Yevlax rayonunda bədbəxt hadisə baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Yevlax şəhəri, Qamboy Quliyev küçəsində olub.
Rayon sakini, 1960-cı il təvəllüdlü Tofiq Həsənov tut yığdığı ağacdan yıxılıb. Xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.