Azərbaycanın 21 yaşadək millisinin futbolçusu Renat Dadaşov Portuqaliya nəhəngi olan “Benfika”nın maraq dairəsinə düşüb.
Bu barədə Portuqaliyanın “Mais Futebol” nəşri yazıb.
Məlumatda bildirilir ki, Lissabon klubu “İşturil” komandasında çıxış edən sabiq yarımmüdafiəçisi Filipi Suareşi və Renat Dadaşovu heyətinə qatmaqda maraqlıdır.