• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu

gundem / siyaset

3-10-2026, 16:38

3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu
Məşhur Məmmədov
Milli Məclisin deputatı
Azərbaycanın müasir dövlətçilik tarixində 1993-cü il müstəqil Azərbaycanın qorunub saxlanılması, dövlət institutlarının yenidən qurulması və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından həlledici mərhələ oldu. Həmin dövrdə məsələ yalnız kimin ölkəyə rəhbərlik edəcəyi deyildi, əsas məsələ Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunu davam etdirib-etdirməyəcəyi, siyasi sabitliyə qovuşub-qovuşmayacağı və öz inkişaf yolunu müəyyənləşdirə bilib-bilməyəcəyi idi.
Məhz belə mürəkkəb tarixi şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını formalaşdırdı. Onun 1993-cü il iyunun 9-da Bakıya gəlməsi, ölkənin üzləşdiyi siyasi-hərbi böhranın aradan qaldırılması istiqamətində fəaliyyətə başlaması və oktyabrın 3-də xalqın böyük səs çoxluğu ilə Prezident seçilməsi dövlət idarəçiliyində yeni siyasi xəttin əsasını qoydu. Oktyabrın 10-da andiçmə mərasimində etdiyi çıxış isə qarşıdakı dövrün əsas siyasi məqsədini aydın ifadə edirdi: həyatını Azərbaycanın gələcək inkişafına həsr etmək.
Bu mərhələnin tarixi əhəmiyyətini yalnız ayrı-ayrı siyasi hadisələrlə izah etmək mümkün deyil. 1993-cü ildən sonra siyasi sabitliyin yaradılması, dövlət institutlarının möhkəmləndirilməsi, Konstitusiyanın qəbul edilməsi, hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılması, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi, “Əsrin müqaviləsi” ilə enerji strategiyasının əsası­nın qoyulması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və azərbaycançılığın dövlətçilik ideologiyasının mühüm elementinə çevrilməsi vahid bir dövlət quruculuğu xəttinin tərkib hissələri oldu.
Bu mənada 1993-cü ilin əsas tarixi nəticəsi ondan ibarət idi ki, Azərbaycan böhran şəraitində sadəcə siyasi sabitlik əldə etməklə kifayətlənmədi, həm də müstəqilliyin uzunmüddətli təminatlarını formalaşdıran dövlətçilik modelinin əsaslarını yaratmağa başladı.
Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri də məhz bu strateji yanaşmanın mahiyyətini ifadə edirdi. Qarşıya qoyulan məqsəd yalnız dövlətin idarə olunması deyil, müstəqilliyi dayanıqlı, hüquqi əsasları möhkəm, iqtisadi dayaqları güclü və beynəlxalq münasibətlər sistemində öz milli maraqlarını müdafiə edə bilən Azərbaycan dövlətinin qurulması idi.
Bu gün 1993-cü ilə nəzər salarkən həmin dövrü yalnız keçmişin siyasi hadisəsi kimi deyil, müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına təsir edən mühüm tarixi mərhələ kimi təhlil etmək zəruridir. Çünki həmin illərdə qəbul edilən siyasi qərarlar və yaradılan institusional əsaslar Azərbaycanın sonrakı inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynadı.
O illərə nəzər salaq. Müstəqilliyin ilk illəri Azərbaycan üçün son dərəcə ağır siyasi və sosial-iqtisadi şəraitlə müşayiət olunurdu. İdarəetmə böhranı, siyasi qarşıdurmalar, silahlı qruplaşmaların fəallığı, iqtisadi tənəzzül və müharibə ölkənin dövlət kimi dayanıqlılığına ciddi təhlükələr yaradırdı. Belə şəraitdə dövlətin qarşısında ilk vəzifə siyasi hakimiyyət uğrunda mübarizədən daha böyük məsələ dövlətin qorunub saxlanılması idi.
1993-cü ilin iyununda Heydər Əliyevin Bakıya gəlməsi və ardınca Gəncədə yaranmış böhranın aradan qaldırılması istiqamətində fəaliyyəti ölkənin vətəndaş qarşıdurması təhlükəsindən uzaqlaşdırılması baxımından mühüm mərhələ oldu. Həmin ilin oktyabrında prezident seçilməsi ilə siyasi hakimiyyətin legitimliyi və dövlət idarəçiliyinin sabitliyi yeni mərhələyə qədəm qoydu.
Ulu öndər Heydər Əliyevin qarşısında duran əsas vəzifə dövlət institutlarının fəaliyyətini bərpa etmək, ölkədə ictimai-siyasi sabitliyi təmin etmək və qanunun aliliyinə əsaslanan idarəetmə sistemi formalaşdırmaq idi. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün ilkin siyasi bazanı yaratdı.
Ulu Öndərin dövlətçilik fəlsəfəsinin mahiyyəti onun “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır” fikrində aydın ifadəsini tapır.
Siyasi sabitliyin təmin edilməsindən sonra dövlət quruculuğunun əsas istiqamətlərindən biri hüquqi və institusional bazanın yaradılması idi.
1995-ci il 12 noyabrda ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi bu prosesin mühüm mərhələsi oldu. Konstitusiya demokratik, hüquqi və dünyəvi dövlət prinsiplərini, hakimiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını dövlət quruluşunun fundamental prinsipləri kimi təsbit etdi.
Ulu öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri onun dövlət quruculuğu konsepsiyasının əsas istiqamətlərindən birini ifadə edirdi.
Sonrakı mərhələdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, Konstitusiya Məhkəməsi və Ombudsman institutlarının yaradılması, ölüm hökmünün ləğvi, qanunvericilik bazasının yenilənməsi və digər islahatlar hüquqi dövlət quruculuğunun davamlı prosesə çevrildiyini göstərirdi.
Bu baxımdan 1993-cü ildən sonra həyata keçirilən dövlət quruculuğunu yalnız siyasi idarəetmə ilə məhdudlaşdırmaq düzgün olmaz. Məqsəd dövlətin hüquqi və institusional əsaslarını da möhkəmləndirmək idi.
Müstəqil dövlətin dayanıqlılığı üçün siyasi sabitlik qədər iqtisadi müstəqillik də vacib idi. 1990-cı illərin əvvəllərində iqtisadi böhran, istehsalın azalması, maliyyə çətinlikləri və investisiya çatışmazlığı ölkənin qarşısında ciddi problemlər yaradırdı.
Heydər Əliyevin iqtisadi siyasətinin əsas istiqaməti bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, xarici investisiyaların cəlb olunması və Azərbaycanın təbii resurslarından milli inkişaf naminə istifadə edilməsi idi.
Bu siyasətin ən mühüm nəticələrindən biri 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması oldu. Azərbaycanın neft ehtiyatlarının beynəlxalq şirkətlərin iştirakı ilə işlənməsinə imkan verən bu müqavilə ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi və sonrakı enerji layihələri üçün əsas yaratdı.
Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri, daha sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin formalaşması Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxış imkanlarını genişləndirdi.
Burada mühüm məqam ondan ibarətdir ki, neft strategiyası yalnız iqtisadi layihə deyildi. Enerji siyasəti Azərbaycanın xarici siyasət imkanlarının genişlənməsinə, regional əhəmiyyətinin artmasına və uzunmüddətli iqtisadi inkişaf üçün maliyyə bazasının yaranmasına da təsir göstərdi.
Ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasının mühüm komponentlərindən biri milli ideologiya məsələsi idi. Azərbaycançılıq anlayışı dövlətçilik, milli-mənəvi dəyərlər və ümumbəşəri dəyərləri birləşdirən ideoloji çərçivə kimi təqdim olunurdu.
Onun “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır” fikri bu konsepsiyanın mahiyyətini ifadə edir.
Azərbaycançılıq yalnız ölkə daxilində milli həmrəyliyin möhkəmləndirilməsinə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli məfkurə ətrafında birləşdirilməsinə də xidmət edən yanaşma kimi formalaşdırıldı.
2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi bu siyasətin mühüm nəticələrindən biri oldu, milli ideologiya dövlət quruculuğunun siyasi və sosial komponentlərindən birinə çevrildi.
Müstəqilliyin möhkəmləndirilməsi xarici siyasətdə də yeni yanaşma tələb edirdi. Azərbaycan mürəkkəb geosiyasi mühitdə yerləşirdi və onun xarici siyasəti müxtəlif regional və qlobal güc mərkəzləri ilə münasibətləri nəzərə almalı idi.
Ulu öndər Heydər Əliyevin xarici siyasət kursunda əsas istiqamətlər Azərbaycanın müstəqilliyinin və milli maraqlarının qorunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə müdafiəsi idi.
Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərinin genişləndirilməsi ölkənin dünya siyasətində daha fəal iştirakına imkan yaratdı. Eyni zamanda, enerji və nəqliyyat layihələri Azərbaycanı regional əməkdaşlığın mühüm iştirakçılarından birinə çevirdi. Bu siyasətin əsas xüsusiyyəti xarici münasibətlərdə milli maraqların və dövlət müstəqilliyinin qorunmasının prioritet götürülməsi idi.
1993-cü ildən sonrakı dövlət quruculuğunun mühüm istiqamətlərindən biri də təhlükəsizlik və ordu quruculuğu idi. Ermənistanla müharibənin davam etdiyi, ölkənin müxtəlif ərazilərində siyasi və hərbi risklərin mövcud olduğu şəraitdə dövlətin təhlükəsizlik imkanlarının gücləndirilməsi zəruri idi.
Qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi, dövlət hakimiyyətinin ölkə ərazisində möhkəmləndirilməsi və vahid komandanlığa əsaslanan ordu quruculuğu dövlət müstəqilliyinin qorunmasının əsas şərtlərindən idi.
Bu prosesin mahiyyəti yalnız hərbi struktur yaratmaqdan ibarət deyildi. Məqsəd dövlətin zor tətbiq etmək və təhlükəsizliyi təmin etmək üzrə legitim imkanlarını vahid dövlət institutlarında cəmləşdirmək idi.
Ulu öndərin siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biri mürəkkəb prosesləri dövlətin uzunmüddətli maraqları kontekstində qiymətləndirməsi idi.
Onun siyasi idarəçilik üslubunda hadisələrin səbəb-nəticə əlaqələrinin təhlili, strateji məqsədlərin müəyyənləşdirilməsi, qərarların ardıcıl şəkildə həyata keçirilməsi və beynəlxalq reallıqların nəzərə alınması mühüm yer tuturdu.
Bu xüsusiyyət xüsusilə 1993-cü ildən sonrakı dövlət quruculuğu prosesində özünü göstərdi. Siyasi sabitlik, hüquqi islahatlar, iqtisadi inkişaf, enerji strategiyası, xarici siyasət və milli ideologiya ayrı-ayrı sahələr kimi deyil, vahid dövlətçilik strategiyasının elementləri kimi formalaşdırıldı.

Ümummilli lider Heydər Əliyevin “Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir” fikri də bu yanaşmanın mahiyyətini ifadə edir.
1993-cü ildən başlayan proseslərin ən mühüm xüsusiyyəti dövlətçiliyin müxtəlif dayaqlarının paralel şəkildə qurulması idi. Siyasi sabitlik dövlət idarəçiliyinin əsasını yaratdı. Konstitusiya və hüquqi islahatlar dövlətin institusional bazasını möhkəmləndirdi. İqtisadi siyasət müstəqilliyin maliyyə dayaqlarını formalaşdırmağa yönəldi. Neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi. Xarici siyasət ölkənin beynəlxalq mövqelərinin genişlənməsinə xidmət etdi. Azərbaycançılıq isə milli həmrəyliyin ideoloji əsaslarından birinə çevrildi. Bu istiqamətlərin hər biri ayrı-ayrılıqda mühüm olsa da, onların tarixi əhəmiyyəti məhz bir-biri ilə əlaqəli şəkildə dövlətçilik sistemini formalaşdırmalarında idi. Bu baxımdan 1993-cü il Azərbaycanın müstəqillik tarixində dövlətin sadəcə mövcudluğunun qorunmasından onun institusional və strateji əsaslarının möhkəmləndirilməsinə keçid mərhələsi kimi xarakterizə oluna bilər.
Bu gün Azərbaycan yeni iqtisadi, texnoloji, sosial və geosiyasi çağırışlarla üz-üzədir. Buna görə dövlətçilik irsinə münasibət yalnız tarixi hadisələrin xatırlanması ilə məhdudlaşmamalıdır.
1993-cü ilin əsas dərslərindən biri dövlətin dayanıqlılığının siyasi sabitlik, güclü institutlar, hüquqi baza, iqtisadi imkanlar, milli həmrəylik və strateji xarici siyasətin vəhdətindən asılı olmasıdır.
Ulu öndər Heydər Əliyevin dövlətçilik irsinin mühüm cəhəti də məhz bu kompleks yanaşmadır. Onun siyasi fəaliyyətində dövlət müstəqilliyi məqsəd, dövlət institutlarının möhkəmləndirilməsi vasitə, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq isə bu müstəqilliyin dayanıqlı təminatları kimi çıxış edirdi.
Ulu Öndərin “Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir” fikri bu dövlətçilik fəlsəfəsinin ümumi məzmununu ifadə edir.
1993-cü il bu baxımdan yalnız Azərbaycanın siyasi tarixində müəyyən bir tarix deyil. Bu, müstəqil dövlətçiliyin qorunması və möhkəmləndirilməsi istiqamətində yeni mərhələnin başlanğıcıdır.
Dövlətçilik isə davamlı prosesdir. Onun qorunması və inkişafı yalnız bir tarixi şəxsiyyətin və ya bir siyasi dövrün deyil, dövlət institutlarının, cəmiyyətin və hər bir vətəndaşın məsuliyyətidir.
Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlət institutlarının inkişaf etdirilməsi, milli maraqların qorunması və ölkənin gələcək nəsillərə daha güclü şəkildə ötürülməsi bu gün də dövlətçilik gündəliyinin əsas məsələlərindəndir.
Ulu öndərin siyasi irsinin Azərbaycan tarixində əsas əhəmiyyəti 1993-cü ildə qarşıya çıxan dövlətçilik böhranının aradan qaldırılması ilə yanaşı, müstəqil Azərbaycanın sonrakı inkişafını təmin edən siyasi, hüquqi, iqtisadi və institusional əsasların formalaşdırılması oldu.

www.AzadMedia.az

Oxunub: 3
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

3-10-2025, 11:39

Sülh, sabitlik və inkişaf yolu

gundem / siyaset / manset

15-06-2026, 13:07

15 iyun Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu

gundem / siyaset / manset

15-06-2026, 20:00

MİLLİ QURTULUŞ GÜNÜ: AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLASINDAN İNKIŞAFA APARAN YOL

gundem / siyaset / manset

20-09-2026, 11:25

20 Sentyabr – suveren Azərbaycanın yeni tarixi

gundem / siyaset / manset

15-06-2026, 21:14

VƏTƏNDAŞ, BÖYÜK AZƏRBAYCANLI, FÖVQƏLBƏŞƏR

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • Dünən, 18:41
    Liderlərin səmimi görüntüləri
  • Dünən, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • Dünən, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • Dünən, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • Dünən, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • Dünən, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • Dünən, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • Dünən, 11:12
    Laos-Yanardağ körpüsü
  • Dünən, 11:09
    Uzaq-yaxın məmləkətlər
  • Dünən, 11:08
    Qarşılıqlı hörmətə, ortaq maraqlara əsaslanan siyasət
  • Dünən, 11:07
    Azərbaycan-Laos münasibətləri möhkəm dostluğa əsaslanır
  • 14-10-2026, 13:10
    "İnanc bəhanə, uşaqlar vasitə, məktəb qarşıdurma meydanı olmamalıdır!"
  • 14-10-2026, 09:12
    Bakının bir sıra ərazilərində qaz kəsiləcək
  • 14-10-2026, 09:07
    Çarpayıdan yıxılan 1 yaşlı uşaq xəstəxanada öldü
  • 14-10-2026, 09:03
    “Breaking Bad”in ulduzu intihar edibmiş
  • 14-10-2026, 08:59
    100 minlik borc qalmaqalı ilə gündəmə gələn səfir istefa verdi
  • 14-10-2026, 08:54
    Bu ölkədə orduya ən yüksək döyüş hazırlığı əmri verildi
  • 14-10-2026, 08:49
    Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı
  • 14-10-2026, 08:39
    Bir sıra ərazilərdə işıq olmayacaq - Yenilənib
  • 14-10-2026, 08:35
    Təyyarəni taxtabitilər basdı - Reys ləğv olundu
  • 14-10-2026, 08:30
    Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib
  • 14-10-2026, 08:27
    Yedikləriniz əhvalınıza təsir edirmiş
  • 13-10-2026, 16:06
    “Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
  • 13-10-2026, 13:30
    Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
  • 13-10-2026, 10:57
    AZAL doqquz ayda 14,1 min reys həyata keçirib
  • 13-10-2026, 10:52
    Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar...
  • 13-10-2026, 10:48
    Moskvaya bu ilin ən böyük dron hücumlarından biri olub
  • 13-10-2026, 10:44
    Bir filmdən daha artıq - 5 ilə çəkilmiş “44” təqdim edildi - Fotolar
  • 13-10-2026, 10:38
    “Sabah” Bakıda ilk ÇL matçına çıxır
  • 13-10-2026, 10:34
    Ulduz yox, meteor yağacaq
  • 13-10-2026, 10:30
    Əfsanə 40 ildən sonra geri qayıdır - Tam elektrikli olacaq
  • 13-10-2026, 10:18
    Oktay Kaynarca “Milyoner”dən ayrıldı
  • 13-10-2026, 10:15
    104 yaşlı tısbağanı əməliyyat edəcəklər
  • 13-10-2026, 10:11
    Tramp üçün 276 milyonundan keçdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə