• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ

gundem / siyaset / manset

16-07-2026, 17:12

Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri və Şuşada baş tutan Azərbaycan-Slovakiya rəhbərlərinin yüksək səviyyəli görüşü iki ölkə arasında siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi, enerji və regional əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm diplomatik hadisədir. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və Şuşanın mühüm siyasi-diplomatik platformaya çevrildiyinin növbəti təsdiqidir.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevin onunla Şuşada görüşü və verdiyi bəyanat Azərbaycan-Slovakiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir.
Xüsusilə bu bəyanatın Azərbaycanın mədəni paytaxtı Şuşada səsləndirilməsi mühüm siyasi və simvolik məna daşıyır. Bu, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə, postmünaqişə dövründə aparılan bərpa-quruculuq siyasətinə və Qarabağın inkişafına verdiyi dəstəyin nümayişidir.
Azərbaycan ilə Slovakiya arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 1-də qurulub. Son otuz ildən artıq müddətdə tərəflər siyasi dialoqu, iqtisadi əməkdaşlığı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələri davamlı şəkildə inkişaf etdiriblər.
Slovakiya Azərbaycanın Avropa İttifaqındakı mühüm tərəfdaşlarından biri olmaqla yanaşı, enerji təhlükəsizliyi, nəqliyyat, sənaye, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Əlaqələrin inkişafında qarşılıqlı yüksək səviyyəli səfərlər xüsusi rol oynayıb. Prezident İlham Əliyevin 2024-cü ilin sonunda Slovakiyaya rəsmi səfəri zamanı imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin yeni hüquqi-siyasi bazasını formalaşdırdı. Şuşada Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həmin sənəd kağız üzərində qalmayıb, artıq real layihələr və intensiv siyasi dialoq vasitəsilə praktik müstəviyə keçib.
Bu gün Azərbaycan və Slovakiya arasında siyasi əlaqələr yüksək etimad üzərində qurulub. Prezident Pelleqrinin Azərbaycana müxtəlif vəzifələrdə - parlament sədri, Baş nazir və Prezident kimi dəfələrlə səfər etməsi münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Onun COP29 tədbirində iştirakı, bu dəfə isə Qarabağa səfər etməsi Slovakiyanın Azərbaycanla əməkdaşlığa strateji yanaşmasının göstəricisidir.
Şuşada səsləndirilən bəyanatın diqqətçəkən məqamlarından biri Slovakiyanın Qarabağın bərpasında iştirakı oldu. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən "Ağıllı kənd" layihəsi artıq iki ölkə əməkdaşlığının konkret nəticələrindən biridir. Bu layihə göstərir ki, Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində yalnız siyasi dəstək vermir, eyni zamanda praktik investisiya və texnologiyalarla da iştirak edir.
Bu yanaşma "Böyük Qayıdış" proqramının beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilməsinin uğurlu nümunəsidir. Qarabağda "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqi Azərbaycanın innovativ inkişaf modelinin tərkib hissəsidir və Slovakiyanın bu prosesdə iştirakı gələcək əməkdaşlıq üçün yeni imkanlar açır.
İkitərəfli münasibətlərdə enerji sektoru xüsusi yer tutur. Slovakiya Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması enerji əməkdaşlığını daha da aktuallaşdırıb.
Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətində Azərbaycanın rolu artdıqca Slovakiya ilə enerji dialoqunun da genişlənməsi təbii prosesdir.
Bununla yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Maşınqayırma, müdafiə sənayesi, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar, yaşıl enerji, kənd təsərrüfatı və sənaye kooperasiyası gələcək əməkdaşlığın əsas istiqamətləri hesab olunur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, nümayəndə heyətlərinin geniş tərkibdə görüşləri məhz bu istiqamətlər üzrə konkret layihələrin hazırlanmasına xidmət edir.
Azərbaycanın Avropa ilə əməkdaşlıq siyasətində Slovakiya mühüm tərəfdaşlardan biridir. Slovakiya da öz növbəsində Cənubi Qafqazda sabitliyin, nəqliyyat dəhlizlərinin inkişafının və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bu baxımdan Orta Dəhliz layihəsi, Trans-Xəzər nəqliyyat marşrutu və Avropa-Asiya bağlantılarının inkişafı iki ölkə üçün yeni iqtisadi imkanlar yaradır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər Azərbaycan xarici siyasətinin əsas prinsiplərini - etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və konkret nəticələrə əsaslanan əməkdaşlıq modelini bir daha nümayiş etdirdi. Bu münasibətlər artıq sadəcə diplomatik əlaqələr deyil, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Ən önəmli məqamlardan biri isə odur ki, Qarabağ artıq beynəlxalq əməkdaşlığın yeni mərkəzinə çevrilir. Vaxtilə dağıdılmış torpaqlarda bu gün xarici dövlətlərin şirkətləri iştirak edir, beynəlxalq layihələr həyata keçirilir və dost ölkələrin liderləri Şuşaya, Ağdama səfər edirlər. Bu isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin, Azərbaycanın artan beynəlxalq nüfuzunun və postmünaqişə dövründə formalaşan yeni regional reallıqların ən bariz göstəricilərindən biridir.

www.AzadMedia.az

Oxunub: 5
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

10-05-2024, 19:12

Gələcək əməkdaşlıq üçün perspektivlər

gundem / siyaset / manset

18-02-2026, 11:16

Siyasi etimad və əməkdaşlıq

gundem / siyaset / manset

7-04-2026, 13:12

Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR

gundem / siyaset / manset

10-12-2025, 21:05

Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar

siyaset / manset

14-07-2026, 12:23

“Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:54
    Bakıda və rayonlarda leysan olub
  • Bu gün, 11:39
    Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
  • Dünən, 16:03
    Şərəfin tarixi, ləyaqətin təntənəsi...
  • Dünən, 15:27
    31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
  • Dünən, 10:28
    Sizin də küçədə itlər adamlardan çoxdur?
  • Dünən, 10:24
    Yasamal sakinlərinin nəzərinə!
  • Dünən, 10:21
    Bakıda 1-6 yaşlı uşaqlar üçün fəaliyyət göstərən - Montessori Uşaq Akademiyası
  • Dünən, 10:17
    Bu 6 yolda sıxlıq var - Siyahı
  • Dünən, 10:12
    ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?
  • Dünən, 10:01
    ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi
  • Dünən, 09:57
    Şəmkirdə 43 yaşlı kişinin meyiti tapıldı
  • Dünən, 09:52
    “Çelsi”yə keçmə səbəbini açıqladı
  • Dünən, 09:49
    Şimali Kiprdə 3 günlük matəm elan edildi
  • Dünən, 09:45
    Zakir Həsənov Türkiyədə səfərdədir
  • 30-08-2026, 19:31
    Qalibin ədaləti...
  • 30-08-2026, 14:42
    FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
  • 30-08-2026, 14:37
    Nepalda ölənlərin sayı 734-ə çatdı
  • 30-08-2026, 14:32
    İki yaşlı uşaq hovuzda boğulub öldü
  • 30-08-2026, 14:28
    Bu gün Türkiyədə Zəfər Bayramıdır
  • 30-08-2026, 14:23
    Dieqo Rosa “Qarabağ”da
  • 30-08-2026, 14:19
    Sabahın havası - Leysan, şimşək, dolu
  • 30-08-2026, 14:15
    Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü
  • 30-08-2026, 14:09
    Faktiki hava - Açıqlandı
  • 30-08-2026, 14:06
    Çin-Nepal sərhədində torpaq sürüşməsi - 16 ölü, 546 itkin var
  • 29-08-2026, 17:26
    21 marşrutun yolu dəyişdirilir - Sərnişinlərin nəzərinə!
  • 29-08-2026, 17:21
    Abubakarın yeni klubu
  • 29-08-2026, 17:12
    Ukraynalı eks-nazirə İtaliyada vəzifə verildi
  • 29-08-2026, 16:58
    Əliyev Mirziyoyevi təbrik etdi
  • 29-08-2026, 16:55
    Bakıda güclü külək əsir
  • 29-08-2026, 16:50
    12 yaşlı oğlan atdan yıxıldı, 13 gün sonra öldü
  • 29-08-2026, 16:47
    Siyasi etimad iqtisadi tərəfdaşlığa çevrilir
  • 29-08-2026, 14:00
    “Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
  • 28-08-2026, 12:03
    Xırdalan-Biləcəri sahəsində təmir işləri başladı - Fotolar
  • 28-08-2026, 11:55
    Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu
  • 28-08-2026, 11:50
    Universitet və kolleclərin boş qalan yerlərinə seçim başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə