Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən üç nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.
ulusestv.az-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində hadisə yerində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı üçə çatıb.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirova Vəli Baxış qızının vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.