Azərbaycanımızın gözəl güşələrindən biri olan Masallıda, Masallı Dövlət Regional Kollecində şərəfli peşə sahibləri olan müəllimlərin peşə bayramı geniş qeyd olundu.Masallı Dövlət Regional Kollecində bu bayrama həsr olunmuş tədbiri kollecin direktoru Vidadi Nəzərov açdı.Masallı Dövlət Regional Kolleci qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq öz peşakar müəllimləri ilə ixtisaslı kadrların yetişdirilməsi sahəsində xeyli işlər görmüşdür.Belə ki kollecin direktoru Vidadi Nəzərov,əyani şöbənin müdiri Dilarə Hüseynova direktor müavini Xanım Ağayevanın və metodist Baba Həsənovun elmi əsaslarla idarəetmə funkisyalarının yerinə yetirməklə müəllimlərin elmi nəzəri və metodik cəhətdən müasir təlim texnologiyalarının tədrisdə təbliğini həmişə diqqət mərkəzində saxlayırlar.Kollecdə ayrı-ayrı ixtisaslar üzrə 462 tələbə təhsil alır.
Bu tədbirdə Masallı Ziyalılar Birliyi Cəmiyyətinin sədiri Qardaş Fətullayev Gənclər və İdman Şöbəsinin müdiri C.Manafov Kollecin müəllimləri Ülkər Əliyeva,Kəmalə İmanova, çıxış etmişlər.
Çıxışlarda təhsilə qayğı və diqqətə görə möhtərəm Prezidentimiz Cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq hissi xüsusi vurğulanmışdır.
Tədbirdə Kollecin müəllimi tədbirin təşkilatçısı Cəmaləddin Əliyevin rəhbərliyi altında tələbələrin maraqlı kompozisyası ilə müəllimlərin peşə bayramı- Müəllimlər günü münasibəti ilə öz müəllimlərini təbrik etmişlər.Tədbirin sonunda Kollecin qabaqcıl bir qrup müəllimləri və tələbələri fəxri fərmanla təltif olunmuşdur.
Bölgə müxbiri: Soltanağa Cəfərov