Ötən gün itkin düşən Şabran rayonunun Dağbilici kənd sakini 12 yaşlı Daşdıyeva Dürdanə Balaşah qızı tapılıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, onunla birlikdə evdən çıxaraq geri qayıtmayan, Dürdanənin qardaşının həyat yoldaşı, 22 yaşlı Çinarə Daşdıyevanın da olduğu yer müəyyənləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.