• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Akif Cabbarlı - 75

gundem / manset

5-07-2026, 11:26

Akif Cabbarlı - 75
SÖZÜN KEŞİYİNDƏ KEÇƏN ÖMÜR

Bəzən bir insanın ömür yolu təkcə onun şəxsi taleyini deyil, bütöv bir dövrün mənəvi salnaməsini özündə yaşadır. Azərbaycan mətbuatının tanınmış simalarından, publisist, yazıçı və televiziya jurnalisti, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi İdarə Heyətinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Akif Cabbarlının 75 illik yubileyi də məhz belə bir ömrün hesabatıdır.
Akif Cabbarlının yaradıcılığı ilə ilk tanışlığım onun 1995-ci ildə "Azərbaycan" nəşriyyatında işıq üzü görmüş "Qızılgüllər açacaqmı?.." kitabı vasitəsilə olub. Zaman keçdikcə bu tanışlıq qarşılıqlı hörmətə, mənəvi yaxınlığa və möhkəm dostluq münasibətlərinə çevrildi. Onun dərin müşahidələri, publisistik düşüncə tərzi və səmimi qələm üslubu onun şəxsiyyətini daha yaxından tanımağıma, yaradıcılığına isə daha böyük rəğbət bəsləməyimə səbəb oldu.
5 iyul 1951-ci ildə Qəbələnin füsunkar təbiəti qoynunda dünyaya göz açan Akif Cabbarlı gənc yaşlarından sözün gücünə inanaraq həyat yolunu jurnalistika ilə bağladı. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində aldığı təhsil onun gələcək fəaliyyətinin möhkəm təməlini qoydu. Lakin əsl məktəb auditoriyalar deyil, cəmiyyətin özü, həyatın müxtəlif qatları və insan taleləri oldu.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində başlayan yaradıcılıq yolu onu zaman-zaman ölkənin aparıcı media qurumlarına apardı. "Kommunist" qəzetində, sonralar "Xalq qəzeti" adı ilə fəaliyyətini davam etdirən redaksiyada, daha sonra "Azərbaycan" qəzetində çalışdığı illərdə Akif Cabbarlı oxuculara sadəcə xəbərlər yox, həyat həqiqətlərini çatdırdı. Onun reportajları, oçerkləri, publisistik araşdırmaları və analitik yazıları dövrün ictimai nəbzini tutan, insan talelərini ön plana çıxaran sanballı nümunələr kimi yadda qaldı.
Akif Cabbarlının publisistikası hər zaman məsuliyyət hissi ilə seçilib. Onun qələmi hadisələri təsvir etməklə kifayətlənməyib, problemlərin mahiyyətinə enib, ictimai düşüncəni hərəkətə gətirməyə çalışıb. Söz onun üçün peşədən əvvəl vətəndaşlıq mövqeyi, vicdan borcu olub.
Televiziya fəaliyyəti də onun yaradıcılığının mühüm istiqamətlərindən biridir. Azərbaycan Televiziyasında və İctimai Televiziya və Radio Yayımları Şirkətində müxtəlif məsul vəzifələrdə çalışaraq milli televiziyanın inkişafına töhfələr verib. İctimai Televiziyanın mətbuat xidmətinin rəhbəri və "Media və Zaman" proqramının redaktoru kimi fəaliyyəti də peşəkarlığı ilə yadda qalıb.
Akif Cabbarlı həm də məhsuldar qələm sahibidir. "Qızılgüllər açacaqmı", "Bir ömrün reportajı", "Cənnətdə nə var, nə yox, Rafiq müəllim", "Biz o şəhərə gedəcəyik", "Səngər uvertürası" və digər kitablarında o, publisistin müşahidə dəqiqliyini yazıçının bədii təxəyyülü ilə birləşdirərək oxucularına həm düşünmək, həm də duymaq imkanı yaradıb. Altı kitabdan ibarət yaradıcılıq irsi onun sözə sədaqətinin, ömür boyu apardığı mənəvi axtarışların bariz ifadəsidir.
Çoxillik səmərəli fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, media sahəsinin nüfuzlu "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatlarının laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalına layiq görülməsi, eləcə də 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 illiyiu münasibətilə yubiley medalı ilə təltif olunması onun xidmətlərinə verilən yüksək dəyərin təzahürüdür.
Bu gün Akif Cabbarlı Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru kimi fəaliyyətini uğurla davam etdirir. Onun zəngin peşəkar təcrübəsi, sözə və sənətə münasibəti həmkarları və gənc jurnalistlər üçün örnək məktəbidir.
Yetmiş beş il zaman baxımından böyük bir ömürdür. Ancaq bu ömrün əsl dəyəri yaşanan illərin sayında deyil, həmin illərin necə yaşanmasındadır. Yaddaşımda bir şeirimdə yazdığım misralar yarpaqlayır:

Hər nəyin, hər nəyin zirvəsi varsa,
Ömrün yaş zirvəsi bəlkə də, yoxdu.
Fəslin bahar-payız cilvəsi varsa,
Ürəkdə çağlayan arzular çoxdu...

Akif Cabbarlı sözə xidmət etməyi həyat amalına çevirən, jurnalistikanı vicdan işi kimi qəbul edən, qələmini həqiqətin və milli dəyərlərin keşiyində saxlayan yaradıcı ziyalılardandır.
Azman aydınımız Akif Cabbarlını 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq ilhamı və Azərbaycan mədəniyyətinə, mətbuatına xidmət yolunda yeni uğurlar arzulayıram.

Tapdıq ƏLİBƏYLİ

Oxunub: 29
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / manset

7-07-2025, 12:55

Soltanağa Cəfərov – Ziyalılığın, Təvazökarlığın və Fədakarlığın 75 İllik Yolçuluğu

gundem / sosial / manset

29-05-2026, 21:40

Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki

gundem / sosial / manset

15-01-2026, 13:06

Milli söz və elmin zirvəsində bir ömür – Şəddat Cəfərovun 86 İllik şərəfli yolu

gundem / sosial / manset

4-06-2026, 17:25

Əsl dostluq – Etibar və sədaqətin əbədi ünvanı...

gundem / medeniyyet / manset

3-01-2026, 12:54

SÖZÜN ŞƏFƏQ ÇAĞI...

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:21
    “Məktəbli məktəbinə getsin” – gələcəyimiz olan uşaqlara dəstək
  • Dünən, 12:10
    Prezident Esvatini Kralını təbrik etdi
  • Dünən, 12:06
    Faktiki hava açıqlandı
  • Dünən, 12:01
    Yağış, sel, güclü külək... - FHN-dən müraciət
  • Dünən, 11:58
    Ağ Ev Moskvadakı danışıqlarla bağlı şərh verdi
  • Dünən, 11:52
    “Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 11:47
    İsrail Livana cavab zərbələri endirib
  • Dünən, 11:43
    “Mercedes” ağaca çırpılaraq aşdı - 26 yaşlı kişi öldü
  • Dünən, 11:39
    Danışıqları üç saatdan çox çəkdi - Yenilənib
  • Dünən, 11:35
    “Beşiktaş” derbidə “Fənərbaxça”nı məğlub etdi
  • Dünən, 11:31
    İranda yanacaq tankeri partladı - 10 ölü
  • Dünən, 11:04
    Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
  • 5-09-2026, 21:23
    Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
  • 5-09-2026, 20:45
    Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
  • 5-09-2026, 18:21
    “Dublyaj sənətinin nəzəriyyəsi və Praktiki əsasları” nəşr olundu
  • 5-09-2026, 18:11
    Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
  • 5-09-2026, 13:30
    Tanınmış kinooperator vəfat etdi
  • 5-09-2026, 13:23
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
  • 5-09-2026, 13:13
    “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” - Davam edir
  • 5-09-2026, 13:08
    Saakyanın əsassız iddialarına - Cavab verdi
  • 4-09-2026, 12:17
    Xətai rayonunda Xalq artisti Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş görüş keçirilib
  • 4-09-2026, 12:08
    Avtomobil yoldan çıxıb ağaca çırpıldı, ölən var
  • 4-09-2026, 11:52
    Rusiya Almaniyanı zərbə endirməklə hədələdi
  • 4-09-2026, 11:43
    “Honeywell” Qarabağda - Ağdamda qaz sayğacı zavodu qurulur
  • 4-09-2026, 11:35
    “Qəbələ” “İmişli”yə, “Şamaxı” “Kəpəz”ə qarşı
  • 4-09-2026, 11:30
    Prezident Melonini təbrik etdi
  • 4-09-2026, 11:26
    ABŞ-nin toya hücumuna görə beynəlxalq məhkəməyə müraciət edildi
  • 4-09-2026, 11:21
    Driskolun səlahiyyətlərini o icra edəcək
  • 4-09-2026, 11:18
    Trampa sui-qəsd cəhdinə rəğmən - 35 illik təhlükəsizlik siyasətini yeniləməyiblər
  • 3-09-2026, 13:42
    Yalandan atasının MİDA-da işlədiyini deyib pul aldı - Həbs olundu
  • 3-09-2026, 13:39
    Uşağın əli ət maşınında qaldı - 8 saatlıq əməliyyatla bərpa olundu
  • 3-09-2026, 13:35
    “Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
  • 3-09-2026, 13:03
    Nazirlik əməkdaşı vəfat etdi
  • 3-09-2026, 13:00
    Neftimiz bu gün də bahalaşdı
  • 3-09-2026, 12:57
    ABB-dən yaşıl enerji layihələrinə agent bank dəstəyi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə