Səhiyyə Nazirliyi Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirlikdən Oxu.Az-a bildirilib ki, qəza zamanı üç nəfər dünyasını dəyişib.
“Yeddi nəfər xəstəxanaya müraciət edib. Onlardan biri ağır, altısının vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hazırda xəstələrə tibbi yardım göstərilir”, - məlumatda qeyd olunur.
Ölənlərin şəxsiyyəti də məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər bir ailənin üzvləridir:
Bunlar 1949-cu iil təvəllüdlü Gülməmmədova Şücaət, 2016-cı il təvəllüdlü Gülməmmədov Ayxan, 1966-cı il təvəllüdlü Gülməmmədov Vidadidir.
Mikroavtobus sürücüsü 1986-cı il təvəllüdlü Həşimov Sərmayıl isə yaralıdır.
Yaralıların adları da müəyyən edilib.
1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova
2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova
3. Şəmkir rayon sakini Səyidə Kamandar qızı Nəsibova
4. Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova
5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov
6. Şəmkir rayon sakini Nərgiz Həmzəyeva
7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova
8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva
9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova
10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva
11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.
12. Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Mehriban Azər qızı Gülməmmədova.
13. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Nəsibova.
14. Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Günel Səyad qızı Bayramova.
15. Şəmkir rayon sakini Fuad Həşimov.
Yaralılardan 14-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib. Bir nəfər - Zinyət Gülməmmədova isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.