Azərbaycan yolları
I hissə
Neçə yollar çəkildi, neçə körpü salındı,
Bu işlərə başlarkən, çox dualar alındı.
Qırmızı lent kəsilir, ömür yolu uzanır,
Yollar abad-möcüzə, görən gözlər qazanır.
İlimizi uğurla, sevinclə vurduq başa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Ayaq gedir, göz görür, şair qələmlə yazır,
Yazıram hər uğuru, əsərim olar hazır.
Sizlər qurucu insan, zəhmət də getmir boşa,
Bu sevinci bölürsüz, xalqımızla siz qoşa.
Pis nəzər, pis nəfslər, dəysin hər zaman daşa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Əməyini unutmaz, nə tarix, nə də zaman,
Yollar-evlər köhnəlib, halı olmuşdu yaman.
Qüdrətini yazsamda, neçə-neçə misraya,
Misralarım-əsərim, sığmaz böyük saraya.
Ey qurucu şəxsiyyət, çox düşündün baş-başa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Uğurları saymaqla, söz-söhbətim tükənməz,
Siz çəkən qayğıları, heç bir rəhbər çəkəmməz.
Yolları seyr edirəm, gözəlliyi görürəm,
Bayrama az qalıbdır, söz çələngi hörürəm.
Allah sizi qorusun, düşünün-qurun qoşa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Yazmaq nəsibdir mənə, Allah şükür edirəm,
Açılışdan az sonra, mən yazmağa gedirəm.
Bunlar hər an ruh verir, mənə bəxş edir qürur,
Rəhbər İlham zəhmətlə, neçə işləri qurur.
Bu əməllər baxmayır, nə ömürə, nə yaşa,
Dahinin davamçısı, yaşa səni, yüz yaşa!
Bu bayram sevincini, bizlə bölür bir ana,
Ürəyimdə sözüm çox, anamız Mehribana.
Nə qar bildin, nə çovğun, açılışa getdiniz,
İnsanların qəlbinə, bir sevinc bəxş etdiniz.
Arzularım tükənmir, çatmaz hələ də başa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Siz qurub yaradırsız, mən də baxıb yazıram,
Görülən hər işləri, vəsf etməyə hazıram.
Qonaqların çox sayı, görənlər heyran olur,
Hər xoş sözdən, hər işdən, qəlbimə sevinc dolur.
Yazdıqca söz kükrəyir, çağlayır daşa-daşa,
Yaşa xalqın rəhbəri, yaşa səni, yüz yaşa!
Keçmiş yada düşəndə, daha yoxdur sözümüz,
Gecələr yol gələndə, heyran oldu gözümüz.
Gözün yorğunu çıxır, həsəd aparır ürək,
Bu uğuru, bu işi, dastana alaq gərək.
Bircə çuxur yaransa, səs salır yerə-göyə,
Haray çəkir hər yana, başına döyə-döyə.
Hər kəs deyir var olsun, zəhmət çəkən qolları,
Cahana yaraşıqdır Azərbaycan yolları.
Azərbaycan yolları
II hissə
Yollar əldən getmişdi, yada sal keçənləri,
Xatırlayaq hörmətlə, dünyadan köçənləri.
Dahi Heydər qoyubdur, bu işlərin təməlin,
Alqışlara layiqdir, ey rəhbərim əməlin.
Bu bir tərif deyildir, oxuyanda susarsan,
Yolları güdə- güdə, gecə-gündüz pusarsan.
Gözlərini yaxşı aç, görəcəksən uğuru,
Yolu çəkən hər kəsə, düşür işin ağırı.
Azərbaycan yolları, nə nağıldır, nə yuxu,
Görülən bu işləri, gözü götürmür çoxu.
Çox kəndin, çox obanın, hələ yolu yoxuydu,
Hər kəsin ürəyində, arzu- istək çoxuydu.
Arzu istək neyləsin, bunlar qaldı havada.
Yollar da paralandı, döyüşlərdə- davada.
Mən dağılan yollara, qəmlənərdim baxanda,
Yollar da əzab çəkdi, qan su olub axanda.
Gedirdim xidmətdə mən, mərmi dağıtmış yolu,
Səngərlər qazılmışdı, görürdüm sağı-solu.
Yollara çox axmışdı, vətən oğlunun qanı,
Bu yerdə vida etdi, neçə şəhidin canı.
Mərmilərin izini, mən görürdüm gözümlə,
Həmin illərdən qalıb, gəzdirirəm özümlə.
Yolların yarasını, onda görmürdü çoxu,
Yazıram nəzmə indi, misralarda sən oxu.
Yol yarası ağırdır, heç sağalmaz bu yara,
Mərmilər düşər yerə, tapılmazdı heç çara.
Şəhidlərin qanıyla suvarıldı bu torpaq,
Yollar da dərd çəkirdi, sanki saralmış yarpaq.
Yollar indi neyləsin? Arada sərhəd, dirək,
Göz yaşıyla yoğrulub, indi yeyilən çörək.
Mən belə şair oldum, yollarda gəzə-gəzə,
Kədər-qüssə çəkərdim, ruhumu əzə-əzə.
Nə ola Vurğun gedə, bu yollarla Muğana,
Şair canım dərd çəkir, həsrətlə yana-yana.
Qismət ola yazaydı, yorulmazdı qolları,
Vurğun da vəsf edərdi, Azərbaycan yolları.
Ələt-Astara yolu, baxanda oldum heyran,
Yollara aşiq oldu, Muğanda- Mildə ceyran.
Əsəri yazan zaman, Vurğun gəzdi piyada,
Bu yolları görməzdi, heç kəs onda röyada.
Mən şair də əlimdə, çanta-əsa dolannam,
Muğandan keçən zaman, atəşlərə qalannam.
***
Dahi Səməd Vurğunun, mən oldum yadigarı,
İndi yazım misraya, hər uğuru, hər varı.
Bu yollar keçib gedir, neçə şoran elləri,
Qızıldan da qiymətli, hər fəhlənin əlləri.
Mühəndislər çəkirlər, bu yollarda planı,
Axtarırlar hər yerdə, ehtiyacı olanı.
Ehtiyac var çınqıla, gətirirlər uzaqdan,
Sürücülər qorxmazlar, qışda qardan- sazaqdan.
***
Əlçatmaz, ucqar kənddə, uşaqdım yaşıyırdım,
Qaçqın-didərgin olub, ağır yük daşıyırdım.
Varıydı torpaq yollar, dolaylarla dağlara,
Qayıdım çətin günə, ötüb-keçən çağlara.
Yağışda palçıq olur, qışda sürüşkən, qar-buz,
Nə asfaltı varıydı, nə yollarda qumla-duz.
Hamı əlin üzmüşdü, ögeydən-ögey oldu,
Neçə- neçə xəstələr, elə yollarda öldü.
Muğanı seyr edəndə, Vurğunu saldım yada,
Dahinin xiffətindən, bilmədən düşdüm oda.
Bu günü sən görəydin, dövləti vəsf edəydik,
Məndə şəyirdin olub, yorulmadan gedəydik.
Gecə-gündüz yazıram, ruhunuz başım üstə,
Düşünüb qəm çəkməkdən, vaxtsız olmuşam xəstə.
Mənim çəkdiyim ağrı, sağalmazdır bilirsən,
Dərdli-qərib şairin, sən dərdini bölürsən.
Göyçə dərdi ağırdır, çəkəmmirəm ey Vurğun!
Əsa olub köməyim, indi olmuşam yorğun.
Cəbhələri gəzirəm, vəsf edirəm ordumu,
Əsərlərə yazıram, doğma Odlar Yurdumu.
Bu yolları çox getdim, hər yan kəsəkli-daşlı,
Misraları yazarkən, gözlərim qəmli-yaşlı.
Yollar indi röyaya, xəyallara dönübdü,
Təzə yolun hər yanı, çəmənzəra çönübdü.
Ölkəmin rəhbəri var, dua edək adına,
Ağır-çətin günləri, düşünüb sal yadına.
Uğurun şərəfinə, rəhbərimiz lent kəsir,
Gözləri götürməyən, deyinir, umur-küsür.
Rəhbər İlham bu yolda, inadından dönmədi,
Arzular çiçək açdı, yanan ocaq sönmədi.
Sönən ocaqlar yanar, darıxma vaxtı çatar,
Azərbaycan əsgəri, Şuşada addım atar.
***
Müqəddəs iş yol çəkmək, belə deyib babalar,
Yol çəkildi hər yerə, gül açdı el-obalar.
Çörəyi ver o kəsə, hər an işini bilsin,
Çörəyi bol olanda, onu kasıbla bölsün.
***
Bakının küçələri, sizi yazmasam olmaz,
Qələm əldə dayanar, gözəllikdən ruh almaz.
Keçidləri-səkini, hər yanı mərmər bəzər,
Xəyalım yollar gedər, uzaq illəri gəzər.
Yeraltı sərvətimiz, bəzəkdir yer üstünə,
Mazut-çınqıl bir bişir, şair heyran tüstünə,
Yeraltı sərvətimiz, bizlərə verir həyat,
Bu sərvətə, bu işə, indi bir dastan yarat.
Davamı var…
Qurban Hüseyn Göyçəli