Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
ulusestv.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.
Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.
İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
***
Sürücülük Məktəbin binasının məcburi köçkünlərin yaşadığı hissəsində baş verən hadisə zamanı 2-si azyaşlı olmaqla, 3 nəfər tüstüdən zəhərlənib.
Bunlar - bir yaşlı İsa Vəlizadə, üç yaşlı Səadət Vəlizadə və Yaqut Vəliyevadır. Onlara yerindəcə tibbi yardım göstərilib.
Daha 6 nəfərə - Aytən Həsənovaya, Vidadi Vəliyevə, Səyalı Vəliyevaya, Habil Əsədova, Zəhra Hüseynovaya və Rüstəm Rəşidliyə hadisədən sonra tibbi baxış keçirilib.