliyini daha da gücləndirməkdir.

Zamanın tələbinə uyğun olaraq bu istiqamətdə atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması oldu. Şuranın formalaşdırılması rəqəmsallaşma sahəsində həyata keçirilən layihələrin vahid mərkəzdən əlaqələndirilməsinə, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və strateji qərarların daha operativ qəbul edilməsinə imkan yaradır. Bu yanaşma göstərir ki, Azərbaycan artıq rəqəmsal transformasiyanı texniki layihə deyil, dövlət idarəçiliyinin yeni fəlsəfəsi kimi qəbul edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyənləşdirilən prioritetlər də məhz bu strateji baxışın davamıdır. İclasda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, innovasiya ekosisteminin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və təhsilin rəqəmsallaşdırılması əsas istiqamətlər kimi müəyyənləşdirildi. Bu, bir daha təsdiqləyir ki, texnologiyalar artıq yalnız informasiya-kommunikasiya sektorunun deyil, bütün dövlət siyasətinin əsas dayaqlarından birinə çevrilir.


Uzun illər müxtəlif dövlət qurumlarının ayrıca elektron platformalarından istifadə edilməsi vətəndaşlar üçün müəyyən çətinliklər yaradırdı. Rəqəmsal transformasiyanın ən mühüm nəticələrindən biri dövlət xidmətlərinin vətəndaşa daha da yaxınlaşdırılmasıdır. Yeni yanaşmaya əsasən bütün dövlət xidmətləri mərhələli şəkildə "mygov" və "mygov Biznes" platformalarında birləşdirilir. Bu model dünyanın qabaqcıl rəqəmsal dövlətlərində uğurla tətbiq olunan "vahid pəncərə" prinsipinə əsaslanır və dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır.

Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" sistemləri tam şəkildə "mygov" platformasına inteqrasiya olunub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və digər xidmətlərin də mərhələli şəkildə vahid platformaya keçirilməsi davam etdirilir. Bunun nəticəsində vətəndaş müxtəlif qurumların ayrı-ayrı tətbiqlərini axtarmağa ehtiyac duymayacaq, bütün dövlət xidmətlərini bir platformadan əldə edə biləcək.


Müasir dövlət artıq vətəndaşın müraciətini gözləmir, mövcud məlumatlar əsasında xidməti özü təqdim edir. Rəqəmsallaşmanın əsas məqsədi təkcə xidmətlərin elektronlaşdırılması deyil, dövlət xidmətlərinin vətəndaşa proaktiv şəkildə təqdim edilməsidir. Yaşa görə əmək pensiyasının avtomatik təyin olunması bunun ən uğurlu nümunələrindən biridir. Yaxın vaxtlarda uşağın doğulmasına görə birdəfəlik müavinətin də heç bir müraciət olmadan avtomatik ödənilməsi nəzərdə tutulur. Şəxsiyyət vəsiqəsinin, pasportun və sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatdıqda vətəndaşa əvvəlcədən məlumat veriləcək, səfərbərlik üzrə tibbi müayinələrə çağırışlar isə rəqəmsal formada həyata keçiriləcək.

Bu yanaşma "yalnız bir dəfə" prinsipinə əsaslanır. Vətəndaş eyni sənədi müxtəlif dövlət qurumlarına dəfələrlə təqdim etməyəcək. Dövlət həmin məlumatı artıq öz informasiya sistemində saxlayırsa, ikinci dəfə onun tələb olunmasına ehtiyac qalmayacaq. Bu isə bürokratik maneələrin aradan qaldırılması, vaxt itkisinin azaldılması və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi deməkdir.

Son aylarda "mygov" platformasının istifadəçilərinin sayının 2,7 milyondan 3,5 milyona yüksəlməsi də həyata keçirilən islahatların cəmiyyət tərəfindən müsbət qarşılandığını göstərir. İstifadəçi sayındakı təxminən 30 faizlik artım vətəndaşların rəqəmsal xidmətlərə artan etimadının göstəricisidir.

Rəqəmsal transformasiyanın növbəti mühüm mərhələsi Milli Məlumat Hövzəsinin yaradılmasıdır. Bu sistem müxtəlif dövlət qurumlarında toplanan məlumatların vahid platformada cəmləşdirilməsinə imkan verəcək. Məlumatların tamlığı və dəqiqliyi təmin olunacaq, dövlət qərarlarının qəbulunda analitik imkanlar genişlənəcək, süni intellekt texnologiyalarının tətbiqi üçün güclü baza formalaşacaq. Nəticədə vətəndaşlara daha fərdiləşdirilmiş və ehtiyaclara uyğun xidmətlərin göstərilməsi mümkün olacaq.

Sirr deyil ki, bu gün dünyanın inkişafını müəyyən edən əsas amillərdən biri süni intellektdir. Azərbaycan da bu istiqamətdə strateji addımlar atır. "mygov" platformasında fəaliyyət göstərən virtual vətəndaş köməkçisinin istifadəyə verilməsi dövlət xidmətlərinin keyfiyyətini yeni mərhələyə yüksəldir. Eyni zamanda səhiyyə, gömrük, təhsil və digər sahələrdə süni intellekt həllərinin tətbiqi üzərində işlər aparılır. Milli hesablama gücünün yaradılması məqsədilə yüksək məhsuldarlıqlı qrafik prosessorların alınması da ölkənin gələcəkdə öz milli süni intellekt həllərini formalaşdırmasına imkan verəcək.

Süni intellektin inkişafı ilə yanaşı, onun hüquqi tənzimlənməsi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə yaradılan "Tənzimləyici test mühiti" innovativ texnologiyaların əvvəlcə təhlükəsiz şəkildə sınaqdan keçirilməsinə, daha sonra isə ölkə üzrə tətbiqinə şərait yaradacaq. Bu model həm innovasiyaların sürətlənməsinə, həm də mümkün risklərin vaxtında qiymətləndirilməsinə imkan verəcək.

Ölkəmizin rəqəmsal inkişaf strategiyasında innovasiya iqtisadiyyatının formalaşdırılması xüsusi yer tutur. Hazırlanan geniş qanunvericilik paketi ölkədə texnologiya şirkətlərinin, startapların və innovativ biznes mühitinin inkişafını dəstəkləməyi hədəfləyir. Vergi güzəştləri, vençur kapitalı fondlarının hüquqi statusunun müəyyənləşdirilməsi, mələk investor institutunun yaradılması, kraudfandinq mexanizmlərinin tətbiqi və beynəlxalq investisiya alətlərinin qanuniləşdirilməsi ölkənin texnologiya sektoruna yeni nəfəs verəcək.

Son illər həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də yüksəkixtisaslı insan kapitalının ölkəyə cəlb edilməsidir. "Rəqəmsal səyyah" vizasının tətbiqi xarici texnologiya mütəxəssislərinin Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaradacaq. Eyni zamanda yerli startapların beynəlxalq bazarlara çıxışı üçün hüquqi və maliyyə mexanizmləri genişləndiriləcək. Dövlət satınalmalarında innovativ məhsullara üstünlük verilməsi də yerli texnologiya şirkətlərinin inkişafına əlavə stimul olacaq.

Rəqəmsallaşmanın uğurlu nəticəsi güclü kibertəhlükəsizlik sistemi olmadan mümkün deyil. Məhz buna görə də Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması strateji əhəmiyyət daşıyır. Agentliyin tərkibində fəaliyyət göstərəcək Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli CERT və Rəqəmsal Tədqiqat Mərkəzi ölkədə kibertəhdidlərə qarşı vahid müdafiə sistemini formalaşdıracaq. Bank sektoru, enerji, nəqliyyat və digər kritik informasiya infrastrukturu üçün yeni təhlükəsizlik standartlarının tətbiqi isə milli təhlükəsizliyin mühüm elementinə çevriləcək.

Rəqəmsal inkişafın əsas dayaqlarından biri də təhsildir. Son illərdə məktəblərin internet infrastrukturunun gücləndirilməsi, yüz minlərlə kompüterin təhsil müəssisələrinə çatdırılması, "Rəqəmsal məktəb" platformasının genişləndirilməsi və elektron təhsil xidmətlərinin artırılması insan kapitalının inkişafına ciddi töhfə verir. "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri yüz minlərlə şagirdə müasir texnologiyalar üzrə bilik və bacarıqlar qazandırır. Növbəti mərhələdə isə süni intellekt əsasında fərdiləşdirilmiş tədris modellərinin tətbiqi təhsil sisteminin keyfiyyətini daha da yüksəldəcək.

Görülən işlərlə yaxından tanış olduqda aydın olur ki, hazırda həyata keçirilən islahatlar ayrı-ayrı layihələr deyil, Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Məqsəd yalnız dövlət xidmətlərini elektronlaşdırmaq deyil, vətəndaş mərkəzli, çevik, şəffaf və innovasiya əsaslı idarəetmə modeli qurmaqdır. Rəqəmsal inkişaf, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən kompleks tədbirlər ölkənin iqtisadi rəqabət qabiliyyətini artıracaq, qeyri-neft sektorunun inkişafına yeni imkanlar yaradacaq və Azərbaycanı regionun aparıcı rəqəmsal mərkəzlərindən birinə çevirəcək.

Əminliklə qeyd etmək lazımdır ki, bu gün atılan addımlar əslində Azərbaycanın gələcəyinə qoyulan investisiyadır. Bu siyasətin mərkəzində isə texnologiya deyil, insan dayanır. Məqsəd vətəndaşın həyatını asanlaşdırmaq, dövlət xidmətlərini daha əlçatan etmək, biznes üçün rəqabətqabiliyyətli mühit yaratmaq, gənclərə yeni imkanlar açmaqdır. Bilik, innovasiya və rəqəmsal texnologiyalar üzərində qurulan güclü Rəqəmsal Azərbaycan formalaşacaq.
Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir.


www.AzadMedia.az

Oxunub: 1
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

13-02-2026, 12:57

Gələcəyin texnoloji dövlət modeli

gundem / siyaset / manset

4-11-2025, 12:58

Tarix, strateji baxış və yeni dövrün elmi əsasları

sosial / manset

12-04-2024, 11:24

Rəqəmsal Məcəllənin əsas məqsədi açıqlanıb

gundem / manset / Səhiyyə

26-05-2026, 20:59

Kənd təsərrüfatı milli iqtisadi potensialın genişlənməsində mühüm rol oynayır

gundem / siyaset / manset

24-12-2025, 21:13

Prezident İlham Əliyev müasir Azərbaycanın qalib lideridir

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 16:38
    Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
  • Bu gün, 11:06
    Xəqani Səfərov -70
  • Bu gün, 10:57
    Kürdəmirdə Polis Günü ilə bağlı tədbir keçirildi
  • Bu gün, 10:39
    Nazir Jan Todla görüşdü
  • Bu gün, 10:33
    Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
  • Bu gün, 10:26
    Azərbaycanda 63 yaşlı qadın ana oldu
  • Bu gün, 10:14
    Bakteriyalar alimlərə təsirli xərçəng dərmanları yaratmağın yolunu göstərdi
  • Bu gün, 10:08
    “Azeri Light” bu gün neçəyə satılır?
  • Bu gün, 10:03
    Tehranda Xamenei ilə vida mərasimi başladı
  • Bu gün, 09:59
    Paşinyan İrana getdi
  • Bu gün, 09:54
    “AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etdi
  • Bu gün, 09:50
    Atası Arzumun həbsindən sonra ölənin yaxınlarına qarğış etdi
  • Bu gün, 09:45
    Xameneinin dəfnində Azərbaycandan onlar iştirak edəcək
  • Dünən, 20:36
    Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
  • Dünən, 20:13
    Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ başlayır
  • Dünən, 15:21
    Missiyanızla 100 yaşayın cənab GENERAL!
  • Dünən, 14:50
    Ədalətin keşiyində keçən şərəfli ömür – Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyevə ehtiramla...
  • Dünən, 12:35
    Gəncədə 29 yaşlı kişi bıçaqlandı
  • Dünən, 12:23
    Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
  • Dünən, 12:20
    “Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
  • Dünən, 12:15
    “Bir” və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
  • Dünən, 12:10
    Azərbaycan nefti ucuzlaşdı
  • Dünən, 12:05
    II cəhd imtahanında iştirak edəcəklərin nəzərinə!
  • Dünən, 12:01
    Azərbaycan Polisi - 108 illik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
  • Dünən, 11:58
    Xameneinin dəfnindən sonra görüşəcəklər
  • Dünən, 11:54
    Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - Təfərrüat
  • 1-07-2026, 21:59
    Hər ay 800 avro təqaüd almaq şansınız var
  • 1-07-2026, 21:49
    Встреча ветеранов с представителями Правительства Казахстанской Республики.
  • 1-07-2026, 19:08
    Vətənə şərəflə xidmət edən Əziz Hüseynov doğmalarına qovuşdu
  • 1-07-2026, 16:51
    “DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsindən
  • 1-07-2026, 16:43
    ARXA CƏBHƏNİN QƏHRƏMANLARI
  • 1-07-2026, 15:06
    Qanunun keşiyində şərəfli xidmət – Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov
  • 1-07-2026, 13:24
    Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
  • 1-07-2026, 13:16
    Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
  • 1-07-2026, 11:53
    Şengen zonasına giriş yoxlamaları yumşaldıla bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə