Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Yevlax-Bəhramtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.