
“Dəyişən dünyanın dəyişməz insaları” layihəsnidən...
Layihənin rəhbəri: Akademik, “Atatürk” mərkəzinin rəhbəri Nizami Cəfərov.
Layihənin məsləhətçisi: Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev.
Qadınları xoşbəxt etmək onun həyat leytmotividir.
Gözəllik paylayanların mükafatı Tanrıdandı...
İnsan hər gecə yatmazdan əvvəl özünə sualla müraciət edir: “Bu gün mən nə yaxşılıq etdim, nə danışdım, nə düşündüm, nə anladım?... Əlbətdə, söhbət mükəmməllik insandan gedir. Mükəmməlllik isə insana elə-belə verilmir, uzun illərin zəhmətinin, məsuliyyətinin nəticəsində insan mükəmməlliyə nail olur. Xeyirxah insanlar məsum uşağa bənzəyir, təmiz, saf, pak... Yaş artsa da bu saflıq, bu paklıq onların sona qədər yol-yoldaşı olur. U.Şekspir deyirdi: “Gələcəyiniz üçün ən yaxşı sərmayə etdiyiniz yaxşılıqlar, xeyirxah əməllərdir. Bu gələcək isə böyük məvhumda, el təbirində desək cənnətin qapısına yaxınlaşmaqdı. Yazımın qəhrəmanı tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Samirə Tağıyevadı...
Bir kədəri sevincə çevirsəniz həmin gün yaxşılıq etmiş olarsınız.
Kədəri sevincə çevirənlər dünyanın ən güclü insanlarıdı. Millətindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıq insana aiddi! Həyatda çoxu peşəni, sənəti özü seçir, peşə sənət olaraq. Elə insanlar da var ki, peşə, sənət onları seçir, belələrinə tanrının seçilmişləri deyirlər, belələrinə qabında, öz yerindədi deyirlər. Bəli, Samirə xanım yuxarıda qeyd etdiyim kimi ikincilərə aiddir. Həyat təcrübəsi onun özünə aid olduğuna görə... Çətinliklərlə, mübarizə də onun özünə aiddi... Bu gün o, ən gözəl fəaliyyətlə məşğuldur. Qadın məmnuniyyətinin yaradıcısıdır. Qadın məmnun olarsa, həyat gözəl olar. Qadın xoşbəxt olarsa, hamı xoşbəxt olar. Bu isə gözəl ürək, bacarıqlı əllər, incə ruh, peşəkar fəaliyyət sahibi Samirə xanımın həyat yoludur. Qadınları məmnun etmək, onları sevindirmək, gözəllik yaratmaq. Mükəmməllik isə bütün maneələri məğlub edir, özü isə heç vaxt məğlubiyyətə uğramır.
Kim deyib ki, dünya baş sığallayandı?! Həyatda ucalığa çatmaq üçün hamıdan əvvəl öz məninlə və tanrı ilə dil tapmağın bacarmalısan. Birinci özündən başlamalısan. Samirə Tağıyeva öz peşə fəaliyyətində öndə gedənlərdən biridir. Bu isə asan yolla başa gəlmir. O, daim öz üzərində işləyir, öyrənir, xarici ölkələrin təcrübəsi ilə maraqlanır, bu peşənin nə qədər məsuliyyətli olduğunu dərk etdiyindəndir bütün bunlar.
Yaşamaq olar, lakin böyük yaşamaq üçün çarpışmaq gərəkdi. Kim bu mübarizədə qalib gəlirsə o da Yaşayır! Tanrı hər bir insana onun çəkə biləcəyi qədər yük verir, bu əslində bir qədər mübahisəlidi. Çünki həyat təcrübəsi, müşahidələr, yaşananlar isə başqa şey söyləyir! Tanrı öz sevdiklərini öz gözündə ucaltmaq üçün çəkdiklərindən yüz qat artıq yükü daşımağa məcbur edir! Samirə Tağıyeva hər bir yeniliyini insanlarla bölüşməkdən çəkinmir. Çətinliklər onun həyat motivasiyasıdır. Süni mayalanma üzrə yeniliklər həddən artıq çoxdur. Bu yenilikləri peşəkar formada ortaya qoyub tətbiq etmək isə əsl peşəkarlıq tələb edir. Bu isə həm böyük zəhmətin, həm də savadın nəticəsidir.
Samirə xanım o peşəkarlardandır ki, öz məsləyinə xüsusi həssaslıqla yanaşır. Onun tərcümeyi-halı cəmiyyətə bir peşəkarın öz üzərində əzmlə çalışmasının xüsusi göstəricisinin bariz nümunəsidir. Bu əsl peşəkarın baxış bucağıdır.
Zəruri giriş:
Uzun illərə söykənən iş təcrübəsinə malik olan mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Samirə Tağıyeva 1998-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.
1998-ci ildə Azərbaycan Respublikası SN Neyrocərrahiyyə Mərkəzində anestezioloq-reanimatoloq ixtisası üzrə internatura keçib.
1998-2001-ci illərdə Samirə Tağıyeva Rusiya Fedrasiyası Sankt Peterburq şəhərində Dövlət Diplomdansınrakı Tibb Təhsili akademiyasında mama-ginekologiya ixtisası üzrə ordinatura təhsili alıb.
2001-2004-cü illərdə S.M.Kirov adına Hərbi Tibb Akademiyasında professor V.N.Kustarov və A.A.Yakovlevin rəhbərliyi altında aspirantura təhsili alıb.
Daha sonra Samirə Tağıyeva 2004-cü ildə Rusiyanın Sankt Peterburq şəhərində mama-ginekologiya və yoluxucu xəstəliklər üzrə dissertasiya müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Dissertasiya mövzusu: “HİV-ə yoluxmuş qadınlarda hamiləlik dövrü, doğuş, doğuşdan sonrakı dövr və yeni doğulmuş körpənin vəziyyəti”
DOKTOR SAMİRƏ TAĞIYEVANIN İŞTİRAK ETDİYİ TƏKMİLLƏDİRMƏ KURSLARI:
2001-ci il Mama-ginekologiyada Endokrin patologiyası (Sankt-Peterburq Dövlət diplomundan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Ultrasəs diaqnostikası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Uşaqlıq və vagina patologiyası (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2002-ci il Qarın boşluğu orqanlarının Laparoskopik cərrahiyyəsi (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2004-cü il Klinik onkologiya (Sankt-Peterburq Dövlət diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyası, Rusiya, Sankt-Peterburq).
2006-cı il Ginekologiyada Lazer texnologiyaları (Akademik İ.P. Pavlov adına Dövlət Tibb Universiteti, Rusiya, Sankt-Peterburq).
2006-cı il Reproduktiv Yardım texnologiyaları (IVF), (“AVA-Peter” Rusiya – Finlandiya klinikası, Rusiya, Sankt-Peterburq).
2006-cı il Ginekologiyada laparoskopiya (Rusiya Dövlət Tibb Universitetinin mama-ginekologiya fakültəsi, Akademik G.M. Saveliev, T.e.d. Professor S.V. Ştırovun rəhbərliyi ilə, Rusiya, Moskva).
2007-ci il Reproduktiv Yardım texnologiyaları (IVF), (A.R.T. Center Bogenhausen G.m.b.H, Prinzregentenstrasse 69-81675 München), Professor D. Berq və T.e.d B. Lezonanın rəhbərliyi ilə, Almaniya, Münhen.
2008-ci il Reproduktiv bərpa üsulları ilə Sonsuzluğun müalicəsi (Baltik reproduktiv bərpa İnstitutu, Professor A.L. Nikitinin rəhbərliyi ilə, Rusiya, Sestroretsk).
2009-cu il Bakı Ali Attestasiya Komissiyası tərəfindən Tibb üzrə fəlsəfə doktoru dərəcəsi ilə təltif olunmuşdur.
2011-ci il Perinatal diaqnostika (xorionik biopsiya, amniosentez, kordosentez), (Perinatal Tibb Mərkəzi, V.A.Gnetetskoyun rəhbərliyi ilə).
DOKTOR SAMİRƏ TAĞIYEVANIN ƏMƏK FƏALİYYƏTİ:
Samirə Tağıyeva 15 il Leyla Şıxlinskaya Klinikasında işləyib, şöbə müdiri, baş həkim vəzifəsində.
Hazırda Liv Bona Dea Hospitalda və Oksigen Klinikasında peşəkar fəaliyyətini davam etdirir.
Oksigen klinikasında direktor müavini, Liv Bona Dea klinikası – mama-ginekoloq.
Dünyada və ölkəmizdə mama-ginekoloqların beynəlxalq və yerli konqreslərində, simpozium və qurultaylarda hesabatları ilə iştirak edib, həmkarları ilə bilik və təcrübələrini bölüşür.
Samirə Tağıyevanın 34-dən artıq elmi-praktiki məqalələri nəşr olunub.
O, ginekologiyanın bütün sahələri ilə (laparotomiya, laparoskopik əməliyyatlar, invaziv perinatal diaqnostika, lazer cərrahiyyəsi) məşğul olur.
DOKTOR SAMİRƏ TAĞIYEVANIN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Normal və patoloji hamiləlik, hamiləliyin təqibi, fizioloji və cərrahi doğuşlar;
Konservativ (menstrual tsiklin, menopauza və endokrin pozulmaları,
yumurtalıqların polikistik sindromu, uşaqlıq mioması, endometrioz və s.)
və cərrahi (abdominal, vaginal, laparoskopiya və histeroskopiya) ginekologiya;
Uşaqlıq yolunun və uşaqlıq boynunun patologiyasının diaqnostikası (kolposkopiya) və müalicəsi.
Sonsuzluğun diaqnostikası və müalicəsi, o cümlədən süni mayanma prosedurunun həyata keçirilməsi,
Estetik (vaginoplastika, Dr.Samirə Tağıyeva deformasiyaların ləğvi, vaginal və vulvar quruluq, vaginal atrofiyani, cinsi istəyinin pozulmasi, vaginizm, təkrarlanan infeksiyaların və s. patoloji vəziyyətləri aradan qaldıraraq xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırmağına kömək edir.
Samirə Tağıyeva deyərdim ki, çox savab işlə məşğuldur. Onun qəbuluna gələn hər bir xanım inamla, ümidlə öz işinin peşəkarının yanına gəlir. Çünki, peşəkarlıq, istedad öz peşəsinə içilən sədaqət andı Dr.Samirə Tağıyevanın həyat, peşə leytmotividir. Hər bir insanın əməlləri, fəaliyyəri onun tale yolunun bələdçisidir. Samirə Tağıyeva bu həyata sevinc bəxş etmək üçün gəlib, bu da onun peşəkarlığının açması...
İncə ruha, təmiz qəlbə, saf əqidəyə, gülər üzə sahib bir xanım əfəndi. Bir qadına ana olmaq səadətini bəxş etmək, həm də bu sevincli xəbəri verərək “sən ana olacaqsan” müjdəsini vermək Tanrı dərkində ən savab əməllərdən biridir. Çörəyi ver çörəkçiyə birini də artıq. Dr. Samirə Tağıyeva bu dünyaya həkim olaraq göz açıb. Onun uğurlarla, baş ucaldan nailiyyətlərlə dolu, uzun zəhmətin və əziyyətin bəhrəsi olan göstəriciləri bunu sübuta yetirir. Düz deyirlər, qadın böyük qüvvədir. İncə və zərif vücuda malik olan bu xanımın yaxşı mənada nələrə qadir olduğu göz qabağındadır. Qadın istədisə edər. Samirə xanım qarşısına qoyduğu məram və məqsədini həyata keçirmək üçün əziyyətlərə qatlandı. Uzun yol getdi. Peşəsini incəliyə-incəliyə dərindən öyrəndi. Bu Samirə doktorun xalqına olan sevgisindən qaynaqlanır. Samirə Tağıyeva planla yaşayan qadınlardandır. O, eyni zamanda elm adamıdır, alimdir. Samirə Tağıyevanı tanıyanlar bu qədər zəngin uğur və statusların sahibinin çox sadə və incə qəlbə malik olmağını söyləyirlər. Samirə Tağıyeva başdan-ayağa həkimdir, peşəkardır.
Onun həyat fəlsəfəsində gözəllik yaratmaq eşqi dayanır. Qadını aliləşdirən və gözəlləşdirən onun analıq statusudur. Bu mükafat göydə Allahdan, yerdə isə Samirə Tağıyeva kimi uzman peşəkarların boyuna biçilib.
Ruhunuz, qəlbiniz, əlləriniz yorulmasın, Dr. Samirə Tağıyeva!
İnsan həyatında elə peşələr var ki, onların daşıdığı məsuliyyət ölçüyəgəlməzdir. Bu peşələrdən biri də həkimlikdir. Həkim olmaq yalnız elm öyrənmək, diaqnoz qoymaq və müalicə aparmaq deyil. Həkim olmaq insan taleyinə cavabdehlik daşımaq, gecəni-gündüzə qatmaq, ağrıya məlhəm olmaq, ümidsizliyə ümid bəxş etmək deməkdir. Bu müqəddəs peşənin ləyaqətli nümayəndələrindən biri də tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq Dr. Samirə Tağıyevadır.
Bu gün yüzlərlə ailənin sevincində, minlərlə insanın dualarında Dr. Samirə Tağıyevanın adı ehtiramla çəkilir. Onun peşəkarlığı, insanpərvərliyi, xəstələrinə göstərdiyi qayğı və məsuliyyət hissi onu yalnız uğurlu həkim kimi deyil, həm də böyük ürək sahibi kimi tanıdır.
Müasir tibbin inkişaf etdiyi bir dövrdə peşəkar olmaq üçün təkcə bilik kifayət etmir. Bunun üçün həm də vicdan, səbr, mərhəmət və insan sevgisi lazımdır. Samirə Tağıyeva məhz bu keyfiyyətləri özündə birləşdirən nadir həkimlərdəndir. O, hər zaman xəstəsinə sadəcə pasiyent kimi deyil, bir insan taleyi kimi yanaşır. Məhz buna görə də onun qəbuluna gələn insanlar ilk növbədə özlərini etibarlı əllərdə hiss edirlər.
Qadın sağlamlığı hər bir cəmiyyətin gələcəyi deməkdir. Ana sağlamlığı ailənin, ailə isə dövlətin təməlidir. Bu baxımdan mama-ginekoloqların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Dr. Samirə Tağıyeva illərdir ki, bu məsuliyyətli sahədə çalışaraq minlərlə qadının sağlamlığının qorunmasına, minlərlə körpənin dünyaya göz açmasına töhfə verir.
Bir uşağın dünyaya gəlməsi ailə üçün ən böyük xoşbəxtlikdir. Həmin sevincin arxasında isə çox zaman həkim əməyinin, peşəkarlığının və məsuliyyətinin böyük payı dayanır. Samirə həkimin peşə fəaliyyətində yüzlərlə belə xoşbəxt hekayə mövcuddur. Onun peşəkar yanaşması, diqqəti və yüksək tibbi hazırlığı sayəsində bir çox ailələr valideyn olmaq sevincini yaşamışdır.
Həkimlik sənətində insanın biliyi qədər onun mənəvi dünyası da böyük rol oynayır. Samirə Tağıyeva öz xəstələrinə qarşı səmimiyyəti, qayğıkeş münasibəti və xoş davranışı ilə seçilir. Xəstələrin əksəriyyəti onun haqqında danışarkən ilk növbədə mehribanlığını və diqqətini vurğulayırlar. Çünki xəstə üçün bəzən bir xoş söz, bir təskinlik ifadəsi belə dərman qədər önəmli olur.
Müasir dövrdə cərrah mama-ginekoloq olmaq həm böyük bilik, həm də dəqiq qərarvermə qabiliyyəti tələb edir. Bəzən saniyələrin taleyüklü olduğu məqamlarda həkimin peşəkarlığı insan həyatını xilas edir. Samirə Tağıyeva da öz fəaliyyətində dəfələrlə bu məsuliyyətin öhdəsindən uğurla gəlmiş, peşəsinin ən yüksək tələblərinə uyğun xidmət göstərmişdir.
Onun fəaliyyətində diqqəti cəlb edən ən mühüm cəhətlərdən biri daim öz üzərində işləməsidir. Tibb daim yenilənən elm sahəsidir. Bu gün əldə olunan bilik sabah yeni nailiyyətlərlə əvəz olunur. Buna görə də uğurlu həkim daim öyrənməli, yenilikləri izləməli və təcrübəsini zənginləşdirməlidir. Samirə Tağıyeva da məhz bu prinsipə sadiq qalaraq tibbin müasir yeniliklərini mənimsəyən və onları praktik fəaliyyətində tətbiq edən mütəxəssislərdəndir.
Onun qazandığı uğurlar təsadüfi deyil. Bu uğurların arxasında uzun illərin zəhməti, yorulmaz fəaliyyəti, gecəli-gündüzlü çalışmaları dayanır. Hər bir peşəkarın həyatında olduğu kimi, Samirə Tağıyevanın da uğur yolunda əzmkarlıq, qətiyyət və fədakarlıq mühüm rol oynamışdır.
Həkim peşəsi sadəcə iş yeri ilə məhdudlaşmır. Əsl həkim günün istənilən saatında xəstəsinin yanında olmağa hazır olur. Bu mənada Samirə Tağıyeva peşəsinə ürəkdən bağlı olan insanlardandır. Onun üçün ən böyük mükafat xəstələrinin sağlamlığına qovuşması, onların üzündə yenidən təbəssüm görməkdir.
İnsan həyatına toxunmaq, ona sağlamlıq bəxş etmək böyük xoşbəxtlikdir. Samirə həkim məhz bu xoşbəxtliyi hər gün yaşayır. O, yalnız xəstəlikləri müalicə etmir, insanlara yaşamaq ümidi verir, gələcəyə inam bəxş edir. Bu isə həkimlik sənətinin ən ali mərtəbəsidir.
Tibb üzrə fəlsəfə doktoru kimi onun elmi fəaliyyəti də xüsusi dəyərə malikdir. Elmi biliklə praktiki təcrübənin vəhdəti hər bir həkimin fəaliyyətini daha da gücləndirir. Samirə Tağıyeva həm alim, həm də praktik həkim kimi öz sahəsində uğurla fəaliyyət göstərir və Azərbaycan səhiyyəsinin inkişafına töhfə verir.
Bu gün onun adı peşəkarlığın, etimadın və insanpərvərliyin simvoluna çevrilib. Xəstələrinin ona göstərdiyi hörmət və etibar da məhz bunun nəticəsidir. İnsanlar ona yalnız yüksək ixtisaslı mütəxəssis kimi deyil, həm də etibarlı dost və qayğıkeş insan kimi yanaşırlar.
Qadın sağlamlığının keşiyində dayanmaq, anaların və körpələrin həyatını qorumaq son dərəcə məsuliyyətli missiyadır. Bu missiyanı şərəflə yerinə yetirən Samirə Tağıyeva öz peşəsinin ən gözəl nümunələrindən biridir. Onun fəaliyyəti təkcə tibbi xidmət deyil, həm də humanizm məktəbidir.
Bu gün cəmiyyətimizin belə həkimlərə ehtiyacı böyükdür. Çünki peşəkarlıqla yanaşı, mərhəmət və insan sevgisi də həkimlik sənətinin ayrılmaz hissəsidir. Samirə Tağıyeva bu keyfiyyətləri özündə yaşadan və fəaliyyətində nümayiş etdirən nümunəvi ziyalılardandır.
Əziz Samirə həkim!
Sizin minlərlə ailəyə bəxş etdiyiniz sevinc, insanlara qaytardığınız sağlamlıq, göstərdiyiniz diqqət və qayğı əsl insanlıq nümunəsidir. Hər bir uğurunuzun arxasında böyük zəhmət, peşə sevgisi və məsuliyyət dayanır.
Ruhunuz yorulmasın, çünki siz insanlara ümid bəxş edirsiniz.
Qəlbiniz yorulmasın, çünki o qəlbdə mərhəmət və insan sevgisi yaşayır.
Əlləriniz yorulmasın, çünki həmin əllər neçə-neçə körpənin ilk nəfəsinə, neçə-neçə ananın sevinc göz yaşlarına şahidlik edib.
Sizə möhkəm can sağlığı, yeni elmi nailiyyətlər, peşə fəaliyyətinizdə davamlı uğurlar və tükənməz enerji arzulayırıq. İnsanların sağlamlığı naminə göstərdiyiniz xidmətlər hər zaman yüksək qiymətləndirilir və dərin ehtiramla qarşılanır.
Ruhunuz, qəlbiniz, əlləriniz yorulmasın, dəyərli Dr. Samirə Tağıyeva! Sizin kimi həkimlər cəmiyyətimizin ən böyük sərvətlərindən biridir.
Taleyini gözəllik və sevinc bəxş etməyə həsr edən Samirə xanım, ürəyiniz və əlləriniz yorulmasın. Hələ çalınmamış qələbələr qarşıdadır.
Yolunuz açıq olsun!
Hürü Hacızadə
Yazıçı-publisist,
“Qızıl Qələm” mükafatçısı