Dünən Kür çayında batan iki qardaşdan birinin meyiti tapılıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Salyanın Aşağı Noxudlu kənd sakini, 2003-cü il təvəllüdlü Rəvan Seymur oğlu Sadıqovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 5 kilometr aralıda tapılaraq təhvil verilib.
Hazırda dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Ramal Sadıqovun meyitinin tapılması istiqamətində axtarışlar davam etdirilir.