Sərbəst güləş üzrə Azərbaycan milli komandası Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında çıxışını yekunlaşdırıb.
92 kq çəki dərəcəsində mübarizə aparan Şərif Şərifov final görüşünə çıxıb.
O, həlledici qarşılaşmada polşalı Zbiqnev Mateuş Baranovskini 9:1 yenərək, karyerasında ilk dəfə Avropa çempionu olub.