Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın ilk medalının əyarı müəyyənləşib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Cəbrayıl Həsənov ilk dəfə mübarizə apardığı dünya çempionatının finalında amerikalı Kayl Duqlas Deyklə üz-üzə gəlib.
Lakin ikiqat Avropa çempionu, ikiqat dünya üçüncüsü olan idmançımız tapşırığın öhdəsindən gələ bilməyib. O, rəqibinə 0:2 uduzaraq gümüş medalla kifayətlənib.