Prezident İlham Əliyev Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini vəzifəsindən geri çağırıb.
ulusestv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sərəncama əsasən, Adış Sakit oğlu Məmmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.