Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının sonuncu turunda Kosovoya 0:4 hesabı ilə uduzması böyük müzakirələrə səbəb olub.
Xüsusən qapıçımız Kamran Ağayevin zədəli olmadığı halda səfərə zədəni bəhanə gətirib getmədiyi bildirilir.
Bununla bağlı millinin həkimi Vyaçeslav Xomenko “Xəzər TV”yə açıqlamasında duruma belə aydınlıq gətirib:
“Farer adaları ilə oyunun fasiləsində baxdıq və yüngül zədə olduğunu gördük. Matça davam edib-etməməsini soruşduq. Oynamaq istəmədi, razılaşdıq. Kosovo ilə qarşılaşmadan öncə isə kiçik zədəsi davam edirdi. Amma ciddi deyildi. Belə şeylərə tez-tez rast gəlinir. Getməmək qərarını özü verdi”.