Bakıda - Xəzər rayonunun Mərdəkan qəsəbəsində yanğın olub.
Hadisə Yesenin küçəsi 36A ünvanında qeydə alınıb.
9 saylı Vərəm Xəstəxanasının yanındakı balaca həyət evində baş verən yanğın zamanı 1961-ci il təvəllüdlü Məmmədov Qurban Məmmədtağı oğlu yanaraq ölüb.
Onun yanmış meyiti xilasedicilər tərəfindən aşkarlanaraq çıxarılıb.
Yanğının səbəbləri araşdırılır.