“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv natiq – uğurlu sahibkar” layihəsinin icrasına start verib.
DVC-dən bildiriblər ki, layihənin məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək verilməsidir.
Layihə çərçivəsində dörd bölgədə - Bakı, Gəncə, Şəki və Xaçmazda təlim kursları keçiriləcək. Əvvəlcə bölgə gəncləri üçün təlimlər təşkil olunacaq. İştirakçılar təqdimat, natiqlik və ünsiyyət bacarıqları haqqında məlumatlandırıldıqdan sonra mentorinq mərhələsində iştirak edərək praktiki biliklər qazanacaqlar.
AZƏRTAC