“Biman Bangladesh Airlines”ə məxsus sərnişin təyyarəsi Myanmada Yanqon beynəlxalq hava limanında düşüb.
“Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə aeroport polisi məlumat yayıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Hadisənin detalları öyrənilir.
***
Məlumata görə, təyyarə enmə zolağından çıxıb və 3 hissəyə parçalanıb. Göyərtədə 33 sərnişin olub. Qəzaya səbəb pis hava şəraiti olub.
***
Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.
***
Aviaşirkətdən verilən məlumata görə, təyyarənin göyərtəsində 28 sərnişin olub.
***
"Frans Press" agentliyinin məlumatına görə, qəzada 11 nəfər yaralanıb. Pilot, stüardessa və 9 sərnişin yünglül travma alıblar. Laynerdə 31 sərnişin olub. onlar Banqladeş, Myanma, Kanada, Çin, Hindistan, Fransa və İsveçrə vətəndaşlarıdır.
***
Yerli hökumətin məlumatına görə, 15 sərnişin yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər, həyatlarına hər hansı təhlükə yoxdur.
***
Banqladeşin Myanmadakı səfiri Mancurul Kərim Xan çodhuri qəza nəticəsində 30 sərnişinin yaralandığını açıqlayıb.