Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, rayonun Nizami kəndində “Mercedes” markalı avtomobil həmin kəndin sakini, 1957-ci il təvəllüdlü Mustafayev Ramiz Həsən oğlunu vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya ilk tibbi yardım göstərilib.
Avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.