İşimlər əlaqədar olaraq onlarla, yüzlərlə insanlarla rastlaşmışam, onlarla ünsiyyətdə olmuşam. O insanların içərisində böyük vəzifə daşıyanlar da olub, heç vəzifəsi olmayanlar da olub. Düzdür, vəzifə insanı dəyişdirir deyirlər, nə qədər ki, stol arxasında oturur, qarşısındakı insana kimliyindən asılı olmayaq yuxarıdan baxır. Ancaq elə insanlarla da ünsiyyətdə olmuşam ki, onları heç bir vəzifə, heç bir mövqe dəyişdirməyib, daha doğrusu vəzifə elə insanları dəyişdirə bilməyib. Belə insanlardan biri də Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində mühəndis vəzifəsində çalışan Natəvan xanımdır. Onu tanıdığım elə bir uzun tarix də deyil, vur-tut on ilə yaxındır ki, mən onu tanıyıram. Onun səmimiyyəti, insanlarla münasibəti həqiqətən təqdirə layiqdir. Səmimi, mehriban gülüşü hər zaman dodaqlarında parlayır. Qəbula gələn insanların dərdinə şərik olmaq, onlara köməklik etmək üçün əlindən gələni əsirgəmir. Dərdini deyən insanın dərd yoldaşı, sevincini bölən insanın sevinc yoldaşı olur. Hər kəsin sevincinə sevinməyi bacaran insandır Natəvan xanım. Əslində insanları dar gündə yox, şad gündə tanımaq mümkündür. Çünki hər insan kiminsə şad gününə sevinmir, ya da sevinməyi bacarmır. Lakin bu gözəl insan, gözəl xanım hər kəsə özündən daha çox dəyər verir, hər kəsin də şad gününü özünün şad günü kimi yaşayır.
Bəli, onun haqqında çox danışmaq olar. Ancaq bu başqa bir mövzunun söhbətidir. Hazırda isə onu ad günü münasibəti ilə təbrik etmək istəyirəm.
Əzizimiz, dəyərli xanımımız səni qarşıdan gələn yeni yaşın münasibəti ilə ürəkdən təbrik edirəm. Sən bu dünyamızın və o biri dünyamızın əsl xanımısan. İnşallah bundan sonrakı doğum günlərini də belə gözəl qarşılamaq nəsibin olar. Bir daha ad günün, yeni yaşın mübarək.
Hörmətlə səni sevənlər adından:
“365 gün” qəzetinin yaradıcı kollektivi.
***
Bu gözəl təbrikə “Ulu səs” qəzetinin və saytının kollektivi, “Prezident” saytının kollektivi, “Sumqayıtfakt” saytının yaradıcı kollektivi, “Milli irs” jurnalının yaradıcı kollektivi “Ata.tv” saytının yaradıcı kollektivi də qoşulur və dəyərli xanımımızı doğun günü münasibəti ilə ürəkdən təbrik edirlər.