May ayının 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2019”-da “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt qaz istismarı sahəsinin əməkdaşı Tapdıq Dadaşov da iştirak edib.
Artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edib.
Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar qatılıdığı marafonda bu il 22 min 320 şəxs qeydiyyatdan keçib.
İştirakçıların öz gücünü sınadığı bu yarışda veteranlar üzrə 50 yaşdan yuxarı olan iştiraçılar arasında birinci yeri 1 saat 33 dəqiqəyə qət edən Birliyin Sumqayıt qaz istismarı sahəsinin əməkdaşı Tapdıq Dadaşov qazanıb.
Qeyd edək ki, Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunub.
AtaTv.az